Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-963/2021 05.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər “Cavabdeh2” və “Ucar Metal Sanayi ve Ticaret LTD” ŞTİ-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər “Cavabdeh2” və “Ucar Metal Sanayi ve Ticaret LTD” ŞTİyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 37,600 ABŞ dolları əsas, 3760 ABŞ dolları faiz borcunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 14 yanvar 2021-ci il tarixdə məhkəmə icraatına qəbul edilmiş və işin məhkəmə hazırlıq iclası 29 yanvar 2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Həmin tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsinin iştirak etməməsi və cavabdehlərin xarici şirkət olmasını nəzərə alaraq hazırlıq iclası 05 fevral 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, 05 fevral 2021-ci il tarixdə iddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər “Cavabdeh2” və “Ucar Metal Sanayi ve Ticaret LTD” ŞTİ-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-963/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-963/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver