Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9646/2025 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 25.018,72 manat (ƏDV daxil) məbləğində əsas borcun və həmçinin ödənilmiş 165,06 manat məbləğində dövlət rüsumunun, cəmi 25.183,78 manat məbləğin tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanan 02/28 saylı alqı-satqı müqaviləsi üzrə tərəfimizdən Cavabdeh MMC-yə dərman vasitələri və digər tibbi ləvazimatların satışı həyata keçirilmişdir. Satılan tibbi məhsulların dəyəri bu günədək Cavabdeh MMC tərəfindən tam şəkildə ödənilməmiş qalmışdır. Belə ki, cəmiyyətimiz tərəfindən Cavabdeh MMC-yə 70006,52 (yetmiş min altı manat,52 qəpik) manat məbləğində satılan tibbi məhsullara görə Cavabdeh MMC tərəfindən cəmi 44987,80 (qırx dörd min doqquz yüz səksən yeddi manat, 80 qəpik) manat (ƏDV daxil) məbləğində ödəniş olunmuş, qalan 25018,72 (iyirmi beş min on səkkiz manat, 72 qəpik) manat (ƏDV daxil) isə cəmiyyətimizə hələ də ödənilməmiş qalmaqdadır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə imzalanan qarşılıqlı hesablaşmaların üzləşmə aktına əsasən 25018,72 (iyirmi beş min on səkkiz manat, 72 qəpik) manat (ƏDV daxil) məbləğində ödənilməmiş qalıq borc Cavabdeh MMC tərəfindən rəsmi olaraq da təsdiqlənmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC (satıcı) "xxxx" MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
11. Müqaviləyə əsasən Satıcı alıcının təqdim etdiyi sifarişə uyğun olaraq alqı-satqısı razılaşdırılmış dərman vasitələrini və digər tibbi ləvazimatları alıcıya satır, alıcı isə həmin dərman vasitələrini qəbul edib bu müqavilənin tərkib hissəsi hesab edilən elektron qaiməfakturada göstərilən qiymət əsasında ödənişi həyata keçirir.
12. Müqavilənin 4.1-ci bəndinə əsasən hər sifariş üzrə alıcıya gödəriləcək dərman vasitələrinin müqavilənin 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş dəyəri satıcının alıcıya təqdim etdiyi elekron qaiməyə əsasən həmin elektron qaimə təqdim edildiyi vaxtdan 5 iş günü ərzində alıcı tərəfindən satıcıya ödənilir.
13. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" MMC-nin üzərinə düşür.
16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə malların verilməsinə dair müxtəlif tarixlərdə müxtəlif dəyərdə olan elektron qaimələr göndərilmişdir.
17. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Qarşılıqlı Hesablaşmaların üzləşməsi aktı ilə tərəflər Cavabdeh MMC-nin İddiaçınə 25.018,72 manat məbləğində borcu olduğunu öz imza və möhürləri ilə təsdiq etmişlər.
18. Hazırda da iddiaçı cavabdehdən 25.018,72 manat məbləğində pulun tutulmasını xahiş edir.
19. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 25.018,72 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.
20. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
21. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 25.018,72 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165,06 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 25.018 (iyirmi beş min on səkkiz) manat 72 (yetmiş iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 165 (bir yüz altmış beş) manat 06 (sıfır altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov