Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-974/2024 19.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 37.039,44 manat əsas borc məbləğinin, hər gecikdirilmiş gün üçün 0,5 % həcmində hesablamaqla 41.595,76 manat dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 1 210,16 manat, eləcə də mediasiya xərci olaraq 410 manat məbləğin, ümumilikdə 80.255,36 manat məbləğin cavabdehdən tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası 19 fevral 2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi Vəkil tərəfindən məhkəməyə barışıq sazişi və ərizə təqdim edilmişdir. Həmin ərizədə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin iştirakları olmadan təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan, təqdim olunmuş ərizələr əsasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Nəzərə alaraq ki, a) İddiaçı MMC-nin Cavabdehnə qarşı “pul” tələbinə dair e-2-2(l 13)-974/2024 saylı kommersiya işi hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır. İddia tələbində Cavabdehndən 25 239.44 (iyirmi beş min iki yüz otuz doqquz manat qırx dörd qəpik) manat vergilər daxil əsas borc məbləğinin, hər gecikdirilmiş gün üçün 0,5 % həcmində hesablamaqla 41 595.76 (qırx bir min beş yüz doxsan beş manat yetmiş altı qəpik) manat dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 1 210.16 (bir min iki yüz on manat on altı qəpik) manat, eləcə də mediasiya xərci olaraq 410 (dörd yüz on) manat məbləğin, ümumilikdə 68 455.36 (altmış səkkiz min dörd yüz əlli beş manat otuz altı qəpik) manat məbləğin tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. b) Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, qeyd olunan mübahisəni hazırkı Barışıq Sazişini bağlamaqla yekunlaşdırmaq qərarına gəldilər.
1. Tərəflərin hüquq və öhdəlikləri 1.1. Cavabdeh İddiaçı tərəfindən ona qarşı irəli sürülmüş müqavilədən irəli gələn öhdəliyin pozulmasından yaranmış borc tələbinə dair iddianı əsas borc hissəsində 25 239.44 manat məbləğində qəbul edir. 1.2. Cavabdeh etiraf etdiyi borcu İddiaçıya 2024-cü ilin fevral ayının sonunadək 12 619.72 manatı, 2024-cü ilin mart ayının sonunadək 12 619.72 manatı ödəməyi öhdəsinə götürür: 1.3. İddiaçı Cavabdeh tərəfindən borc öhdəliyinin Sazişdə nəzərdə tutulmuş qaydada icra edilməsini qəbul edir və Cavabdehə qarşı heç bir əlavə iddia və tələb irəli sürmür. 1.4. Cavabdeh tərəfindən iddia tələbi üzrə borc öhdəliyinin Sazişin 1.2-1.3-cü bəndlərində müəyyən olunmuş qaydada tam icra edilməsindən sonra, Cavabdehin İddiaçı qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə yerinə yetirilmiş hesab edilir və İddiaçı Cavabdehə qarşı iddia tələblərindən imtina etməyi öhdəsinə götürür. 1.5. Cavabdeh tərəfindən 25239.44 manat borc məbləğinin Sazişdə nəzərdə tutulan müddətədək tam həcmdə İddiaçıya ödənilməməsi Cavabdehin Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. Bu hal barışıq sazişinin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi, 25239.44 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsi üçün məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. 1.6. Hər bir tərəf məhkəmə xərclərini və hüquqi yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclərini özü ödəyir.
2. Digər müddəalar 2.1. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 2.2. Bu Saziş məlikəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. 2.3. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191 -ci və 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 2.4. X1 üçün məcburi şərtləri özündə əks etdirməklə hər biri 2 (iki) səhifədən ibarət olan 3 (üç) əsl nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, biri Cavabdehdə saxlanılır, bir əsl nüsxə isə təsdiq edilməsi üçün Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günay Namazova