Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9758/2025 11.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7564,29 manat borc məbləği, 750 manat cərimə və dövlət rüsumunun əvəzi olaraq 96 manat pulun Cavabdeh2ıdan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh2 ilə icraçı İddiaçı MMC arasında xx.xx.2023-ci il tarixdə 317 saylı “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Bağlanmış xx.xx.2023-ci il tarixli 317 saylı “alqı-satqı” müqavilənin şərtlərinə uyğun olaraq malların alqı-satqısı həyata keçirilmişdir. Ümumi qaimələrə əsasən 21658,16 mal satılıb və onun qarşılığında 14094,37 manat məbləğində ödəniş olmuşdur. Sifarişçi Cavabdeh2 müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2023-ci il tarixli 317 saylı müqavilə üzrə alınan məhsulun dəyəri ilə əlaqədar “üzləşmə aktı” rəsmiləşdirilmişdir. Üzləşmə aktında faktları etiraf etməklə, tərəflər öz aralarında aşağıdakıları rəsmiləşdiriblər: İddiaçı MMC-nin (VÖEN **********) İcraçı Direktoru Nümayəndə və Cavabdeh2 (VÖEN **********) qarşılıqlı yoxlamaya əsasən aşağıda qeyd olunmuş borc göstəricilərini 09 iyul 2025-ci il üçün öz imzaları ilə təsdiq etmişlər. Beləliklə, Cavabdeh2 xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə (VÖEN **********) 7564,29 manat təşkil edir. Tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan, hazırkı iş üzrə cavabdeh sifarişçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün İddiaçı MMC xx.xx.2025-ci il tarixdə hazırkı iş üzrə cavabdeh tərəfə “Pretenziya məktubu” ilə müraciət edilmişdir. Pretenziya məktubu əsasında müqavilə öhdəliyi üzrə yaranmış borc məbləğin ödənilməsi xahiş olunmuşdur. Müqavilənin 4.3-cü bəndinə əsasən ödəniş sifarişçi tərəfindən gecikdirən zaman hər günə 0.2% hesab olunur, amma umumi borcun 10% keçməmək şərti ilə hal-hazırda cərimə məbləği 750 manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425-ci maddəsinə istinad olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə ilə əlaqə saxlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2023-ci il tarixdə 317 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı sifarişlər əsasında nəzərdə tutulmuş miqdarda, çeşiddə və qiymətdə malları alıcıya satır, alıcı isə öz növbəsində bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıya ödəyir. 2.1-ci bəndinə əsasən malların qiyməti hesab-fakturalarda göstərilir. 2.4-cü bəndinə əsasən malların alıcının qəbul məntəqəsinə fiziki olaraq çatdırılması və aidiyyətı şəxs tərəfindən malların qəbulu sənədinin imzalanması malların təhvil verilməsi hesab edilir. 3.4.3-cü bəndinə əsasən malların dəyərini bu Müqavilədə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə e-qaimə təqdim edildiyi tarixdən 10 iş gün müddətində odəniş həyata keçirilir. Mallara görə edilən ödənişlərdən hər hansı tutulmalara yol verilmir. 4.3-cü bəndinə əsasən ödənişlər bu müqavilədə müəyyən edilmiş müddətdə ödənilmədikdə alıcıya gecikdirilən məbləğin hər bir gecikdirilmiş günü üçün ümumi məbləğin 10%-ni keçməmək şərti ilə 0,2 faiz məbləği hesablanacaq. Alıcı göndərilmiş mallara görə ödənişləri ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirdiyi halda satıcı tək öz mülahizəsinə görə malların göndərilməsini yaranmış borcun ödənilməsinədək dayandırmaq hüququna malikdir. 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müddətsiz bağlanmış hesab olunnur. Hər iki tərəfin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş xx.xx.2025-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh2 İddiaçı MMC-yə qalıq borcunun 7 564,29 manat təşkil etdiyini qəbul etmişdir. 03 aprel 2025-ci il tarixli akta əsasən ƏDV daxil 97,50 manat, 03 aprel 2025-ci il tarixli akta əsasən 258,10 manat, 30 iyul 2024-cü il tarixli akta 110,00 manat, 14 iyul 2024cü il tarixli akta əsasən 103,00 manat, 10 oktyabr 2024-cü il tarixli akta əsasən 159,20 manat, 18 oktyabr 2024-cü il tarixli akta əsasən 178,86 manat, 03 mart 2025-ci il tarixli akta əsasən 208.4 manat, 07 mart 2025-ci il tarixli akta əsasən 163,00 manat, 10 fevral 2025-ci il tarixli akta əsasən 283,50 manat, 14 fevral 2025-ci il tarixli akta əsasən 165,50 manat, 12 iyun 2024-cü il tarixli akta əsasən 189.00 manat, 15 iyun 2024-cü il tarixli akta əsasən 64,40 manat, 30 dekabr 2024-cü il tarixli akta əsasən 164,41 manat, 06 fevral 2025-ci il tarixli akta əsasən 127,50 manat, 19 iyun 2024-cü il tarixli akta əsasən 173,80 manat, 21 iyun 2024-cü il tarixli akta əsasən 130,20 manat, 10 iyul 2024-cü il tarixli akta əsasən 432.00 manat, 04 iyul 2024-cü il tarixli akta əsasən 135,00 manat, 24 dekabr 2024-cü il tarixli akta əsasən 252,30 manat, 26 dekabr 2024-cü il tarixli akta əsasən 180,00 manat, 13 aprel 2025-ci il tarixli akta əsasən 314,20 manat, 12 aprel 2025-ci il tarixli akta əsasən 55,00 manat, 26 oktyabr 2024-cü il tarixli akta əsasən 248,10 manat, 01 noyabr 2024-cü il tarixli akta əsasən 132,90 manat, 08 noyabr 2024-cü il tarixli akta əsasən 113.50 manat, 10 noyabr 2024-cü il tarixli akta əsasən 126.90 manat, 07 aprel və 10 aprel tarixli aktlara əsasən 315,50 və 181,00 manat, 25 fevral və 28 fevral 2025-ci il tarixli aktlara əsasən 226,50 və 261,50 manat, 11 mart və 27 mart 2025-ci il tarixli aktlara əsasən 302,40 və 259,40 manat, 11 noyabr və 21 dekabr 2024-cü il tarixli aktlara əsasən 204,50 və 124,70 manat, 21 aprel və 23 aprel 2025-ci il tarixli aktlara əsasən 62,50 və 299,00 manat, 17 aprel və 18 aprel 2025-ci il tarixli aktlara əsasən 262,68 və 289,0 manat, 29 mart və 31 mart 2025-ci il tarixli aktlara əsasən 39.00 və 238,50 manat, 15 fevral və 21 fevral 2025-ci il tarixli aktlara əsasən 163,00 və 173,50 manat, 10 fevral və 14 fevral 2025ci il tarixli aktlara əsasən 283,50 və 165,50 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh və Nicat, Aytac, Malik, Şahbaz, Yusif və s adlı şəxslər aktları imza ilə təsdiq etməklə malları qəbul etmişdir. Təhvil verilmiş malların dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə 62 ədəd elektron qaimə-faktura göndərilmişdir. 20 avqust 2024-cü il tarixli, 045508 nömrəli kassa mədaxil orderinə əsasən 395 manat, 07 oktyabr 2024-cü il tarixli, 045535 kassa mədaxil orderinə əsasən 1000 manat, 17 iyun 2025-ci il tarixli, 403386 nömrəli kassa mədaxil orderinə əsasən 800 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənmişdir. xx/xx/2024 - xx/xx/2024 dövrü əhatə edən hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2024-xx.xx.2024 tarix aralığında cəmi 9844,54 manat pul ödənmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 96 manat, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən 10 manat olmalqa, cəmi 106 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, təhvil-təslim aktı, qaimələr, üzləşmə aktı) öz təsdiqini tapmışdır. Cavabdeh tərəf məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun tam ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərindən 7564,29 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 7564,29 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı cavabdehdən 750 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə cərimə borcunun tələb edilməsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən ödənişlər vaxtında icra edilmədikdə gecikdirilmiş məbləğin hər günü üçün 0,2 faiz məbləğində dəbbə pulunun hesablanması nəzərdə tutulmuşdur. İş materialları ilə cavabdeh tərəfindən ödənişlərin vaxtında həyata keçirilmədiyi təsdiq edilir və bu səbəbdən iddiaçının cərimə tələb etmək hüququ yaranmışdır. Bununla belə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hesablanmış cərimə əsas borcun məbləği ilə müqayisədə əhəmiyyətli faiz nisbəti təşkil edir, cərimənin tam həcmdə tutulması tərəflərin mənafeləri arasında balans prinsipini poza bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, ədalətlilik və tənasüblülük prinsipləri nəzərə alınmaqla cərimə məbləği 370 manat müəyyən edilməlidir. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 99,34 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh2 7564 (yeddi min beş yüz altmış dörd) manat 29 (iyirmi doqquz) qəpik əsas, 370 (üç yüz yetmiş) manat cərimə və ödənilmiş 99 (doxsan doqquz) manat 34 (otuz dörd) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-9758/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9758/2025
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver