Məhkəmə qərarları › İş №e-2-2(113)-977/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-977/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-977/2023 12.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Şəfa” X1rşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oglunun, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 oglunun iştirakları ilə, İddiaçı cavabdeh “Şəfa” X1rşı “pul” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən müqavilə üzrə yaranmış 10000 (on min) manat qalıq borc məbləğinin, 120 manat ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi, ümumlikdə 10120 (on min yüz iyirmi) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında 15 aprel 2020-ci il tarixli, SSA/020/04001 nömrəli Xəstəxana informasiya sistemi proqram təminatının hazırlanması üzrə dəyəri 12 775 manat olan müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə icraçı kimi iddiaçı öz öhdəliklərini tam icra etmiş, proqram təminatını hazırlayaraq cavabdehə təhvil vermiş həmçinin, klinikaya aid 7 ədəd laboratoriya cihazını sistemə inteqrasiya etmişdir. Müqaviləyə əsasən, cavabdeh tərəfindən 2020-ci ilin aprel ayında (müqavilə bağlandığı tarixdə) ilkin ödəniş olaraq 1 775 AZN, 2020-ci ilin may ayında ikinci ödəniş olan 1 000 AZN ödənilmişdir. Müqavilənin 1.1.5-ci bəndinə əsasən, 11 ay ərzində ödənilməli olan digər məbləğ ödənilməmişdir. Dəfələrlə aparılan şifahi danışıqlardan sonra cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayında bildirilmişdir ki, İddiaçı adlı Xəstəxana informasiya sistemi proqram təminatından istifadə edilməyəcək və həmin proqram təminatı üçün heç bir ödəniş verilməyəcəkdir. Beləliklə may ayından sonrakı hər ay 1 000 ( min) manat olmaqla verilməli olan ödənişlər dayandırılmış və nəticədə 10 ay ərzində 10 000 (on min) manat dəyərində borc yaranmışdır. Hal-hazırda cavabdeh müqavilədən faktiki olaraq birtərəfli imtina etməklə iddiaçı tərəfindən görülmüş işə görə qeyd edilən qalan ödənişləri etməmiş və bundan əsassız olaraq imtina etməkdədir. Cavabdehə iddiaçı tərəfindən “ Müqavilə üzrə ödəniş öhdəliyinin icrası tələbi”-nə dair 20 sentyabr 2022-ci il tarixli yazılı pretenziya (elektron məhkəmə kabineti vasitəsilə) da göndərilmişdir. O cümlədən rəsmi olaraq yazılı pretenziya da 21 sentyabr tarixində poçt xidməti vasitəsilə göndərilmişdir . Cavabdeh Bakı şəhərində fəaliyyət göstərən özəl klinikadır. Cavabdeh ilə iddiaçının əməkdaşlığını nəzərə alaraq hazırki vaxtadək iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdir. Belə ki, iddia ərizəsinin indi təqdim edilməsinin səbəbi iddiaçı tərəfindən cavabdehlə gələcəkdə yenidən işgüzar münasibətlərinin qurulmasının gözlənilməsi olmuşdur. Cavabdeh tərəfindən əvvəlki bir neçə ay üzrə ödənişlər həyata keçirilmişdir. Sonrakı aylarda ödənişlərin edilməsi dayandırılmışdır. İş üzrə mediasiya prosesinə riayət edilmiş, mediasiya prosesində barışıq sazişinin əldə olunmasına cəhd edilmişdir. Lakin son anda iddiaçı və cavabdeh arasında mediasiyada razılıq əldə edilməmişdir. Həmçinin iddiaçı tərəfindən mediasiya xərcləri ödənilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Vəkil oglu iddia ərizəsinin məzmununa uygun izahat vermiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 oglu iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, cavabdeh vətəndaşlara laborotoriya-analiz xidmətləri göstərir. Müqavilə baglandıqdan sonra cavabdeh öhdəliyini qismən yerinə yetirmiş olsada, iddiaçının təqdim etdiyi proqram müqavilə və müqaviləyə əlavə razilaşmadakı tələblərə cavab vermədiyindən bu barədə iddiaçıya bildirmişlər. Tərəflər arasında təhvil-təslim aktı yoxdur. Mütəxəssis arayışında və ekspert rəyində də qeyd olundugu kimi proqram cavabdehə tam verilməyib, birçox modullar işlək deyil. Baglanmış müqaviləyə əsasən iddiaçı öhdəliklərini tam yerinə yetirmədiyi üçün iddia əsassızdır və rədd eilməlidir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 15 aprel 2020-ci il tarixli, SSA/020/04001 nömrəli satış haqqında müqavilə və 17 mart 2020-ci il tarixli İRA/020/03001 saylı ilkin razılaşma aktı bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin aprel ayında ilkin ödəniş olaraq 1 775 AZN, 2020-ci ilin may ayında ikinci ödəniş olan 1 000 AZN ödənilmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 10 000 (on min) manat məbləğində borcu qalmışdır.

10. İddiaçı öhdəliyini icra etdiyini cavabdeh isə iddiaçı tərəfindən öhdəliyin tam olaraq icra edilmədiyini bildirir.

11. Tərəflər arasında baglanmış müqaviləyə və ilkin razılaşma aktına əsasən iddiaçı cavabdehə ümumilikdə 46 ədəd modul hazırlanması barədə öhdəlik götürmüşdür.

12. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli ekspert rəyindən görünür ki, aparılmış tədqiqat işləri nəticəsində “ŞƏFA” X2 İddiaçı proqram təminatına baxış fiziki olaraq lokalda yerləşən “MYSQL” kodları vasitəsilə yaradılmış “Database Server” işlək vəziyyətə gətirildikdən sonra həmin serverin yaddaşında saxlanmış “2.137.EXE” üzərindən aparılmışdır. Rəyin “Tədqiqi Hissə” sində məhkəmə-kompüter texniki ekspertizasının təyini haqqında qərarda göstərilən İddiaçı MMC tərəfindən “ŞƏFA” X3 təqdim edilən proqram təminatının tərəflər arasında imzalanmış 15 aprel 2020-ci il tarixli, SSA/020/04001 saylı satış haqqında müqavilə və 17 mart 2020-ci il tarixli İRA/020/03001 saylı ilkin razılaşma aktında göstərilən tələblərə cavab verib-verməməsinin müəyyən edilməsi mütəxəssis qismində cəlb olunan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin əməkdaşı Heydər Şükürov tərəfindən cavablandırılmışdır. Ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil etmişdir.

13. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin əməkdaşı Heydər Şükürov tərəfindən tərtib edilmiş ekspert rəyindən müəyyən olunur ki, tərəflər arasında baglanmış müqaviləyə və İlkin razılaşma aktına əsasən tələb olunan ümumi modul sayı 46, həll olunan modul sayı 24, həll olunmayan modul sayı 18, həlli mübahisəli modul sayı 4 olmuşdur.

14. İddiaçı ilə cavabdeh arasında baglanmış 15 aprel 2020-ci il tarixli, SSA/020/04001 nömrəli müqavilənin 1.1.1 bəndinə əsasən satıcı Bu müqavilənin predmetinə uygun olaraq siyahı üzrə bütün modulları alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür.

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş, bütün modulları cavabdehə təhvil verməmişdir. Qeyd olunanlar Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli ekspert rəyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin əməkdaşı Heydər Şükürov tərəfindən tərtib edilmiş ekspert rəyi ilə təsdiq olunur.

16. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməli, ekspertiza tədqiqatının dəyəri 80 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

VI. Nəticə:

17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh “Şəfa” X1rşı cavabdehdən müqavilə üzrə yaranmış 10 000 (on min) manat qalıq borc məbləğinin, 120 manat ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi, ümumlikdə 10120 (on min yüz iyirmi) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 80 manat İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X4, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar