Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-978/2023 17.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən iddiaçının xeyrinə 5458.10 manat məbləğində sığorta ödənişi, 23 avqust 2022-ci il tarixdən iddia qaldırılmış 13 yanvar 2023- cü il tarixədək (144 gün) gecikdirilmiş sığorta ödənişi məbləğinin gündəlik 0.1 faizi olmaqla hesablanmış 786 manat dəbbə pulu, cəmi 6244.10 manat, mediasiya təşkilatına ödənilmiş 70 manat rüsum və 12.45 manat dövlət rüsumu iddaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 5458.10 manat məbləğində sığorta ödənişi, 23 avqust 2022-ci il tarixdən iddia qaldırılmış 13 yanvar 2023cü il tarixədək (144 gün) gecikdirilmiş sığorta ödənişi məbləğinin gündəlik 0.1 faizi olmaqla hesablanmış 786 manat dəbbə pulu, cəmi 6244.10 manat, mediasiya təşkilatına ödənilmiş 70 manat rüsum və 12.45 manat dövlət rüsumu iddaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər. Tərəflər barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: Bir tərəfdən İddiaçı MMC, digər tərəfdən Cavabdeh Sığorta Şirkəti ASC, “sığorta ödənişinin verilməsi tələbinə dair” Bakı Kommersiya Məhkəməsinin icraatında olan kommersiya işi üzrə (iş Ne e-2-2(113)-978/2023) aşağıdakı şərtlər əsasında bu Sazişi bağladılar:
1. Cavabdeh sığorta ödənişi olaraq iddiaçıya 5000 (beş min) manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür.
2. İddiaçı 5000 (beş min) manat məbləğində pul vəsaitinin ona ödənilməsinə öz razılığını bildirir və e-2-2(113)-978/2023 nömrəli iş üzrə sığorta ödənişi və dəbbə pulu kimi 6244,40 manat, mediasiya təşkilatına ödənilmiş 70 manat və 12,45 manat dövlət rüsumunun ödənilməsi tələbindən imtina edir.
3. İddiaçı və cavabdeh onlar arasında yaranmış mübahisənin həll olunduğunu, barışıq sazişinin şərtləri ilə razı olduğunu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi müəyyən edilmiş müvafiq normaların onlara tam aydın olduğunu və bir-birlərinə qarşı heç bir iddialarının olmadığını təsdiq edirlər.
4. Bu Saziş Azərbaycan dilində, 1 (bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə Bakı Kommersiya Məhkəməsinin iş materiallarında saxlanılır. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zaur Pirverdiyev