Məhkəmə qərarları › İş №e-2-2(113)-979/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-979/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-979/2024 14.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh SOCAR-ınCavabdehnə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh SOCAR-ın Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İ.İŞİN HALLARİ

1. İddiaçı MMC ilə Cavabdeh arasında 18 noyabr 2022-ci il tarixli, NQT-2022233 nömrəli müxtəlif ikitavrların tədarükü haqqında müqavilə və müqavilənin tərkib hissəsi hesab edilən 12 yanvar 2023-cü il tarixli 01 nömrəli Əlavə Razılaşma, 29 mart 2023-cü il tarixli 02 nömrəli Əlavə Razılaşma, 31 mart 2023-cü il tarixli 03 nömrəli Əlavə Razılaşma və 20 aprel 2023-cü il tarixli 04 nömrəli Əlavə Razılaşma imzalanmışdır. Müqavilənin: 1.1-ci bəndinin tələblərinə əsasən iddiaçı malları tərəflər arasında təsdiq edilmiş Sifarişə uyğun olaraq cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malları qəbul etməyi və dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürür. 2-ci bəndinə əsasən tədarük edilmiş malların dəyəri tərəflər arasında təsdiq edilmiş təhvil-qəbul aktına uyğun olaraq satıcının təqdim etdiyi hesab-fakturaya əsasən 30 təqvim günü ərzində bu müqavilənin 15-ci maddəsində göstərilən hesaba ödəniləcəkdir. Bu müqavilənin 15-ci maddəsində qeyd olunan satıcının bank rekvizitlərinin düzgünlüyünə satıcı məsuliyyət daşıyır. Tərəflərin təsdiq etdiyi sifariş, təhvil-qəbul aktı və hesab-faktura (o cümlədən elektron qaimə) ödəniş üçün əsasdır. Əgər hesab-faktura Müqaviləyə, sifarişə və ya təsdiq edilmiş təhvil-qəbul aktına uyğun gəlməzsə alıcının uyğunsuzluqlar aradan qaldırılanadək ödəniş etməmək hüququ vardır. 5.4.2-ci bəndinə əsasən ödənişlərin vaxtında və tam ödənilməsini təmin etmək alıcının öhdəliyidir. 6.4-cü bəndinə əsasən alıcı ödənişi müqavilədə müəyyən edildiyi müddətdən gecikdirdiyi hallarda, alıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün ödəniş dəyərinin 4.6%-i miqdarında, sonrakı hər həftə üçün isə ödəniş dəyərinin 0.1 %-i miqdarında cərimə ödənilməlidir. Lakin cərimənin ümumi məbləği müqavilənin dəyərinin 5%- dən çox ola bilməz. 12.1-ci bəndinə əsasən müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və xx.xx.2023-cü il tarixədək qüvvədədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixli AT-NOT-004 nömrəli malların təhvilqəbul aktına əsasən 134.681,16 manat dəyərində, xx.xx.2023-cü il tarixli AT-NOT-005 nömrəli malların təhvil-qəbul aktına əsasən 550.064,60 manat dəyərində, xx.xx.2023-cü il tarixli AT-NOT-002 nömrəli təhvil-qəbul aktına əsasən 212.693,20 manat dəyərində, xx.xx.2023-cü il tarixli AT-NOT-001 nömrəli təhvil-qəbul aktına əsasən 136.452,08 manat dəyərində, xx.xx.2023-cü il tarixli AT-NOT-003 nömrəli təhvil-qəbul aktına əsasən E 136.160,28 manat dəyərində, xx.xx.2023-cü il tarixli AT-NOT-006 nömrəli təhvil-qəbul aktına əsasən 85.262,36 manat dəyərində, xx.xx.2023-cü il tarixli AT-NOT-007 nömrəli təhvil-qəbul aktına əsasən 262.288,66 manat dəyərində, xx.xx.2023-cü il tarixli AT-NOT- 008 nömrəli təhvil-qəbul aktına əsasən 287.941,88 manat dəyərində, xx.xx.2023-cü il tarixli AT-NOT-009 nömrəli təhvil-qəbul aktına əsasən 539.459,15 manat dəyərində, xx.xx.2023-cü il tarixli AT-NOT-010 nömrəli təhvil-qəbul aktına əsasən 1.230.533,96 manat dəyərində, xx.xx.2023-cü il tarixli AT-NOT-011 nömrəli təhvil-qəbul aktına əsasən 121.620,17 manat dəyərində, xx.xx.2023-cü il tarixli AT-NOT-011 nömrəli təhvil-qəbul aktına əsasən 270.056,59 manat məbləğində mallar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə təhvil verilmişdir. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə 134.681,16 manat dəyərində malların təqdim edilməsinə dair xx.xx.2023-cü tarixli EBCM 549937 nömrəli; 550.064,60 manat dəyərində malların təqdim edilməsinə dair xx.xx.2023cü tarixli EBCM566940 nömrəli elektron qaimə; 212.693,20 manat dəyərində malların təqdim edilməsinə dair xx.xx.2023-cü tarixli EBCM 716538 nömrəli elektron qaimə; 136.452,08 manat dəyərində malların təqdim edilməsinə dair xx.xx.2023- cü tarixli EBCM 757814 nömrəli elektron qaimə; 136.160,28 manat dəyərində malların təqdim edilməsinə dair xx.xx.2023-cü tarixli EBCM 858544 nömrəli elektron qaimə; 85.262,36 manat dəyərində malların təqdim edilməsinə dair xx.xx.2023-cü tarixli EBCM 757815 nömrəli elektron qaimə; 262.288,66 manat dəyərində malların təqdim edilməsinə dair xx.xx.2023cü tarixli EBCN 725897 nömrəli elektron qaimə; 287.941,88 manat dəyərində malların təqdim edilməsinə dair xx.xx.2023-cü tarixli EBDB 025692 nömrəli elektron qaimə; 539.459,15 manat dəyərində malların təqdim edilməsinə dair xx.xx.2023-cü tarixli EBDB 868319 nömrəli elektron qaimə; 269.694,36 manat dəyərində malların təqdim edilməsinə dair xx.xx.2023-cü tarixli EBDC 458253 nömrəli elektron qaimə; 960.839,61 manat dəyərində malların təqdim edilməsinə dair xx.xx.2023-cü tarixli EBDC 452554 nömrəli elektron qaimə; 39.614,47 manat dəyərində malların təqdim edilməsinə dair xx.xx.2023-cü tarixli EBDC 618887 nömrəli elektron qaimə ; 82.005,70 manat dəyərində malların təqdim edilməsinə dair xx.xx.2023-cü tarixli EBDC 591696 nömrəli elektron qaimə və 270.056,59 manat dəyərində malların təqdim edilməsinə dair xx.xx.2023-cü tarixli EBDC 917663 nömrəli elektron qaimə, ümumilikdə 3.967.214,10 manat dəyərində mallar təqdim edilməsinə dair elektron qaimələr elektron sistem vasitəsilə göndərilmişdir. Elektron qaimələr tərəflərin imzası, İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

4. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası dövrdə Cavabdeh tərəfindən İddiaçı MMC-yə edilmiş müxtəlif vaxtlarda ödənişlər icra edilmişdir.

5. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə 14 noyabr 2023-cü il tarixli, pretenziya məktubu ilə müraciət edilərək, müqavilə üzrə malların dəyərinin ödənilməsinin gecikdirilməsi üçün hesablanmış 199.313,90 manat dəyərində cərimə məbləğinin 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2024-cü il tarixli, 9/3763 saylı ekspert rəyinə əsasən, 14 elektron qaimə üzrə ödənişlərin gecikdirilməsi səbəbilə müqavilənin 6.4-cü bəndinin tələblərinə əsasən hesablanmış cərimənin məbləği ümumilikdə 724.238,77 manat təşkil edir. Lakin müabilənin 6.4-cü bəndinə əsasən hesablanmış cərimənin ümumi məbləği müqavilə dəyərini 5%-dən çox ola bilməməsini nəzərə alaraq ödənilməli olan cərimə məbləği 199.313,90 manat (3.986.278,07x5%=199.313,9) təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.

II. İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsi səbəbilə hesablanmış 199.313,90 manat məbləğində cərimə, həmçinin 300 manat məbləğində hüququ yardım üçün və 410 manat məbləğində mediasiyaya dair xərclər, ümumilikdə 200.023,9 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 18 noyabr 2022-ci il tarixli, NQT-2022233 nömrəli müxtəlif ikitavrların tədarükü haqqında müqavilə və müqavilənin tərkib hissəsi hesab edilən 12 yanvar 2023-cü il tarixli 01 nömrəli əlavə razılaşma, 29 mart 2023-cü il tarixli 02 nömrəli əlavə razılaşma, 31 mart 2023-cü il tarixli 03 nömrəli əlavə razılaşma və 20 aprel 2023-cü il tarixli 04 nömrəli əlavə razılaşma imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinin tələblərinə əsasən iİddiaçı malları tərəflər arasında təsdiq edilmiş sifarişə uyğun olaraq cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malları qəbul etməyi və dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında imzalanmış, eyni zamanda malların təhvil-qəbulunu əks etdirən xx.xx.2023 tarixli EBCM549937 nömrəli elektron qaimə əsasında 134.681,16 manat dəyərində mal, xx.xx.2023 tarixli EBCM566940 nömrəli elektron qaimə əsasında dəyəri 550.064,60 manat dəyərində mal, xx.xx.2023 tarixli EBCM716538 nömrəli elektron qaimə əsasında 212.693,20 manat dəyərində mal, xx.xx.2023 tarixli EBCM 757814 nömrəli elektron qaimə əsasında 136.452,08 manat dəyərində mal, xx.xx.2023 tarixli EBCM858544 nömrəli elektron qaimə əsasında 136.160,28 manat dəyərində mal, xx.xx.2023 tarixli EBCM757815 nömrəli elektron qaimə əsasında 85.262,36 manat dəyərində mal, xx.xx.2023 tarixli EBCN 725897 nömrəli elektron qaimə əsasında 262.288,66 manat dəyərində mal, xx.xx.2023 tarixli EBDB 025692 nömrəli elektron qaimə əsasında 287.941,88 manat dəyərində mal, xx.xx.2023 tarixli EBDB 868319 nömrəli elektron qaimə əsasında 539.459,15 manat dəyərində mal, xx.xx.2023 tarixli EBDC 458253 nömrəli elektron qaimə əsasında 269.694,36 manat dəyərində mal, xx.xx.2023 tarixli EBDC 452554 nömrəli elektron qaimə əsasında 960.839,61 manat dəyərində mal, xx.xx.2023 tarixli EBDC 618887 nömrəli elektron qaimə əsasında 39.614,47 manat dəyərində mal, xx.xx.2023 tarixli EBDC 591696 nömrəli elektron qaimə əsasında 82.005,70 manat dəyərində mal və xx.xx.2023 tarixli EBDC 917663 nömrəli elektron qaimə əsasında 270.056,59 manat dəyərində, bütün elektron qaimələr üzrə ümumilikdə 3.967.214,10 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilmişdir. Hesablaşma qaydalarının əks etdirildiyi müqavilənin 2.3-cü bəndinə əsasən tədarük edilmiş malların dəyəri tərəflər arasında təsdiq edilmiş təhvil-qəbul aktına uyğun olaraq iddiaçının təqdim etdiyi hesab-fakturaya əsasən 30 təqvim günü ərzində müqavilənin 15-ci maddəsində göstərilən hesaba ödəniləcəkdir. Eyni zamanda, müqavilənin 2.5-ci bəndinə əsasən tərəflərin təsdiq etdiyi sifariş, təhvil-qəbul aktı və hesab-faktura (o cümlədən elektron qaimə) ödəniş üçün əsasdır. Müqavilənin cavabdehin öhdəliklərini müəyyənləşdirən 5.4.2-ci bəndi ödənişlərin vaxtında və tam ödənilməsinin təmin edilməsini cavabdehin öhdəliyi olaraq müəyyənləşdirmişdir. Müqavilənin yuxarıda qeyd edilmiş hesablaşma qaydalarına dair öhdəliklərinə baxmayaraq Cavabdeh tərəfindən elektron qaimələr üzrə ödənişlər gecikdirmələrlə icra edilmişdir. Müqavilənin 6.4-cü bəndinin tələblərinə əsasən Cavabdeh ödənişi Müqavilədə müəyyən edildiyi müddətdən gecikdirdiyi hallarda, Cavabdeh ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün ödəniş dəyərinin 4.6%-i miqdarında, sonrakı hər həftə üçün isə ödəniş dəyərinin 0.1%-i miqdarında cərimə ödəməlidir. Müqavilənin 6.4-cü bəndinin tələblərini nəzərə alaraq yuxarıda qeyd edilmiş ödənişlərin gecikdirilməsinə görə cərimə hesablanmışdır: Yuxarıda qeyd edilmiş on dörd elektron qaimə üzrə ödənişlərin gecikdirilməsi səbəbilə Müqavilənin 6.4-cü bəndinin tələblərinə əsasən hesablanmış cərimənin cəmi məbləği 724.238,77 manat təşkil edir. Lakin Müqavilənin 6.4-cü bəndi tənasüblü olaraq müəyyən etmişdir ki, cərimənin ümumi məbləği Müqavilə dəyərinin 5%dən çox ola bilməz. Müqavilənin 2.1-ci bəndi Müqavilənin ümumi qiymətinin 3.986.278,07 manat təşkil etdiyini müəyyənləşdirir. Bu baxımdan, Müqavilənin 6.4 və 2.1 bəndlərinin qarşılıqlı analizi əsasında yuxarıda qeyd edilənləri nəzərə alaraq Müqavilənin 6.4-cü bəndi üzrə tətbiq ediləcək cərimənin məbləğinin 199.313,90 manat təşkil etdiyi aydın olur. İddiaçı tərəfindən cərimə məbləğinin ödənilməsinə barədə cavabdehə dəfələrlə şifahi və yazılı tələb bildirilmişdir. Qeyd edilən tələblərə cavabdeh tərəfindən hər-hansı münasibət bildirilməmişdir. Bu səbəblə tərəflər arasında yaranmış mübahisənin müvafiq kommersiya məhkəməsi tərəfindən həllinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3 bəndinin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə 14 noyabr 2023-cü il tarixində pretenziya məktubu təqdim edilmiş və müqavilə üzrə malların dəyərinin ödənilməsinin gecikdirilməsi üçün hesablanmış 199.313,90 manat dəyərində cərimə məbləğinin 3 iş günü ərzində ödənilməsi tələb edilmişdir. Qeyd edilən pretenziya məktubunun təqdim edilməsindən ötən müddət ərzində xavabdeh tərəfindən pretenziya məktubuna hər-hansı yazılı və ya şifahimünasibət bildirilməmişdir. Nəzərə alınmalıdır ki, İddiaçının əsas fəaliyyət istiqamətinin ticarət fəaliyyəti olduğu səbəbilə qeyd edilən ödənişlərin zamanında icra olunmaması İddiaçını digər müqavilələr imzalamaq, həmin müqavilələr üzrə ödəniş icra etmək və mənfəət əldə etmək imkanlarından məhrum edilməsi ilə nəticələnmişdir.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 385, 465.2, 21.2, 157.4, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır. c) İşdə iştirak edən şəxslər və onların izahatları

11. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

12. Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatda ödəmələrin gecikdirildiyini qəbul etdiklərini, lakin bunun cavabdehdən asılı olmayan səbəblərdən baş verdiyini bildirmişdir.

13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). İV. TƏTBİQ EDİLƏN HÜQUQ

15. AR Mülki Məcəlləsinin: -567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

17. .Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh SOCAR-ın Cavabdeh arasında 18 noyabr 2022-ci il tarixli, NQT-2022233 nömrəli müxtəlif ikitavrların tədarükü haqqında müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini gecikdirmələrlə ödəməklə sözügedən müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.

19. Hazırda İddiaçı MMC müqavilə üzrə təqdim edilmiş 3.967.214,10 dəyərində malların ödəmələrinin gecikdirilməsinə görə hesablanmış 199.313,90 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını tələb edir.

20. Tələblə bağlı mhəkəmə ilk növbədə qeyd edir ki, cavabdeh SOCAR-ın Cavabdeh mübahisəli müqavilə üzrə malların dəyərini ödəmək öhdəliyini icrasının gecikdirməsi işin mübahisəsiz halıdır. Digər tərəfdən tərəflər arasında bağlanmış müqaviləsinin 6.4-cü maddəsində alıcının malların dəyərini ödəmək öhdəliyinin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması barədə şərt yer almışdır. Odur ki, iddiaçı İddiaçı MMC Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən öhdəliyinin lazıımi qaydada icra edilməməsinə görə dəbbə pulu tutulmasını tələb etməkdə haqlıdır.

21. Ödənişlərdə gecikdirmələrin onlardan asılı olmayan hallarla bağlı olması barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddia etirazının əsası kimi istinad etdiyi həmn halı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən həmin dəlili əsassız kimi qiymətləndirilir.

22. Tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, müqavilənin tələblərinə əsasən cavabdehə hesablanmalı olan dəbbə pulunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə müqavilənin 6.4-cü bəndinin tələblərinə əsasən ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün ödəniş dəyərinin 4.6%-i, sonrakı hər həftə üçün isə ödəniş dəyərinin 0.1 %-i miqdarında hesablanmış cərimənin məbləğinin ümumilikdə 724.238,77 manat təşkil etməsi, lakin müqavilənin həmin bəndinin ikinci cümləsinə əsasən hesablanmış cərimənin ümumi məbləğinin müqavilə dəyərinin 5%-dən çox ola bilməməsi barədə şərt nəzərə alındıqda ödənilməli olan cərimə məbləğinin 199.313,90 manat təşkil etməsi müəyyən edilmişdir.

23. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, müqavilədə müqavilənin ümumi dəyəri 3.986.278,07 manat təşkil etdiyi halda cavabdeh tərəfindən icra edilməsi gecikdirilmiş öhdəlik 3.967.214,10 manat təşkil edir.

24. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq icra edilməsi gecikdirilmiş öhdəliyin 5%-i, yəni 198.360,70 manat məbləğində müəyyən edilməlidir.

25. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 410 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 491 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

26. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 489 manat təşkil edir.

27. İddiaçı ödədiyi mediasiya xərcləri həddində (410 manat) dövlət rüsumundan azad edildiyindən, və belə olan halda tərəfindən ödənilməli olan dövlət rüsumu 79 manat olduğundan 412 manat məbləğində dövlət rüsumunu artıq ödəmişdir.

27. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərclərinin əvəzi olaraq 487 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 412 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

28. Bununla yanaşı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh SOCAR-ın Cavabdehndən 198.360,70 manat məbləğində dəbbə pulu, eləcə də dövlət rüsumunun və mediasiya xərclərinin əvəzi olaraq 487 manat məbləğində pul vəsaiti, vəkil xidmətinə çəkilən xərclərin əvəzi olaraq 300 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia verilərkən artıq ödənilmiş 412 manat məbləğində dövlət rüsumu İddiaçı MMCyə qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar