Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9795/2025 19.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 X4-İstehlak Kooperativi və Cavabdeh1 qarşı lizinq obyektinin geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, pul tələbi, lizinq obyektinin qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xalid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 X4-İstehlak Kooperativi və Cavabdeh1 qarşı lizinq obyektinin geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 X4-İstehlak Kooperativi və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “X2 İstehsal-İstehlak” Kooperativi arasında bağlanmış xx.xx.2020-ci il tarixli KTA-KTT-20/2478 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixədək yaranmış 28101,71 manat gecikdirilmiş əsas borc, 5906,43 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 34008,14 manat borc və 193 manat məbləğində ödənilmiş dövlət rüsumunun “X2 İstehsal-İstehlak” Kooperativindən və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli KTA-KTT-20/2478 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə xitam verilməsi və 1 ədəd Claas Axion 850 markalı traktorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “X2 İstehsal-İstehlak” Kooperativi arasında xx.xx.2020-ci il tarixli KTA KTT-20/2478 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd Claas Axion 850 markalı traktor cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhviltəslim aktı əsasında cavabdehə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli KTA-KTT-20/2478 nömrə Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 251383,56 manat təşkil etmişdir. Həmin məbləğin 82370,00 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdeh tərəfindən 50283,56 manat məbləğində ilkin ödəniş Cəmiyyətə ödənilmişdir. Eyni zamanda cavabdeh “X2 İstehsal-İstehlak” Kooperativi müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmiş və nəticədə xx.xx.2025-ci il tarixinə xx.xx.2020-ci il tarixli KTA-KTT-20/2478 nömrə müqavilə üzrə 28101,71 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilələrin 11.3-cü bəndinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2025-ci il tarixinə qədər xx.xx.2020-ci il tarixli KTA-KTT-20/2478 nömrəli müqavilə üzrə 5906,43 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmiş, sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, cavabdeh “X2 İstehsal-İstehlak” Kooperativinin İddiaçı ASC qarşısında xx.xx.2020-ci il tarixli KTA-KTT-20/2478 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” nə əsasən xx.xx.2025-ci il tarixə qədər 28101,71 manat gecikdirilmiş əsas borc, 5906,43 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 34008,14 manat öhdəliyi vardır. xx.xx.2020-ci il tarixli KTA-KTT-20/2478 nömrəli müqavilə Lizinq müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh “X2 İstehsal İstehlak” Kooperativi arasında bağlanmış xx.xx.2020-ci il tarixli KTA-KTT-20/2478 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi”nə əsasən xx.xx.2026-cı il tarixədək yaranmış 32059,37 manat (otuz iki min əli doqquz manat otuz yeddi qəpik) manat gecikdirilmiş əsas borc, 7849,39 manat (yeddi min səkkiz yüz qırx doqquz manat otuz doqquz qəpik) gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə, 39908,76 manat (otuz doqquz min doqquz yüz səkkiz manat yetmiş altı qəpik ) borc və 210 manat məbləğində ödənilmiş dövlət rüsumunun “X2 İstehsal-İstehlak” Kooperativi və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və 1 ədəd Claas Axion 850 markalı traktorun saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 748-1.5, 748-1.12.4, 748-2.3-cü maddələrinə istinad olunmuşdur.
5. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü bəndinin tələblərini nəzərə alaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkünhesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Lizinq verən qismində İddiaçı MMC ilə lizinq alan qismində “X2 İstehsal-İstehlak” MMC arasında xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/2478 nömrəli X5 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını (bundan sonra – lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə liznq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Adı: Traktor, marka/model: Claas Axion 850, istehsal ölkə: Fransa, şassi nömrəsi: A3005398, lizinq obyektinin qiyməti 251383,56 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği: 82370 manat; 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) 2 saylı əlavədə göstərilən cədvəl üzrə həyata keçirilir; 2.2-ci bəndinə əsasən lizinq ödənişlərinin ümumi məbləği: 11660,17 manat, avasn məbləği: 3460 manat, lizinq obyektinin qalıq dəyəri: 118730 manat, lizinq verənin mükafat məbləği: 21121,08 manat, müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği: 4 manat; 2.5-ci bəndinə əsasən müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği aşağıdakılardan ibarətdir: müqavilənin rəsmiləşdirilmə komissiyası: 4 manat; 3.2-ci bəndinə əsasən lizinq müddəti: 60 ay; 4.1-ci bəndinə əsasən Cavabdeh1 lizinq alana zamin durur və onun öhdəliklərinə görə lizinq verən qarşısında lizinq alanla tam birgə məsuliyyət daşıyır; 8.2-ci bəndinə əsasən lizina alanın lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək, lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, lizinq verənin tələbi ilə lizinq müqaviləsində göstərilmiş hallarda lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissələri olan ləvazimat və sənədləri lazımi qaydada, yəni texniki cəhətdən saz vəziyyətdə qaytarmağa borcludur; 11.1-ci bəndinə əsasən lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətdə lizinq verənə lizinq və ödənişləri ödəməlidir; 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir; 11.12-ci bəndinə əsasən əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 31 təqvim günündən artıq gecikdirildikdə lizinq öhdəliyi vaxtı keçmiş hesab edilir; 14.1-ci bəndinə əsasən lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuların yol verildiyi hallarda, lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər: lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmadıqda, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. Lizinq verən qismində İddiaçı ASC ilə zamin qismində Cavabdeh1 arasında imzalanmış xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/2478-Z saylı zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə “X2 İstehsal-İstehlak” MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/2478 nömrəli X5 müqaviləsi üzrə lizinq alanın lizinqə götürdüyü 251383,56 manat məbləğində lizinq obyekti ilə bağlı lizinq verən qarşısında öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirənədək zamin lizinq alanla birlikdə məsuliyyət daşımağını öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə lizinq alan öhdəliklərini icra etmədiyi və lazımınca icra etmədiyi təqdirdə zamin lizinq verənin ilkin yazılı tələbi ilə lizinq məbləğini, ona hesablanmış faiz və cərimələrlə birlikdə dərhal lizinq verənə ödənilməsini öz üzərinə götürür. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/2478 nömrəli X5 müqaviləsinə 1 saylı əlavədə lizinq predmeti olan 1 ədəd Class markalı, AXİON 850 model, istehsal ili 2020-ci il olan, Fransa istehsalı Traktora dair məlumatlar qeyd olunmuşdur. Əlavə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/2478 nömrəli X5 müqaviləsinə 2 saylı əlavəyə əsasən “X2 İstehsal-İstehlak” MMC tərəfindən İddiaçı ASC-yə müqavilə üzrə xx.xx.2025-ci il tarixinə qədər 118730 manat məbləğində vəsait ödənilməsi barədə “X2 İstehsal-İstehlak” MMC tərəfindən öhdəlik götürülmüşdür. Əlavə tərəfindən imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2020-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktına əsasən 1 ədəd Class markalı, AXİON 850 model, istehsal ili 2020-ci il olan, Fransa istehsalı Traktor saz vəziyyətdə “X2 İstehsal-İstehlak” MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
12. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.
13. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdeh “X2 İstehsal-İstehlak” MMC-nin xx.xx.2020-ci il tarixli, KTA- KTT-24/1627 nömrəli müqaviləsinə əsasən xx.xx.2026-cı il tarixinə qədər gecikdirilmiş cari borc üzrə 32059,37 manat, cərimə borcu üzrə 7849,39 manat olmaqla, ümumilikdə borcu 39908,76 manat təşkil edir.
14. İddiaçı MMC tərəfindən “X2 İstehsal-İstehlak” MMC və Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlərə müraciət edərək, borcun 1 (bir) iş gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
17. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, lizinq verən tərəfindən lizinq predmeti cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh “X2 İstehsal-İstehlak” MMC-nin İddiaçı ASC qarşısında öhdəliklərinin təminatı kimi İddiaçı ASC ilə zamin qismində Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “X2 İstehsal- İstehlak” MMC-nin İddiaçı ASC qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə Cavabdeh1 İddiaçı ASC qarşısında birgə məsuliyyət daşımaq barədə öz üzərinə öhdəlik götürmüşdür. Cavabdehlər tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehlərə qarşı hazırkı tələb hüququ yaranmışdır.
18. İddia tələbinin bir hissəsini xx.xx.2020-ci il tarixli KTA-KTT-20/2478 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” nə əsasən xx.xx.2026-cı il tarixədək yaranmış 32059,37 manat gecikdirilmiş əsas borcun cavabdehdən tutulması təşkil edir.
19. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehlərin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi borcun cavabdehlərdən tutulması hissəsində təmin edilməli, cavabdehlər “X2 İstehsal-İstehlak” MMC və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli KTA-KTT-20/2478 nömrəli müqavilə üzrə 32059,37 manat (otuz iki min əlli doqquz manat otuz yeddi qəpik) əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapmışdır.
20. İddia tələbinin digər hissəsini xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/2478 nömrəli nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X5 Müqaviləsi” nə əsasən 7849,39 manat gecikdirilmiş günlərə görə cərimə borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması təşkil edir.
21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında imzalanmış lizinq müqavilələrinin 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir.
22. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq, xx.xx.2020-ci il tarixli, KTA-KTT-20/2478 nömrəli müqavilə üzrə 1600 (min altı yüz) manat müəyyənləşdirilməli, cərimə məbləğinin tutulması ilə bağlı iddia tələbi qalan hissədə təmin edilməməlidir.
23. İddia tələbinin digər hissəsini 1 ədəd Class AXİON 850 markalı Traktorun saz və işlək vəziyyətdə geri qaytarılması təşkil edir.
24. Tərəflər arasında imzalanmış lizinq müqavilələrinin 14.1-ci bəndinə əsasən lizinq alan tərəfindən lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmadıqda, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdehlər müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödənişləri etməmiş, ödənişləri gecikdirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı lizinq obyektinin qaytarılmasını tələb etməkdə haqlıdır.
25. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməli, lizinq predmetini təşkil edən 1 ədəd Class Axon 850 markalı traktor saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır.
26. Eləcə də iddiaçı ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq 176,90 manat (yüz yetmiş altı manat doxsan qəpik) dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X4-İstehlak Kooperativindən müştərək qaydada xx.xx.2020-ci il tarixli KTA-KTT-20/2478 nömrəli müqavilə üzrə 32059,37 manat (otuz iki min əlli doqquz manat otuz yeddi qəpik) əsas borc, 1600 (min altı yüz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176,90 manat (yüz yetmiş altı manat doxsan qəpik) olmaqla, ümumillikdə 33836,27 manat (otuz üç min səkkiz yüz otuz altı manat iyirmi yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Lizinq predmetini təşkil edən 1 ədəd Class Axon 850 markalı traktor saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova