Məhkəmə qərarları › İş №e-2-2(113)-984/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-984/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-984/2020 10.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İddianın baxılmamış saxlanması haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçı MMC-nin X2 qarşı 2.688,00 (iki min altı yüz səksən səkkiz) manat məbləğində pul vəsaitinin, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 2.718,00 (iki min yeddi yüz on səkkiz) manat məbləğində pulun cavabdeh X1 alınaraq İddiaçı MMC-yə ödənilməsitələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC X2 qarşı 2.688,00 (iki min altı yüz səksən səkkiz) manat məbləğində pul vəsaitinin, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 2.718,00 (iki min yeddi yüz on səkkiz) manat məbləğində pulun cavabdeh X1 alınaraq İddiaçı MMC-yə ödənilməsitələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.6 maddələrinə uyğun olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin X2 qarşı 2.688,00 (iki min altı yüz səksən səkkiz) manat məbləğində pul vəsaitinin, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 2.718,00 (iki min yeddi yüz on səkkiz) manat məbləğində pulun cavabdeh X1 alınaraq İddiaçı MMC-yə ödənilməsitələbinə dair iddiası baxılmamış saxlanılsın və ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar