Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9859/2025 03.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli daşıma müqaviləsi üzrə 23918 manat əsas borc, Mülki Məcəllənin 449.2-ci maddəsinə əsasən hesablanmış 1544,68 manat faizin və ödənilmiş 177,46 manat dövlət rüsumu, 3500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş 21 yanvar 2026-cı il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: NƏZƏRƏ ALARAQ Kİ, a) İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinin ödənilməsinə dair e-2- 2(113)-9859/2025 saylı kommersiya işi hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır. b) İddiaçı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək məhkəmədən 25 iyun 2024-cü il tarixli 38/24/SA (AZ01 104-01.24) nömrəli daşıma müqaviləsi üzrə iddiaçı tərəfindən həyata keçirilən daşıma və (və ya) ekspedisiya, eləcə də gömrük brokeri xidmətləri nəticəsində cavabdehin ödəməli olduğu əsas borc məbləği olan 23,918.00 (iyirmi üç min doqquz yüz on səkkiz) AZN xidmət haqqı məbləğinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində göstərilən qaydada iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi 7.25 faizlik bank uçot dərəcəsi əsasında 1,544.68 AZN faiz məbləğinin və iddiaçı tərəfindən ödənilmiş 177.46 AZN dövlət rüsumunun, eləcə də 3,500.00 AZN hüquqi xidmətlərin göstərilməsinə dair xərclərin cəmi 29,139.00 AZN (iyimi donnuz min yüz otuz doqquz manat) manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. c) Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, qeyd olunan mübahisəni hazırkı barışıq dazişini bağlamaqla yekunlaşdırmaq qərarına gəldilər.
1. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ 1.1. Cavabdeh iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş müqavilədən irəli gələn öhdəliyin pozulmasından yaranmış borc tələbinə dair iddianı əsas borc hissəsində 23,918.00 (iyirmi üç min doqquz yüz on səkkiz) AZN (“Əsas Borc”) məbləğində qəbul edir. 1.2. İddiaçı qəbul edir ki, cavabdeh iddiaçı qarşısında yalnız Əsas Borcun ödənilməsi öhdəliyini daşıyır. Cavabdehin iddiaçı qarşısında olan öhdəliyi yalnız Əsas Borcla məhdudlaşır və Əsas Borcdan savayı hər hansı digər rüsum, dəbbə pulu, faiz, əldən çıxmış favda, hüquqi xidmət haqqı xərcləri və istənilən digər hər hansı əlavə ödənişlərin edilməsi üzrə öhdəlik daşımır. İddiaçı isə bu cür əlavə ödənişləri cavabdehdən tələb etmir. 1.3. Cavabdeh Əsas Borcu iddiaçıya aşağıda göstərilən cədvəl üzrə ödəməyi öhdəsinə götürür: S/S Tarix Məbləğ (AZN)
1. 20 fevral 2026 5.000,00
2. 20 mart 2026 4.000,00
3. 20 aprel 2026 4.000,00
4. 20 may 2026 4.000,00
5. 20 iyun 2026 4.000,00
6. 20 iyul 2026 2.918,00 1.4. Cavabdeh tərəfindən iddia tələbi üzrə borc öhdəliyinin sazişin 1.2-1.3-cü bəndlərində müəyyən olunmuş qaydada tam icra edilməsindən sonra, cavabdehin iddiaçı qarşısındakı öhdəlikləri tam həcmdə yerinə yetirilmiş hesab edilir. 1.5. Hər bir tərəf məhkəmə xərclərini və hüquqi yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclərini özü ödəyir.
2. DİGƏR MÜDDƏALAR 2.1. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 2.2. Bu saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir və saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. 2.3. Bu sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan bu Sazişi imzalamışlar. 2.4. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə hər biri 2 (iki) səhifədən ibarət olan 3 (üç) əsl nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrin biri iddiaçıda, biri cavabdehdə saxlanılır, bir əsl nüsxə isə təsdiq edilməsi üçün Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinə təqdim olunur.
Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 imzalamış, saziş hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, adıçəkilən barışıq sazişində tərəflərin çəkdiyi məhkəmə xərclərinin özlərinə aid edilməsi razılaşdırıldığından həmin razılığa uyğun olaraq da qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh Məhud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 yanvar 2026-cı il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: NƏZƏRƏ ALARAQ Kİ, a) İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinin ödənilməsinə dair e-2- 2(113)-9859/2025 saylı kommersiya işi hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır. b) İddiaçı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək məhkəmədən 25 iyun 2024-cü il tarixli 38/24/SA (AZ01 104-01.24) nömrəli daşıma müqaviləsi üzrə iddiaçı tərəfindən həyata keçirilən daşıma və (və ya) ekspedisiya, eləcə də gömrük brokeri xidmətləri nəticəsində cavabdehin ödəməli olduğu əsas borc məbləği olan 23,918.00 (iyirmi üç min doqquz yüz on səkkiz) AZN xidmət haqqı məbləğinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsində göstərilən qaydada iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi 7.25 faizlik bank uçot dərəcəsi əsasında 1,544.68 AZN faiz məbləğinin və iddiaçı tərəfindən ödənilmiş 177.46 AZN dövlət rüsumunun, eləcə də 3,500.00 AZN hüquqi xidmətlərin göstərilməsinə dair xərclərin cəmi 29,139.00 AZN (iyimi donnuz min yüz otuz doqquz manat) manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. c) Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, qeyd olunan mübahisəni hazırkı barışıq dazişini bağlamaqla yekunlaşdırmaq qərarına gəldilər.
1. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ 1.1. Cavabdeh iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş müqavilədən irəli gələn öhdəliyin pozulmasından yaranmış borc tələbinə dair iddianı əsas borc hissəsində 23,918.00 (iyirmi üç min doqquz yüz on səkkiz) AZN (“Əsas Borc”) məbləğində qəbul edir. 1.2. İddiaçı qəbul edir ki, cavabdeh iddiaçı qarşısında yalnız Əsas Borcun ödənilməsi öhdəliyini daşıyır. Cavabdehin iddiaçı qarşısında olan öhdəliyi yalnız Əsas Borcla məhdudlaşır və Əsas Borcdan savayı hər hansı digər rüsum, dəbbə pulu, faiz, əldən çıxmış favda, hüquqi xidmət haqqı xərcləri və istənilən digər hər hansı əlavə ödənişlərin edilməsi üzrə öhdəlik daşımır. İddiaçı isə bu cür əlavə ödənişləri cavabdehdən tələb etmir. 1.3. Cavabdeh Əsas Borcu iddiaçıya aşağıda göstərilən cədvəl üzrə ödəməyi öhdəsinə götürür: S/S Tarix Məbləğ (AZN)
1. 20 fevral 2026 5.000,00
2. 20 mart 2026 4.000,00
3. 20 aprel 2026 4.000,00
4. 20 may 2026 4.000,00
5. 20 iyun 2026 4.000,00
6. 20 iyul 2026 2.918,00 1.4. Cavabdeh tərəfindən iddia tələbi üzrə borc öhdəliyinin sazişin 1.2-1.3-cü bəndlərində müəyyən olunmuş qaydada tam icra edilməsindən sonra, cavabdehin iddiaçı qarşısındakı öhdəlikləri tam həcmdə yerinə yetirilmiş hesab edilir. 1.5. Hər bir tərəf məhkəmə xərclərini və hüquqi yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclərini özü ödəyir.
2. DİGƏR MÜDDƏALAR 2.1. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 2.2. Bu saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir və saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. 2.3. Bu sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan bu Sazişi imzalamışlar. 2.4. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə hər biri 2 (iki) səhifədən ibarət olan 3 (üç) əsl nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrin biri iddiaçıda, biri cavabdehdə saxlanılır, bir əsl nüsxə isə təsdiq edilməsi üçün Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinə təqdim olunur.
İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nərmin Əhmədova