Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-986/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməyən 762560 (yeddi yüz altmış iki min beş yüz altmış) manat, dövlət rüsumuna görə ödənilmiş 1053 (bir min əlli üç) manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən (VÖEN **********) alınaraq İddiaçı (VÖEN **********) xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-704/2025 saylı işə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-986/2025 saylı iş ilə (iddiaçı: İddiaçı MMC, cavabdeh: Cavabdeh ASC) Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatında olan e-2-2(113)- 704/2025 saylı iş (iddiaçı: Cavabdeh ASC, cavabdeh: İddiaçı MMC) üzrə tərəflər və aralarında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (alqı-satqı müqaviləsi üzrə mübahisələr) bir-biri ilə əlaqəli olduğundan işlərin bir icraatda birləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Məcəllənin 43.2-ci maddəsinə görə isə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, bir-biri ilə əlaqəli olduğundan icraatınızda olan e-2-2(113)-986/2025 saylı iş ilə e-2-2(113)- 704/2025 saylı işin bir icraatda birləşdirilməsi xahiş edilir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında vəsatətin məzmununa uyğun izahat verərək, vəsatəti müdafiə etdi və işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi də ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş vəsatətin təmin edilməsi, işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, vəsatət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan hər iki iş bir-biri ilə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı pul tələbinə dair iş (İş № e-2-2(113)-986/2024) məhkəmənin icraatında olan iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı pul tələbinə dair işlə (İş № e-2-2(113)-704/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı pul tələbinə dair iş (İş № e-2-2(113)- 986/2024) məhkəmənin icraatında olan iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı pul tələbinə dair işlə (İş № e-2-2(113)-704/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-986/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-986/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver