Məhkəmə qərarları › İş №e-2-2(113)-987/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-987/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-987/2022 12.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 400000 manat məbləğində əsas borc, 400 manat mediasiya xərci və 290 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili və cavabdehin nümayəndəsi tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və cavabdehin möhürü ilə təsdiqlənmiş 24 fevral 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. 13 oktyabr 2020-ci il tarixində Cavabdeh ilə İddiaçı arasında Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərindəki istixana kompleksinin (avadanlığının) ilkin alqı-satqı və torpaq icarə müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə, 30 iyun 2021-ci il tarixinə qədər Cavabdeh 410000 (dörd yüz on min) manat pul vəsaitinin ödənilməsini öhdəsinə götürmüşdür. Ancaq müqavilə bağlandığı andan etibarən yuxarıda göstərilən pul vəsaitinin 175000 (yüz min) manat hissəsi 30 noyabr 2021-ci il tarixinə qədər ödənilmişdir.

2. Tərəflər torpaq sahəsi icarə haqqı və istixananın satın alınması üçün 330000 (üç yüz otuz min) manat məbləğə və aşağıdakı kimi yeni ödəniş cədvəli ilə və 13 oktyabr 2022-ci il tarixində qurtaran icarə müqaviləsinin 1 il uzadılması və müqavilənin şərtləri eyni qalmaq şərti ilə qarşılıqlı razılaşmaya gəldilər və Cavabdeh aşağıdakı ödəniş cədvəlindəki pul vəsaitlərini hər ayın 20-ci gününə qədər ödənilməsini öhdəsinə götürdü. Bununla belə, bu razılaşmaya əsasən aşağıdakı ödəniş cədvəlində göstərilən hər hansı bir ödəniş gecikdirilərsə, Cavabdeh 30 noyabr 2021-ci il tarixinə ödənilmiş pulların istixana və torpağın icarə haqqına hesablanacağını qəbul edir və 30 iyun 2023-cü il tarixində torpaq sahəsini və istixananı hec bir haqq tələb etmədən tərk edəcəyini öhdəsinə götürür. "13" Oktabr 2020-ci il tarixli, alqı-satqı müqaviləsinin bu Saziş ilə toxunulmayan bütün digər müddəaları dəyişilməz olaraq qalır və bu Saziş "13"Oktabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsidir.

Ödəniş cədvəli

1-ci 2022-ci ilin mart ayı 5000 manat 2-ci 2022-ci ilin aprel ayı 5000 manat 3-cü 2022-ci ilin may ayı 20000 manat 4-cü 2022-ci ilin iyun ayı 20000 manat 5-ci 2022-ci ilin iyul ayı 20000 manat 6-cı 2022-ci ilin avqust ayı 20000 manat 7-ci 2022-ci ilin sentyabr ayı 30000 manat 8-ci 2022-ci ilin oktyabr ayı 30000 manat 9-cu 2022-ci ilin noyabr ayı 30000 manat 10-cu 2022-ci ilin dekabr ayı 20000 manat 11-ci 2023-cü ilin yanvar ayı 20000 manat 12-ci 2023-cü ilin fevral ayı 25000 manat 13-cü 2023-cü ilin mart ayı 25000 manat 14-cü 2023-cü ilin aprel ayı 20000 manat 15-ci 2023-cü ilin may ayı 20000 manat 16-cı 2023-cü ilin iyun ayı 20000 manat Ödəniləcək ümumi məbləğ: 330000 manat

3. AR Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələri tərəflərə aydındır. Tərəflər tam başa düşürlər ki, X2 məhkəmə tərəfindən təsdiq edildikdən sonra hazırki iş üzrə icraata xitam veriləcəkdir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

4. X1 imzalandığı andan hüquqi qüvvəyə minir.

5. X2 3 (üç) nüsxədə tərtib edilir və hər biri eyni hüquqi qüvvəyə malikdir. Hər bir Tərəfə bir nüsxə verilir, bir nüsxə isə təsdiq edilmək üçün məhkəməyə təqdim edilir.

Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin:

1. 13 oktyabr 2020-ci il tarixində Cavabdeh ilə İddiaçı arasında Mehdiabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərindəki istixana kompleksinin (avadanlığının) ilkin alqı-satqı və torpaq icarə müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə, 30 iyun 2021-ci il tarixinə qədər Cavabdeh 410000 (dörd yüz on min) manat pul vəsaitinin ödənilməsini öhdəsinə götürmüşdür. Ancaq müqavilə bağlandığı andan etibarən yuxarıda göstərilən pul vəsaitinin 175000 (yüz min) manat hissəsi 30 noyabr 2021-ci il tarixinə qədər ödənilmişdir.

2. Tərəflər torpaq sahəsi icarə haqqı və istixananın satın alınması üçün 330000 (üç yüz otuz min) manat məbləğə və aşağıdakı kimi yeni ödəniş cədvəli ilə və 13 oktyabr 2022-ci il tarixində qurtaran icarə müqaviləsinin 1 il uzadılması və müqavilənin şərtləri eyni qalmaq şərti ilə qarşılıqlı razılaşmaya gəldilər və Cavabdeh aşağıdakı ödəniş cədvəlindəki pul vəsaitlərini hər ayın 20-ci gününə qədər ödənilməsini öhdəsinə götürdü. Bununla belə, bu razılaşmaya əsasən aşağıdakı ödəniş cədvəlində göstərilən hər hansı bir ödəniş gecikdirilərsə, Cavabdeh 30 noyabr 2021-ci il tarixinə ödənilmiş pulların istixana və torpağın icarə haqqına hesablanacağını qəbul edir və 30 iyun 2023-cü il tarixində torpaq sahəsini və istixananı hec bir haqq tələb etmədən tərk edəcəyini öhdəsinə götürür. "13" Oktabr 2020-ci il tarixli, alqı-satqı müqaviləsinin bu Saziş ilə toxunulmayan bütün digər müddəaları dəyişilməz olaraq qalır və bu Saziş "13"Oktabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsidir.

Ödəniş cədvəli

1-ci 2022-ci ilin mart ayı 5000 manat 2-ci 2022-ci ilin aprel ayı 5000 manat 3-cü 2022-ci ilin may ayı 20000 manat 4-cü 2022-ci ilin iyun ayı 20000 manat 5-ci 2022-ci ilin iyul ayı 20000 manat 6-cı 2022-ci ilin avqust ayı 20000 manat 7-ci 2022-ci ilin sentyabr ayı 30000 manat 8-ci 2022-ci ilin oktyabr ayı 30000 manat 9-cu 2022-ci ilin noyabr ayı 30000 manat 10-cu 2022-ci ilin dekabr ayı 20000 manat 11-ci 2023-cü ilin yanvar ayı 20000 manat 12-ci 2023-cü ilin fevral ayı 25000 manat 13-cü 2023-cü ilin mart ayı 25000 manat 14-cü 2023-cü ilin aprel ayı 20000 manat 15-ci 2023-cü ilin may ayı 20000 manat 16-cı 2023-cü ilin iyun ayı 20000 manat Ödəniləcək ümumi məbləğ: 330000 manat

3. AR Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələri tərəflərə aydındır. Tərəflər tam başa düşürlər ki, X2 məhkəmə tərəfindən təsdiq edildikdən sonra hazırki iş üzrə icraata xitam veriləcəkdir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

4. X1 imzalandığı andan hüquqi qüvvəyə minir.

5. X2 3 (üç) nüsxədə tərtib edilir və hər biri eyni hüquqi qüvvəyə malikdir. Hər bir Tərəfə bir nüsxə verilir, bir nüsxə isə təsdiq edilmək üçün məhkəməyə təqdim edilir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar