Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-988/2025 12.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliklərin lazımınca icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı X4 Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 33414 (otuz üç min dörd yüz on dörd) manat pul qalığı, firmaya dəymiş 14750 ( on dörd min yeddi yüz əlli) manat zərər, vəkil xidmətinə xərclənmiş 5000 manat və 210 (iki yüz on) manat dövlət rüsumu olmaqla, ümumilikdə 53374 (əlli üç min üç yüz yetmiş dörd) manat pulun Müqəddəs Mirzəyevin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs VEÖN N:********** olan Müqəddəs Mirzəyev ilə Cavabdeh (VEÖN:**********) MMC arasında 01 İyun 2022-ci il tarixində bağlanmış 01/06 nömrəli müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC-yə mal (yanacaq məhsulları olan Aİ 92 markalı yanacaq və dizel yanacağı ) qaimə faktura əsasında təqdim edilmiş, lakin sonuncu elektron qaimənin ödəniş üçün göndərilməsindən 3 (üç) aydan artıq vaxt keçməsinə baxmayaraq, heç bir ödəniş əldə olunmamışdır. Cavabdeh MMC-nin elektron qaimələr əsasında bank vasitəsi ilə və səlahiyyətli nümayəndələrinin nağd qaydada hesablaşmaları nəticəsində sonda fiziki şəxs Müqəddəs Mirzəyevə 33414 (otuz üç min dörd yüz on dörd) manat ödəmə öhdəliyi olan borc qalığı qalmışdır. Cavabdeh MMC bu borc qalığını müqavilədə göstərilən 1 (bir) ay müddətində ödəmə öhdəliyini üzərinə götürdüyünə baxmayaraq, ödəniş tapşırığı 3 (üç) aydan çox gecikdiyindən fiziki şəxs Müqəddəs Mirzəyev yanacaq malları alıb sata bilmədiyi üçün firma 14750 (on dörd min yeddi yüz əlli) manat zərərə uğramışdır. Bununla əlaqədar öhdəlikləri olan qalıq borc pulunu ödəmək üçün Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixində pretenziya məktubu və xx.xx.2024-cü il tarixində pretenziyaya əlavə məktubları göndərilmiş, lakin heç bir nəticə hasil olunmamışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1, 4.1, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində X4 ilə sifarişçi qismində Cavabdeh MMC arasında 01 iyun 2022-ci il tarixli, 01/06 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı sifarişçinin tapşırığı ilə sifarişçiyə müqavilənin ayrılmaz hissəsi olan müqaviləyə əlavədə müəyyənləşdirilmiş olan xidmətləri göstərməyi, sifarişçi siə icraçı tərəfindən göstərilən xidmətləri qəbul etməyi və müqavilənin əlavələrində müəyyən edilmiş qayda və şərtlərlə onları ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin tamamlanmasından sonra sifarişçi icraçıdan təhviltəslim aktı alır və heç bir nöqsan olmadığı təqdirdə həmin təhvil-təslim aktını alındığı tarixdən sonrakı 10 iş günü ərzində imzalayıb icraçıya qaytarmalıdır. Həmin müqavilənin 2.4.1-ci maddəsinə əsasən sifarişçinin müqavilənin əlavələrində nəzərdə tutulmuş məbləğdə və qaydada xidmət haqqını icraçıya ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə görüləcək işlərin qiyməti və ödənilməsi şərtləri müqavilənin ayrılmaz hissəsi olan müqaviləyə əlavəyə əsasən müəyyən edilib. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən müqavilə üzrə görüləcək işlərin ödənilməsi müqavilənin ayrılmaz hissəsi olan müqaviləyə əlavəyə əsasən 30 gündən gec olmayaraq təmin edilməlidir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflər müqavilə və onun əlavələri üzrə öz öhdəliklərinin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslarla və qaydada məsuliyyət daşıyırlar.
7. xx.xx.2022-ci il tarixli X4 və Cavabdeh MMC arasında qiymətlərin razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər protokolda adıçəkilən yanacaq növü və onların 1 litri üçün qiymət barədə razılığa gəlmişdirlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə iddiaçının cavabdehə 2022-2023-cü illər ərzində göndərdiyi elektron qaimələr (qaimələrdə əsas kimi xx.xx.2022-ci il tarixli, 01/06 nömrəli müqavilə qeyd edilmişdir), eləcə də həmin qaimələr üzrə edilmiş ödəniş tapşırıqları təqdim edilmişdir.
9. X4 tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, firmaya dəymiş 14750 manat ziyan və 33414 manat qalıq borcun 5 (beş) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı və məhkəməyə müraciətlə bağlı çəkilmiş xərclərin də tələb ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
10. X4 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziyaya xx.xx.2024-cü il tarixli, 1 saylı əlavənin məzmunundan müəyyən olunur ki, pretenziya məktubunda qeyd edilmiş müddətdə mövcud borc ödənilmədiyindən məhkəməyə müraciətin ünvanlanacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
11. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ünvanlanan ərizədə qeyd edilmişdir ki, qarşılıqlı hesablaşma nəticəsində cavabdehin iddiaçıya 20000 (iyirmi min) manat borcunun olması müəyyən edilmişdir. Lakin barışıq müqaviləsinin tərtib edilməsi mümkün olmamış və iş materilallarına əlavə edilə bilməmişdir. Cavabdeh tərəfindən məhkəmədə etiraf olunmuş, ərizə təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı iddianı qeyd edilən həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
14. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 01 iyun 2022-ci il tarixli, 01/06 nömrəli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən Cavabdeh MMC-yə mal (yanacaq məhsulları olan Aİ 92 markalı yanacaq və dizel yanacağı ) qaimə faktura əsasında təqdim edilmiş, lakin sonuncu qaimənin ödəniş üçün göndərilməsindən müəyyən müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlik lazımınca icra olunmamışdır. Yəni iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, cavabdeh müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək öhdəliyini lazımınca icra etməmişdir. Həmin hal işdə olan sübutlarla (müqavilə, qiymətlərin razılaşdırma protokolları, elektron qaimələr, ödəniş tapşırıqları) öz təsdiqini tapır. Eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi iddianı qismən qəbul edərək, 20000 manat hissədə iddianın təmin olunmasına etiraz etməmişdir.
15. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 33414 (otuz üç min dörd yüz on dörd) manat pul qalığının tutulması təşkil edir.
17. Əvvəla qeyd edilməlidir ki, cavabdehin nümayəndəsi müqavilə üzrə 20000 manat borcunun olduğunu qəbul etmişdir. Məhkəmə icraatının gedişində tərəflər qarşılıqlı hesablaşma nəticəsində iddiaçıya olan qalıq borcun 20000 (iyirmi min) manat təşkil etməsini qəbul etmişlər.
19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdehndən 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti X3in xeyrinə tutulmalıdır.
20. İddia tələbinin digər hissəsini dəymiş zərərə görə 14750 ( on dörd min yeddi yüz əlli) manat pulun tutulması təşkil edir.
21. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, həmin hissədə iddia əsaslandırılmamış, ərizədə əsaslar öz əksini tapmamış, zərər dəyməsi, bunun nədə ifadə olunması və məbləği ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
23. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır.
24. Eləcə də, iddiaçı vəkil xidmətinə xərclənmiş 5000 manat pul və 210 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
25. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 97,4 manat (doxsan yeddi manat qırx qəpik) məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən X1 xeyrinə tutulmalıdır.
26. Hüquqi yardım xərci hissəsinə münasibətdə məhkəmə hesab edir ki, hüquqi yardıma görə qeyd edilən məbləğin ödənilməsini sübut edən sübut iş materiallarına əlavə edilmədiyindən, iddiaçının həmin tələbi təmin edilməməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 20000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97,4 manat (doxsan yeddi manat qırx qəpik) olmaqla, ümumilikdə 20097,4 manat (iyirmi min doxsan yeddi manat qırx qəpik) məbləğində pul vəsaiti tutularaq X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova