Məhkəmə qərarları › İş №e-2-2(113)-990/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-990/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-990/2025 19.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindənxx.xx.2023-cü il tarixli, 23Y2001 saylı Alqı-Satqı müqaviləsi üzrə ümumilikdə borcu 495 424,36 manat, əsas borc 450 385,78 manat, dəbbə pulu 45 038,58 manat və ödənilmiş 785.42 manat məbləğinin dövlət rüsumunun tutularaq iddiaçı"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə barışıq sazişi və ərizə təqdim edilmişdir. Həmin ərizədə tərəflər arasında bağlanmış xx.xx.2025-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-co il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının və cavabdehin nümayəndələri barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Hazırki barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaqdır) bir tərəfdən - İddiaçı (VÖEN: **********), Nizamnamə əsasında fəaliyyət göstərən direktoru X3 şəxsində (bundan sonra “iddiaçı” adlandırılacaqdır) və digər tərəfdən - nizamnamə əsasında fəaliyyət göstərən “SAT. İnvest" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru İsmayılov Abbas idris oğlu şəxsində (bundan sonra “cavabdeh” adlandırılacaqdır) aşağıdakı şərtlərlə imzalandı:

1. İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 23Y2001 nömrəli xx.xx.2023-cü il tarixli Alqı-Satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı, cavabdeh tərəfindən təqdim olunmuş sifarişlər əsasında müxtəlif növ quş yemini (bundan sonra mallar adlanacaq) cavabdehin mülkiyyətinə verməyi, sonuncu isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, 23Y2001 saylı Alqı-Satqı müqaviləsi üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə akt imzalanmışdır. Həmin akta əsasən, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən e-qaimə əsasında təqdim edilmiş malların cəmi məbləği 2200385,80 (iki milyon iki yüz min üç yüz səksən beş, 80) manat, cavabdeh tərəfindən isə nağd və nağdsız qaydada ödənilmiş cəmi məbləğ ******* (bir milyon yeddi yüz on min) manat təşkil etmiş və belə olan halda cavabdehin satıcıya xx.xx.2024-cü il tarixinə 490385,80 (dörd yüz doxsan min üç yüz səksən beş, 80) manat borcu yaranmışdır;

2. Tərəflər qəbul edirlər ki, Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, 23Y2001 saylı Alqı-Satqı müqaviləsi üzrə ümumilikdə borcu 495 424,36 (dörd yüz doxsan beş min dörd yüz iyirmi dörd, 36) manat, əsas borc 450 385,78 (dörd yüz əlli min üç yüz səksən beş, 78) manat, dəbbə pulu 45 038,58 (qırx beş min otuz səkkiz, 58) manat və ödənilmiş 785.42 (yeddi yüz səksən beş. 42) manat məbləğinin dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə iddia tələbi üzrə e-2-2(113)-990/2025 saylı mülki iş vardır;

3. Saziş imzalandıqdan sonra iddiaçı və cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinə barışıq sazişin təsdiqinə və iş üzrə icraata xitam verilməsinə dair ərizələrlə müraciət edilir. Tərəflər aralarında razılığa gəlirlər ki Cavabdeh MMC tərəfindən 451171.20 (dörd yüz əlli bir min yüz yetmiş bir. 20) manat borc Sazişin 4-cü və 5-ci bəndlərində göstərilən qaydada ödəniləcəkdir;

4. Saziş imzalandıqdan və Cavabdeh MMC-nin bank hesabları üzərində həbs qoyulmasına dair Kommersiya Məhkəməsi tərəfindən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə bağlı qərardadı ləğv edildikdən dərhal sonra sonuncu tərəfindən ilkin olaraq 50000 mana pul vəsaiti iddiaçının hesaına köçürülür.

5. Sazişin 4-cü bəndi icra edildikdən sonra cavabdeh tərəfindən növbəti ödənişlər 9 ay müddətində aşağıdakı qaydada İddiaçı MMC-nin bank hesabına köçürülür: - 01-xx.xx.2025-ci il: 50000 manat; - 25-xx.xx.2025-ci il: 43897 manat; - 25-xx.xx.2025-ci il: 43897 manat; - 25-xx.xx.2025-ci il: 43897 manat; - 25-xx.xx.2025-ci il: 43897 manat; - 25-xx.xx.2025-ci il: 43897 manat; - 25-xx.xx.2025-ci il: 43897 manat; - 25-xx.xx.2025-ci il: 43897 manat; - 25-xx.xx.2025-ci il: 43897 manat;

6. Tərəflərin qabaqcadan yazılı razılıq olmadan barışıq sazişindən irəli gələn hüquqlar, vəzifələr, borclar və digər öhdəliklər üçüncü şəxslərə keçirilə (ötürülə) bilməz;

7. Sazişdə göstərilən öhdəliklər hər iki tərəfdən yerinə yetirilmədikdə və ya lazımınca (qismən icra edildiyi təqdirdə) yerinə yetirilmədikdə, qanunvericiliklə müəyyən olunmuş tədbirlər dərhal həyata keçiriləcəkdir;

8. Saziş üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan qüvvəyə minir;

9. Barışıq Sazişi tərəflərə və məhkəməyə təqdim olunması üçün 3 (üç) nüsxədə tərtib edilmişdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar