Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-991/2022 16.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı 28.12.2020-ci il tarixli, 2021/ASM/019 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 123.986 manat əsas borcun, 1.890 manat məbləğində paletlərə görə borcun, 54.250,30 manat məbləğində cərimənin, 160 manat məbləğində vəkil xərcinin, 400 manat məbləğində mediasiya xərcinin və 71 manat ödənilmiş dövlət rüsumunun, cəmi 180.757,30 manat məbləğində pulun birdəfəlik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında 28 dekabr 2020-ci il tarixli, 2021/ASM/019 saylı sementin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən iddiaçı, markasından asılı olaraq hər bir tonun qiyməti 141,60-164,99 manat (ƏDV daxil) çərçivəsində olmaqla müxtəlif növ sement markalarının cavabdehə çatdırılmasını, cavabdeh isə məhsulu qəbul edərək onun dəyərini iddiaçıya ödənilməsini öhdəsinə götürmüşlər. Hazırda cavabdehin iddiaçıya alqısatqı müqaviləsi əsasında 123.986 manat əsas borc və 1.890 manat paletlərə görə borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, həmçinin sonuncu dəfə pretenziya və mediasiya təklifləri barədə məktublar göndərilsə də, cavabdeh iddiaçının müraciətlərinə məhəl qoymamışdır. Sözügedən Müqavilənin “Qiymət və Ödəmə Şərtləri” bölməsinə əsasən, ödəniş gecikdirildiyi halda, iddiaçı gecikdirilən hər bir gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini cavabdehdən tələb edə bilər. Beləliklə, müqavilənin şərtinə əsasən pretenziya göndərilən tarixə iddiaçı cavabdehdən 54.250,30 manat məbləğində cəriməni tuta bilər. İddiaçı ASC-nin nümayəndəsi və vəkili və Cavabdeh MMC-nin nümayəndəsi (direktor) tərəflər arasında bağlanılmış barışıq sazişini və barışıq sazişinin təsdiq edilməsi barədə hər iki tərəfin imzaladığı yazılı ərizəni məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Tərəflər barışıq sazişinin təsdiq edilməsi barədə ərizədə MPM-in 191-ci maddəsini rəhbər tutmuşlar. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 01 iyun 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. İddiaçı iddia tələbi üzrə bütün cərimə məbləğini cavabdehə güzəşt edir və həmin məbləğdən qeyd-şərtsiz imtina edir.
2. Cavabdeh iddiaçının pul tələbinə dair iddiası üzrə məhkəmə xərcləri (vəkil, mediasiya xərci və dövlət rüsumu) daxil olmaqla, 126.507 manat məbləğində borcunu etiraf edir.
3. İddiaçı razılaşır və cavabdeh öhdəsinə götürür ki, bu Sazişin 2-ci bəndində qeyd olunan məbləği müvafiq ayın son iş gününədək aşağıda göstərilmiş qaydada və məbləğdə iddiaçıya ödəyəcək:
4. İddiaçı cavabdehin ona ödəməli olduğu pul vəsaitinin 126.507 manat Aylar üzrə borc məbləğləri Mart 2022-ci il - 42.169 manat Aprel 2022-ci il - 42.169 manat May 2022-ci il - 42.169 manat məbləğində olmasını təsdiq edir, cavabehə qarşı yuxarıda göstərilən iddiası üzrə digər tələblərindən imtina edir və bu Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə cavabdehə qarşı heç bir əlavə tələb irəli sürmür.
5. Cavabdeh tərəfindən ödənişin bu sazişin 3-cü bəndində göstərildiyi kimi, hər ayın son iş gününədək həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Eyni zamanda, cavabdeh tərəfindən bu Sazişin 3-cü bəndində göstərilmiş cədvəl üzrə ödənişlər gecikdiriİdiyi halda cavabdeh iddiaçıya 5000 (beş min) manat həcmində cərimə ödəməlidir.
6. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
7. Tərəflər təsdiq edirlər ki, bu Saziş İddiaçının və Cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.
8. X1 imzaladığı və Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.
9. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı 28.12.2020-ci il tarixli, 2021/ASM/019 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. İddiaçı iddia tələbi üzrə bütün cərimə məbləğini cavabdehə güzəşt edir və həmin məbləğdən qeyd-şərtsiz imtina edir.
2. Cavabdeh iddiaçının pul tələbinə dair iddiası üzrə məhkəmə xərcləri (vəkil, mediasiya xərci və dövlət rüsumu) daxil olmaqla, 126.507 (min yüz iyirmi altı min beş yüz yeddi) manat məbləğində borcunu etiraf edir.
3. İddiaçı razılaşır və cavabdeh öhdəsinə götürür ki, bu sazişin 2-ci bəndində qeyd olunan məbləği müvafiq ayın son iş gününədək aşağıda göstərilmiş qaydada və məbləğdə İddiaçıya ödəyəcək: Aylar üzrə borc məbləğləri Mart 2022-ci il - 42.169 manat Aprel 2022-ci il - 42.169 manat May 2022-ci il - 42.169 manat.
4. İddiaçıcavabdehinonaödəməliolduğupulvəsaitinin126.507manatməbləğindəolmasını təsdiq edir, cavabdehə qarşı yuxarıda göstərilən iddiası üzrə digər tələblərindən imtina edir və bu saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə cavabdehə qarşı heç bir əlavə tələb irəli sürmür.
5. Cavabdeh tərəfindən ödənişin bu sazişin 3-cü bəndində göstərildiyi kimi, hər ayın son iş gününədək həyata keçirilməməsi saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Eyni zamanda, Cavabdeh tərəfindən bu Sazişin 3-cü bəndində göstərilmiş cədvəl üzrə ödənişlər gecikdiriİdiyi halda Cavabdeh İddiaçıya 5000 (beş min) manat həcmində cərimə ödəməlidir.
6. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
7. Tərəflər təsdiq edirlər ki, bu Saziş iddiaçının və cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.
8. X1 imzaladığı və Bakı Kommersiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.
9. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və tərəflər imzaladıqda qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Leyla Əliyeva