Məhkəmə qərarları › İş №e-2-2(113)-993/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-993/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-993/2020 18.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (MMC) “xxx” X1rşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4260,64 manat borc məbləğinin, 2556 manat məbləğində cərimə, 210 manat vəkilin göstərdiyi hüquqi yardıma görə haqq, 11 manat xidmət haqqı, dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, ümumillikdə 7067,64 manat məbləğində pul vəsaitinin “xxx” MMC-dən tutularaq tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxx” MMC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 150619 №-li alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə eyni tarixli 1 №-li Əlavəyə əsasən cavabdeh tərəfindən müəyyən şəxslər dairəsinə müqavilədən irəli gələn hərəkətləri , o cümlədən malların təhvil alınması səlahiyyəti verilmişdir. Müqavilə üzrə İddiaçı MMC tərəfindən cavabdehə təqdim edilmiş malların dəyəri onun tərəfindən ödənilməmiş və nəticədə 4260,64 manat borcu yaranmışdır. Alqısatıq müqaviləsinin 1-ci, 2-ci və 3.1-ci bəndlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə EAAR seriyalı xx xxxx 2019-cu il tarixli, 038439 №-li, xx xxxx 2019-cu il tarixli, 03440 №-li və xx xxxx 2019-cu il tarixli, 038442 №-li elektron qaimə fakturalar göndərilmiş və cavabdeh tərəfindən hər hansı pretenziya irəli sürülmədən qəbul edilmişdir. Eyni zamanda cavabdehə xx xxxx 2019-cu il tarixli, HY seriyalı, 521673 №-li, xx xxxx 2019-cu il tarixli, HY seriyalı, 521671 №-li və xx xxxx 2019-cu il tarixli, HY seriyalı, 521676 №-li elektron vergi hesab fakturalar göndərilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh tərəfindən ödənilməyən borc məbləğinin 0,3% faizi məbləğində cəriməni iddiaçının tələb etmək hüququ vardır. Borcun ödənilməsi üçün cavabdehə müraciət edilsə də, heç bir nəticəsi olmadığına görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 150619 №-li alqı-satqı müqaviləsi üzrə borcun mövcudluğu, həm malların təhvil – təslim aktı, həm də elektron qaimə və elektron vergi hesab fakturaları ilə təsdiqini tapır. Cavabdeh “xxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - İddiaçı MMC ilə “xxx” MMC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 150619 №-li alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı MMC ərzaq və qeyri – ərzaq mallarını “xxx” MMC-nin mülkiyyətinə verməyi, sonuncu isə həmin malları qəbul edib əvəzində müəyyən olunmuş pul məbəlğini ödəməyi öhdələrinə götürmüşlər; - xx xxxx 2019-cu il tarixli malların təhvil – qəbul aktlarının surətindən görünür ki, 866,26 manat, 1750,73 manat və 1643,65 manat olmaqla ümumilikdə 4260,64 manat dəyərində mallar İddiaçı MMC tərəfindən “xxx” MMC-yə təhvil verilmişdir. - “EAAR seriyalı, xx xxxx 2019-cu il tarixli, 038439 №-li, xx xxxx 2019-cu il tarixli, 03440 №-li və xx xxxx 2019-cu il tarixli, 038442 №-li elektron qaimə və xx xxxx 2019-cu il tarixli, HY seriyalı, 521673 №-li, xx xxxx 2019-cu il tarixli, HY seriyalı, 521671 №-li və xx xxxx 2019-cu il tarixli, HY seriyalı, 521676 №-li elektron elektron vergi hesab fakturaların surətindən görünür ki, “xxx” MMC-nin İddiaçı MMC-yə müvafiq olaraq 866,26 manat, 1750,73 manat və 1643,65 manat olmaqla ümumilikdə 4260,64 manat məbləğində borcu yaranmışdır; Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndində qeyd olunmuşdur ki, “Bu müqaviləyə əsasən alqı – satqı obyekti olan malın adı, miqdarı və dəyəri elektron qaimə – fakturaya əsasən müəyyən olunur”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 4260,64 manat dəyərində mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada - elektron qaimə-faktura, elektron vergi hesab-fakturası və ciddi hesabat blankı olan malların təhvil – qəbul aktları əsasında İddiaçı MMC tərəfindən “xxx” MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Müqavilənin 3.2.2-ci maddəsində qeyd olunmuşdur ki, “Satıcı tərəfindən alıcıya təqdim olunan məhsullar 14 gün müddətindən gec olmamaqla tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər (5.15-ci bənddə göstərilən hal istisna olmunmaqla)”. 5.15-ci bənddə isə nəzərdə tutulmuşdur ki, “Hər təqvim ilinin dekabr ayının ilk həftəsinin son iş gününədək alıcı həmin dövrə qədər olan bütün borc qalığını ödəməyi (sıfırlamağı) öz öhdəsinə götürür”. Tərəflər arasında malların nisyə satışına dair hər hansı bir razılaşma olmasa da, müqavilənin 5.15-ci bəndində öhdəliyin son icra müddəti dəqiq olaraq - hər təqvim ilinin dekabr ayının ilk həftəsinin son iş gününədək müəyyən olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik icra olunmamış, malların dəyəri ödənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın 4260,64 manat borc məbləğinin ödənilməsi hissəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə 5.2-ci bəndinə əsasən cavabdeh tərəfindən hər gecikdirilən gün üçün ödənilməyən borc məbləğinin 0,3% faizi məbləğində cəriməni iddiaçının tələb etmək hüququ nəzərdə tutulmuşdur. Lakin məhkəmə 4260,64 manat əsas borca 2556 manat cərimə hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İş materiallarından görünür ki, müqavilələr üzrə öhdəliklər cavabdeh tərəfindən ilk dövrlərdən tam icra olunmamış, ümumiyyətlə ödəniş aparılmamışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə icra müddəti bitdikdən təxminən 10 ay keçdikdən sonra müraciət olunmuş, yəni, bu müddət ərzində zərərin artmasına iddiaçının özü tərəfindən şərait yaradılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 2556 manat dəbbə pulunun məbləği azaldılaraq 400 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia ərizəsinə 210 manat məbləğində hüquqi xidmət haqqının ödənilməsi ilə bağlı qəbz əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 122 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 17 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxx” X1rşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 4260,64 manat məbləğində borc, 400 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 4660,64 manat məbləğində pul vəsaiti “xxx” X2 tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Hüquqi xidmət haqqına görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 138 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti “xxx” X2 tutularaq İddiaçınə ödənilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar