Məhkəmə qərarları › İş №e-2-2(113)-994/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-994/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-994/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X1 Bağman qızının katibliyi ilə İddiaçı Holcı̇ m (Azərbaycan) açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə Vasif oğlunun iştirakı ilə, İddiaçı Holcim (Azərbaycan) açıq səhmdar cəmiyyətinin Cavabdehnə qarşı cavabdehin iddiaçı üçün tərtib etdiyi **********2305 saylı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsində, 22-ci qrafada malın ümumi invoys dəyərinə düzəliş edilərək invoys dəyərinin 232791,37 Avro kimi göstərilməsi, **********8902 saylı xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsində 44-cü qrafada ********** saylı alış sifarişinin tarixinə düzəliş edilərək xx.xx.2018 əvəzinə, xx.xx.2018 kimi qeyd edilməsi, **********153 saylı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsində 44-cü qrafada alış sifarişinin nömrəsi əvəzinə müqavilə nömrəsinin qeyd edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehin iddiaçı üçün tərtib etdiyi **********2305 saylı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsində, 22-ci qrafada malın ümumi invoys dəyərinə düzəliş edilərək invoys dəyərinin 232791,37 Avro kimi göstərilməsi, **********8902 saylı xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsində 44-cü qrafada ********** saylı alış sifarişinin tarixinə düzəliş edilərək xx.xx.2018 əvəzinə, xx.xx.2018 kimi qeyd edilməsi, **********153 saylı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsində 44-cü qrafada alış sifarişinin nömrəsi əvəzinə müqavilə nömrəsinin qeyd edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-994/2020 və e-2-2(113)-143/2020 saylı işlərin bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə Vasif oğlu ərizəni müdafiə edərək, izahatında bildirdi ki, hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)-143/2020 saylı iş üzrə iddia ərizəsində Cavabdeh Holcim açıq səhmdar cəmiyyətindən Cavabdeh xeyrinə 30.920,37 manat əsas borc, 5.189,72 manat dəbbə pulu (cərimə), vurulmuş zərərin əvəzi olaraq 1200 manat, cəmi 37.310 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinin onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, HA/0149/15/MLT saylı xidmət müqaviləsi üzrə Holcim açıq səhmdar cəmiyyətinə xidmət göstərmiş, sonuncu isə onun xidmətinin haqqını ödəməmişdir. e-2-2(113)-143/2020 saylı iş üzrə cavabdeh Holcim açıq səhmdar cəmiyyətinin iddiaya etirazında qeyd etmişdir ki, Cavabdeh qeyd edilmiş 3 qüsuru aradan qaldırmaqdan imtina etdiyi üçün və xidmətlərə görə təhvil-təslim aktı imzalanmadığına görə onun iddia ərizəsində qeyd edilmiş qaimələr üzrə borc tələbinə baxılması dayandırılmışdır. Göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(113)-994/2020 və e-2-2(113)-143/2020 saylı işlərin hər ikisində tərəflər eynidir, hər ikisi eyni tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, HA/0149/15/MLT saylı xidmət müqaviləsinə əsaslanır, e-2-2(113)-143/2020 saylı iş üzrə iddia tələbinin icrası e-2-2(113)- 994/2020 saylı iş üzrə iddia tələbinin icrasından asılıdır. e-2-2(113)-143/2020 saylı iş üzrə iddiaya etirazında Holcim açıq səhmdar cəmiyyəti iddia ərizəsinə etirazında bunu qeyd etmişdir. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-994/2020 və e-2-2(113)-143/2020 saylı işlərin bir icraatda birləşdirilməsi, işin ilkin olaraq icraata qəbul etmiş hakimə göndərilməsi barədə qərardad qəbul edilməsi üçün bütün hüquqi əsaslar vardır. Sonda iddiaçının nümayəndəsi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Ərizənin məzmunundan və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, məhkəmə icraatında Cavabdeh Holcim (Azərbaycan) açıq səhmdar cəmiyyətinə qarşı Holcim (Azərbaycan) açıq səhmdar cəmiyyətindən Cavabdeh xeyrinə 30.920,37 manat əsas borc, 5.189,72 manat dəbbə pulu (cərimə), vurulmuş zərərin əvəzi olaraq 1200 manat, cəmi 37.310 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair e-2- 2(113)-143/2020 saylı iş vardır və həmin iş ilkin olaraq məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, işlərin hər ikisində tərəflər eynidir, hər iki iş üzrə mübahəsinin predmetini eyni tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, HA/0149/15/MLT saylı xidmət müqaviləsi üzrə öhdəliklər təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə predmeti eyni olan hər iki kommersiya iş üzrə bir-birinə zidd olan məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və obyektiv araşdırılması üçün birgə baxılması məqsədilə Cavabdeh və Holcim (Azərbaycan) açıq səhmdar cəmiyyətinin iddia ərizələrinə dair kommersiya işlərin bir icraatda birləşdirilmələri məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Holcim (Azərbaycan) açıq səhmdar cəmiyyətinin Cavabdehnə qarşı cavabdehin iddiaçı üçün tərtib etdiyi **********2305 saylı, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsində, 22-ci qrafada malın ümumi invoys dəyərinə düzəliş edilərək invoys dəyərinin 232791,37 Avro kimi göstərilməsi, **********8902 saylı xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsində 44-cü qrafada ********** saylı alış sifarişinin tarixinə düzəliş edilərək xx.xx.2018 əvəzinə, xx.xx.2018 kimi qeyd edilməsi, **********153 saylı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsində 44-cü qrafada alış sifarişinin nömrəsi əvəzinə müqavilə nömrəsinin qeyd edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə kommersiya işi iddiaçı Cavabdeh Holcim (Azərbaycan) açıq səhmdar cəmiyyətinə qarşı Holcim (Azərbaycan) açıq səhmdar cəmiyyətindən Cavabdeh xeyrinə 30.920,37 manat əsas borc, 5.189,72 manat dəbbə pulu (cərimə), vurulmuş zərərin əvəzi olaraq 1200 manat, cəmi 37.310 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-143/2020 saylı kommersiya işinə birləşdirilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar