Məhkəmə qərarları › İş №e-2-2(113)-995/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-995/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-995/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə verilmiş malların dəyərinin ödənilməməsi nəticəsində yaranmış 360903,96 manat əsas borcun,6340 manat cərimənin,660 manat dövlət rüsumunun və 300 manat vəkil xidmətinə görə ödənilmiş məbləğin,cəmi 368203,96 manat məbləğində pul vəsaitinin “Cavabdeh X6” MMC-dən tutularaq “İddiaçı” İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə verilmiş malların dəyərinin ödənilməməsi nəticəsində yaranmış 333704,86 manat əsas borcun, 6340 manat cərimənin, 660 manat dövlət rüsumunun və 300 manat vəkil xidmətinə görə ödənilmiş məbləğin,cəmi 341004,86 manat məbləğində pul vəsaitinin “Cavabdeh X6” MMC-dən tutularaq “İddiaçı” İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi məhkəməyə tərəfindən arasında bağlanmış barışıq sazişi və ərizə təqdim edilmişdir. Həmin ərizədə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdehin nümayəndələri ayrı-ayrılıqda barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Bir tərəfdən Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X3 şəxsində (bundan sonra “İddiaçı” adlanacaq), digər tərəfdən "X6" MMC-nin direktoru X2 şəxsində (bundan sonra “Cavabdeh” adlanacaq), (İddiaçı və Cavabdeh ayrı-ayrılıqda “Tərəf’ birlikdə “Tərəflər” adlandırılacaq). Nəzərə alaraq ki, İddiaçı Cavadehə qarşı 360903.96 (üç yüz altmış min doqquz yüz üç manat doxsan altı qəpik) manat əsas borc, 6340 manat cərimə 660 manat dövlət rüsumu və 300 manat vəkil xidmətinə görə ödənilmiş məbləğin, cəmi 368203,96 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Tərəflər aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu barışıq sazişi (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladılar:

1. Cavabdeh tələb olunan 368203,96 manat məbləğində malları iddiaçıdan iddia ərizəsinə əlavə olunmuş sənədlər əsasında aldığını qəbul edir.

2. Məhkəmə icraatı dövründə cavabdeh tərəfindən alınmış malların 30.000 manat məbləğində hissəsi ödənilmişdir.

3. Bu barışıq sazişi imzalanan və Məhkəmə tərəfindən təsdiq edilən tarixdək cavabdeh tərəfindən borclu olduğu pul vəsaitindən 30.000 manat məbləğində hissəsi iddiaçıya xx.xx.2025-ci il tarixdə 2288,14 manat, xx.xx.2025-ci il tarixdə 12711,86 manat, xx.xx.2025-ci il tarixdə 335,60 manat, xx.xx.2025-ci il tarixdə 1864,40 manat, xx.xx.2025-ci il tarixdə 595,00 manat və xx.xx.2025-ci il tarixdə 12205,00 manat ödəniş tapşırığı əsasında ödənilmişdir.

4. Cavabdeh öhdəsinə götürür ki, bu barışıq sazişi məhkəmə qərarı ilə təsdiq olunduğu tarixdən 12 ay ərzində borclu olduğu məbləğin 60.000 (altmış min) manat məbləğində hissəsini 2026-ci il mart ayının 1-i də daxil olmaqla hər ayın 1-i tarixini keçməməklə hər aya 5000 (beş min) manat olmaqla ödəyəcəkdir.

5. Cavabdeh sazişin 4-cü bəndində qeyd edilən məbləği razılaşdırılmış qaydada və müddətdə tam ödəyərsə iddiaçı cavabdehin qalan borc məbləğindən, 278203,96 manat pul məbləğini cavabdehə güzəşt edəcək və ona qarşı hər hansı bir iddia tələbi ilə müraciət etməyəcəkdir.

6. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

7. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 nüsxədə tərtib olunur. Nüsxələrin biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Baı Kommersiya Məhkəməsinə təqdim olunur.

8. Tərəflər Bakı Kommersiya Məhkəməsindən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər.

Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar