Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9959/2025 03.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X16 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X10, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh X2 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 4903 nömrəli «Nisyə alqısatqı haqqında» Müqavilə üzrə qalıq ümumi borc məbləği olan 2443 (iki min dörd yüz qırx üç) manat borcun, 80 (səksən) manat, 27 (iyirmi yeddi) qəpik müqavilə üzrə hesablanmış cərimə məbləğinin və 46 (qırx altı) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 2569 (iki min beş yüz altmış doqquz), manat 27 (iyirmi yeddi) qəpik məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İNEX» MMC ilə fiziki şəxs Cavabdeh arasındaxx.xx.2025-ci il tarixli, 4903 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqaviləbağlanmışdır. Tərəflər arasında bağlanmış «Müqavilə»yə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Elektrokoaqulyator, PRO-ESU300, PROMİSE” cihaz0ı5.05.2025-ci il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. Bildiririk ki, xx.xx.2025-ci il tarixli Təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli «Müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 4188 (Dörd min yüz səksən səkkiz) manat müəyyən edilmişdir. «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən 6.11.2025-ci il tarixində 349 (üç yüz qırx doqquz) manat ödəniş edilməli idi. Lakin, müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindənödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd etmək istəyirik ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Hesab edirik ki, yuxarıda qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla aşağıdakı hüquqi əsaslara görə iddia ərizəsi tam təmin edilməlidir. II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, 4903 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış «Müqavilə»yə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Elektrokoaqulyator, PRO-ESU300, PROMİSE” cihazı xx.xx.2025-ci il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. Bildiririk ki, xx.xx.2025-ci il tarixli Təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli «Müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 4188 (Dörd min yüz səksən səkkiz) manat müəyyən edilmişdir. «Müqavilə»nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində 349 (üç yüz qırx doqquz) manat ödəniş edilməli idi. Lakin müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindənödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd etmək istəyirik ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Hesab edirik ki, yuxarıda qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla aşağıdakı hüquqi əsaslara görə iddia ərizəsi tam təmin edilməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 4903 nömrəli «Nisyə alqısatqı haqqında» Müqavilə üzrə qalıq ümumi borc məbləği olan 2443 (iki min dörd yüz qırx üç) manat borcun, 80 (səksən) manat, 27 (iyirmi yeddi) qəpik müqavilə üzrə hesablanmış cərimə məbləğinin və 46 (qırx altı) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 2569 (iki min beş yüz altmış doqquz), manat 27 (iyirmi yeddi) qəpik məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş edirik. Bütün mövcud sübutlar tərəfimizdən təqdim edilmişdir. Hesab edirik ki, iddia tələbimiz əsaslıdır və təmin edilməsini məhkəmədən xahiş edirik.
4. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, 2500 manatlıq aparat alınmışdır və biz hər ay ödənişlər edirdilər. Oktyabra qədər aylıq 349 manat ödənilmişdir. 2443 manat qalıq qalmışdır.Həmin şirkət tərəfindən LED aparatı və cərrahi masanın təqdim edilməsi ilə bağlı bizimlə telefon əlaqəsi saxlanılmışdır. Bildirilmişdir ki, avadanlıqların verilməsi üçün 200 (iki yüz) manat məbləğində beh ödənilməlidir. Növbəti mərhələdə əlavə olaraq yenidən 200 (iki yüz) manat məbləğində ödəniş edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, qeyd olunan avadanlıqlardan faktiki olaraq istifadə etmək mümkün deyil. Bu səbəbdən 400 (dörd yüz) manat məbləğində ödənilmiş vəsaitin həmin avadanlığın qalıq dəyərindən çıxılmasını təklif etmişəm. Qarşı tərəf isə ödənilmiş məbləğin beh olduğunu və əsas məbləğə daxil edilmədiyini əsas gətirərək bu təkliflə razılaşmamışdır. Nəticə etibarilə, yaranmış vəziyyət nəzərə alınaraq, bundan sonrakı ödənişlərin həyata keçirilməsi dayandırılmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
7. İddiaçı MMC (“satıcı”) ilə cavabdeh X3 (“alıcı”) arasında imzalanmış xx.xx.2025-ci il tarixli, 4903 nömrəli nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən satış obyektinin təsviri: yeni (işlənməmiş) Elektrokoaqulyator, PRO-ESİJ300 promise. - 2.2-ci bəndinə əsasən Satış obyektinin toplam satış qiyməti: 4188 manat. - 2.3-cü bəndinə əsasən Satış qiymətinin ödəniş mərhələləri və tarixi aşağıda qeyd edilən 12 (on iki) mərhələdən ibarət olmaqla satış obyekti olan cihaz (cihazlar) «Sifarişçi»yə təhvil verildiyi tarixdən etibarən toplam satış qiyməti 12 (On iki) ay müddətində «Sifarişçi» tərəfindən tam şəkildə ödənilməlidir - 3.7-ci bəndinə əsasən Bu Müqavilənin 3.5-ci bəndində qeyd edilmiş vəzifə «Sifarişçi» tərəfindən icra edilmədiyi halda. «İcraçı» tərəfindən müqavilə üzrə gecikdirıləıı hər gün üçün ödəniş məbləğinin 01% (bir faiz) miqdarında dəbbo pulunun (cərimə, penya) ödənilməsini tələb elmək hüququnu yaratmış olur. Dəbbə pulunun (cərimə, penya) ümumi məbləği Müqaviləyə əsasən Satış obyektinin toplam satış qiymətinin yarısından çox olmamalıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
8. Tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən Elektrokoaqulyator, PRO-ESİJ300 promise avadanlığı iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. V. Tətbiq edilən hüquq:
9. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
11. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
12. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X12rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)” Vİ.Məhkəmənin mövqeyi:
13. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh X3 arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək Elektrokoaqulyator, PRO-ESİJ300 promise avadanlığını cavabdehə təqdim etmişdir. Cavabdehin nümayəndəsi özü məhkəmə iclasında qeyd edilən avadanlığı aldığını, 2443 manat brcunun qalmasını etiraf etmişdir, yəni bu hal işin mübahisəsiz halıdır. İddiaçının həmin malları cavabdehə təqdim etməsi tərəflər arasında imzalanmış müqavilə, eləcə də malların təhvil-qəbul aktı ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malın dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
15. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 2443 (ƏDV daxil) manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, məhkəmə cavabdeh tərəfindən məhkəmə icraatı dövründə etdiyi ödənişləri nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh X3 -dən 2443 (ƏDV daxil) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
16. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 80.27 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
17. Göründüyü kimi cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
18. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 60 manat məbləğində müəyyən edilməlidir.
19. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 46 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh X1 2443 (iki min dörd yüz qırx üç) manat məbləğində əsas borc, 60 (altmış) manat məbləğində cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 46 (qırx altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova