Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9973/2025 25.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim (Azərbaycan)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehaldığı sement məhsullarına görə 3168,02 AZN, geri qaytarmadığı taxta altlığa görə 1529,28 AZN pulun, borcun gecikdirilməsinə görə 6880,7 AZN cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 67 AZN pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh aldığı sement məhsullarına görə 2868,02 AZN, geri qaytarmadığı taxta altlığa görə 1529,28 AZN pulun, borcun gecikdirilməsinə görə 6880,7 AZN cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 67 AZN pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edr. Məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər (ayrı-ayrılıqda) barışıq sazışının təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Əlavə olaraq iddiaçının nümayəndəsi bildirdi ki, məhkəmə xərci tərəflər arasında bölüşdürülməmişdir, rüsumun iddiaçıya aid edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 122.3-cü maddəsinə əsasən Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: X4 aşağıdakı tərəflər arasında imzalanmışdır:
1. Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Kreditor”), X2 tərəfindən təmsil olunur:
2. Cavabdeh (bundan sonra "xxxx", VÖEN: **********) ,
1. BARİŞİQ SAZİŞİNİN PREDMETİ Holcim (Azərbaycan) ASC Cavabdeh aldığı sement məhsullarına görə 2868,02 AZN, geri qaytarmadığı taxta altlığa görə 1529,28 AZN pulun, borcun gecikdirilməsinə görə 6880,7 AZN cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 67 AZN pulun tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda həmin iddia ərizəsi üzrə məhkəmə işi Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Tərəflər təsdiq edirlər ki, xx.xx.2025-ci tarixinə Borclunun Holcim (Azərbaycan) ASCdən aldığı sement məhsulları üzrə əsas borcu 2868,02 (iki min səkkiz yüz altmış səkkiz manat iki qəpik) AZN, geri qaytarmadığı 54 ədəd taxta altlıqlara görə borcu 1529,28 AZN təşkil edir.
2. BARİŞİQ SAZİŞİNİN ŞƏRTLƏRİ: 2.1.Tərəflər öz aralarında X5 ilə razılığa gəlirlər ki, Borclu aldığı sement məhsulları üzrə 2868,02 (iki min səkkiz yüz altmış səkkiz manat iki qəpik) AZN borcunu xx.xx.2026-cı il tarixindən etibarən fasiləsiz olaraq hər ay 318,66 AZN (üç yüz on səkkiz manat altmış altı qəpik) AZN olmaqla 9 ay müddətinə ödəyir . 2.2. Borclu xx.xx.2026-cı il tarixinədək 54 ədəd taxta altlığı qaytarır və ya onların dəyərini ödəyir. 2.3. X6 2.1 və 2.2-ci maddələrində müəyyən olunmuş şərtlərin tam icra edilməsi ilə Borclunun Kreditor qarşısındakı ödəniş öhdəlikləri tam həcmdə icra etmiş hesab edilir, Kreditor borcun qalan hissəsini tələb etmir. 2.4. Cavabdeh tərəfindən ödəniş X6 2.1 və 2.2-ci maddələrində göstərilən şərtlərə əsasən həyata keçirİlmədikdə Kreditor Borclunun aldığı sement məhsulları üzrə 2868,02 AZN əsas borcunun ona ödənilməmiş hissəsinin, eyni zamanta hər birinin dəyəri 28.32 AZN hesablanmaqla geri qaytarılmayan taxta altlıqların görə borcun ödənilməsini məqsədilə icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. 2.5. X5 Tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə üç eyni hüquqi qüvvəyə malik nüsxədə Azərbaycan dilində tərtib edilmişdir.
Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Namazova