Məhkəmə qərarları › İş №e-2-2(115)-1005/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1005/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1005/2023 14.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 720,03 manat dəyərində borcun və 40 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 25 iyun 2023-cü il tarixli, e-2-2(115)-1005/2023 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05/21-19 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində 3 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5616,54 manat məbləğində vəsaiti avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 131,48 manat məbləğində şum, 114,51 manat məbləğində riper işi, 78,20 manat məbləğində rotasion mala, 102,00 manat məbləğində mala çəkmə, 50 manat məbləğində kanal çəkmə, 25,00 manat məbləğində kanal çəkmə, 42 manat məbləğində çiyid səpini, 192 manat məbləğində kultivasiya, 51 manat məbləğində gübrə kultivasiya, 18 manat məbləğində rotasion kultivasiya, 48 manat məbləğində boroza, 234 manat məbləğində dərman səpini, 630 manat məbləğində pambığın maşınla yığımı, 48 manat məbləğində gübrə boraza, 1890 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 1216,91 manat məbləğində dərman və gübrə, 445,44 manat məbləğində lifsiz çiyid, ümumilikdə, 5316,54 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 6430,24 kq 4494,12 manat məbləğində xam-pambıq təhvil vermiş, 102,40 manat məbləğində nəğd ödəmə nəzərə alınmaqla, çəkilmiş xərcdən bu günədək iddiaçıya 720,39 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Məhkəmə iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli 198 nömrəli müqavilədən görünür ki, Cavabdeh Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində 3 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən İddiaçı MMC Bərdə filialı nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı fermerdən aşağıdakı qiymətə qəbul edir: İ növ-650 manat/ton, İİ NÖV-630 manat/ton, İİİ növ-590 manat/ton, İV növ-550 manat/ton. xx.xx.2021-ci il tarixli, PAM00001077 nömrəli ödəniş tapşırığına əsasən 1200 manat, xx.xx.2021-ci il tarixli PAM00003901 nömrəli ödəniş tapşırığına əsasən 60 manat, PAM00003901 nömrəli ödəniş tapşırığına əsasən 60 manat, xx.xx.2021-ci il tarixli, PAM00005521 nömrəli ödəniş tapşırığına əsasən 300 manat, xx.xx.2021-ci il tarixli, PAM00007854 nömrəli ödəniş tapşırığına əsasən 210 manat, xx.xx.2021-ci il tarixli PAM00013483 nömrəli ödəniş tapşırığına əsasən 60 manat, xx.xx.2021-ci il tarixli, PAM000016552 nömrəli ödəniş tapşırığına əsasən 60 manat İddiaçı MMC tərəfindən Cavabdeh avans olaraq ödənilmişdir. xx.xx.2021-ci il tarixli “Qiymətlərin razılaşdırılması protokolu”-dan görünür ki, tərəflər qiymətlərlə bağlı razılığa gələrək öz imzaları ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli, 029994 nömrəli malların təhvil-təslim aktına əsasən 67,32 manat və 029993 nömrəli akta əsasən 117,15 manat, 029538 nömrəli akta əsasən 39,27 manat, 029524 nömrəli akta əsasən 41,14 manat, 008010 nömrəli akta əsasən 35,52 manat, 008009 nömrəli akta əsasən 126,40 manat, 007281 nömrəli akta əsasən 26,18 manat, 008011 nömrəli akta əsasən 74,80 manat, 006074 nömrəli akta əsasən 39,27 manat, 007282 nömrəli akta əsasən 15,33 manat, 006518 nömrəli akta əsasən 149,60 manat, 006075 nömrəli akta əsasən 15,33 manat, 007310 nömrəli akta əsasən 320 manat, 005818 nömrəli akta əsasən 149,6 manat, 005716 nömrəli akta əsasən 445,44 manat məhsul cavabdehə təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən 1.7 ha torpaq sahəsində pambıq şumlama, xx.xx.2021-ci il tarixli akta əsasən 1.76 ha torpaq sahəsində pambıq şumlama, xx.xx.2021ci il tarixli akta əsasən 3.47 ha torpaq sahəsində riper, xx.xx.2021-ci il tarixli akta əsasən 3.40 ha torpaq sahəsində rotor mala, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində arx çəkmə, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində mala, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində mala,xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində səpin, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində boraza, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində dərmanlama, xx.xx.2021-ci il tarixli akta əsasən 1 ha torpaq sahəsində arx, xx.xx.2021-ci il tarixli akta əsasən 1 ha torpaq sahəsində arx, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 1 ha sahədə rotasion kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində dərmanlama, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində İİ kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində dərmanlama, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində kultivasiya, gübrələmə, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən dərmanlama, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində gübrə boraza, xx.xx.2021-ci il tarixli akta əsasən 1 ha torpaq sahəsində arx, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində dərmanlama, xx.xx.2021-ci il tarixli akta əsasən dərmanlama, xx.xx.2021-ci il tarixli akta əsasən 2.5 ha torpaq sahəsində arx çəkmək, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha torpaq sahəsində maşınla pambıq yığımı, xx.xx.2021-ci il tarixli akta əsasən 2 ha torpaq sahəsində maşınla pambıq yığımı işləri görülmüşdür. 14.0.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli MŞG/1/MT007/2023-01410 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 40 manat mediasiya xərci ödənilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 198 alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində 3 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 720,03(yeddi yüz iyirmi manat üç qəpik) manat məbləğində borc və 40(qırx) manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 720,03 (yeddi yüz iyirmi manat üç qəpik) manat məbləğində borc və 40 (qırx) manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 30(otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar