Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1019/2023 11.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2332 manat 94 qəpik məbləğdə cari ödənişlərə görə, 2490 manat məbləğdə dəymiş zərərə görə və 1314 manat 80 qəpik məbləğdə gecikdirmə müddətinə görə cəmi 6137 manat 74 qəpik məbləğdə əsas borcun və 82 manat məbləğdə məhkəmə dövlət rüsumu hesabına ödənilmiş pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dai qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, MLZNG00-00075 saylı, 01 mart 2022 -ci il tarixli daxili lizinq müqaviləsinə əsasən “lizinq verən” “lizinq alana” bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsi və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi barədə bu iddia üzrə cavabdeh olan Cavabdeh ilə lizinq müqaviləsi bağlanılmışdır. Lizinq müqaviiləsinin ümumi məbləği 7500 manat təşkil etmiş, rəsmiləşdirmə və digər gözlənilməyən hallarla bağlı ortaya çıxacaq xərclər nisbətində dəyişdirilə biləcəyi nəzərdə tutulmuşdur. Lizinq obyekti universal tipli, sarı rəngli ** AE *** dövlət qeydiyyat nişanlı “Renault Kangoo” markalı minik avtomobili olmuşdur. Müqaviləyə əsasən lizinq alan lizinq obyektinə müvəqqəti sahiblik və istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulan pul öhdəliklərinin yerinə yetirilməsi üzrə lizinq alanın lizinq verənlə hesablaşmaları lizinq ödənişlərinin cədvəlində müəyyən edilmiş ilkin ödəniş və cari ödəmələr formasında həyata keçirilməklə və lizinq alanın lizinq obyektindən istifadə edib etməməsindən asılı olmayaraq lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin bu üzrə Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək müvafiq ödənişləri etməmiş, lizinq obyektinin yeri və vəziyyəti haqda məlumat verməmiş və lizinq alanın müqavilədə nəzərdə tutulmuş maliyyə vəziyyəti barədə hesabatı verməkdən qəsdən yayınmışdır. Yoxlamalar nəticəsində cavabdehin lizinq obyektinə (avtomobilə) əhəmiyyətli dərəcədə zərər vurduğu aşkar olunmuş və əmlak geri tələb olunmuşdur. Cavabdehin məsuliyyətsiz davranışı və yanaşması səbəbindən lizinq obyektinin geri alınması baş tutsa da vurulmuş zərər və ödənilməli olan cari ödənişlərin edilməsindən cavabdeh imtina etmişdir. Üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi üçün cavabdehlə aparılmış danışıqlar heç bir nəticə verməmiş və bu səbəbdən də müqavilədə də nəzərdə tutulduğu kimi mübahisənin məhkəmə qaydasında həll edilməsi qərarına gəlinmişdir. Hal hazırda bu iddia üzrə cavabdehin İddiaçı QSC-yə 2332 manat 94 qəpik məbləğdə cari ödənişlərə görə və 2490 manat məbləğdə vurulmuş zərərə görə borcu yaranmışdır. Müqavilənin 12 –ci bəndinə uyğun olaraq cavabdeh onun təqsiri üzündən müəyyən edilmiş gecikmələrə görə müqavilə şərtlərinə uyğun olaraq hər gecikmə günü üçün müqavilə ilə müəyyən edilmiş ümumi məbləğin 0.1 % qədər dəbbə pulu ödəməlidir İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, 2332 manat 94 qəpik məbləğdə faiz borcu, 2490 manat məbləğdə dəymiş zərər, 1314 manat 80 qəpik gecikdirmə müddətinə görə hesablanmış dəbbə olmaqla ümumilikdə cəmi 6137 manat 74 qəpik məbləğində pulun, həmçinin mediasiya xərci üçün ödənilmiş 110 manat məbləğində pulun cavabdeh tərəfindən alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehə dəfələrlə borc barədə xəbərdarlıq edilmişdir. Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Avtomobil sahibkarlıq fəaliyyətiylə məşğul olunması məqsədi ilə cavabdehə verilmişdir, hal-hazırda avtomobili ondan geri almışlar. X2 alınmışdır. Cavabdeh sahibkar, vergi ödəyicisidir. Məhkəməyə təqdim etdikləri təhvil-təslim aktı avtomobilin geri götürülməsi ilə bağlıdır. Faiz borcu müqavilənin 12.10-cu bəndində göstərilmişdir. Gecikdirilmiş məbləğ üzrə lizinq alan ödəniş etməmişdir. Həmin məbləğ Əlavə nömrə 3 adlı sənəddə qeyd olunmuşdur, lakin sözügedən sənədi məhkəməyə təqdim etməmişlər. Ekspert tərəfindən tərtib edilmiş rəylə razıdır. Maddi ziyan ondan ibarətdir ki, avtomobilin mühərrik sistemi cavabdeh tərəfindən yararsız hala salınmış və təmir edilməsi mümkündür. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı QSC ilə Cavabdeh arasında bağlanılmış, xx.xx.2022-ci il tarixli MLZNG00-00075 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, lizinq müqaviləsinin ümumi məbləği 7500 manatdır. Lizinq verən 1 saylı əlavədə göstərilən əmlakı lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki sarı rəngli, ban nömrəsi VF1KCTEEF35627304, 99LT495 dövlət qeydiyyat nişanlı “Renault Kangoo” markalı saz vəziyyətdə olan avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, Cavabdeh səhlənkarlığı səbəbindən, avtomobilin mühərriki tamamilə sıradan çıxmışdır. Mühərrikin təmiri üçün ümumilikdə 2490 manat tələb olunur. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə cəmi 1419 manat ödəniş etmiş, həmin ödənişdən 1197 manat 41 qəpik faizdən, 221 manat 59 qəpik əsas borcdan silinmişdir. Nəqliyyat vasitəsinin təhvil verildiyi ana qədər 2332 manat 94 qəpik faiz, 1314 manat 80 qəpik dəbbə borcu hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, sarı rəngli, ban nömrəsi VF1KCTEEF35627304, ** AE *** dövlət qeydiyyat nişanlı “Renault Kangoo” markalı saz vəziyyətdə olan avtomobil Cavabdeh tərəfindən 7500 manat məbləği razılaşdırılmaqla alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh avtmobili lizinqə verməkdən imtina etmiş, eyni zamanda avtomobili ustaya təqdim etmiş, ancaq təmir etdirə bilməmişdir. Avtomobil lizinq əməkdaşları tərəfindən aşkar edilərək təhvil götürülmüş, avtomobil təhvil götürülərkən mühərriki sökülmüş və təkərləri yararsız halda Gəncə şəhəri, Sevinc qəsəbəsində usta işləyən Şükrü Yıldızın sexindən götürülmüşdür. Məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 02 noyabr 2023-cü il tarixli 9/7493 saylı rəyində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli MLZNG00-00075 nömrəli nömrəli daxili lizinq müqaviləsi üzrə Cavabdehnun xx.xx.2023-cü ilə lizinq şirkətinin gəliri üzrə (faiz) borcu 2229 manat 79 qəpik vardır. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materillarına əlavə olunmuş 02 iyun 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 ilkin mediasiya sessiyasına iştirak etmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 110 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini, həmçinin lizinq obyektini saz və işlək vəziyyətdə saxlamasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini tam icra etməmiş, lizinq obyektindən istifadə nəticəsində lizinq verənə zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli MLZNG00-00075 saylı daxili lizinq müqaviləsi üzrə 2229 manat 79 qəpik faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 2329 manat 79 qəpik məbləğində borc, həmçinin 2490 manat vurulmuş zərərin əvəzi və 110 manat mediasiya xərci olmaqla ümumulikdə 4929 manat 79 qəpik məbləğində pul vəsaiti Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. 100 manat ekspertiza xərci və 69 manat 30 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və dövlət büdcəsinə keçirilməldir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, lizinq müqaviləsinə əsasən 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Məhkəmə həmçinin hesab edir ki, mötəbərliyi şübhə doğurmayan məhkəməmühasibatlıq ekspertizasının yuxarıda sadalanan rəyində faiz borcu 2229 manat 79 qəpik müyyən edildiyindən, faiz borcuna dair iddia tələbinin qalan hissəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli MLZNG00-00075 saylı daxili lizinq müqaviləsi üzrə 2229 manat 79 qəpik faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 2329 manat 79 qəpik məbləğində borc, həmçinin 2490 manat vurulmuş zərərin əvəzi və 110 manat mediasiya xərci olmaqla ümumulikdə 4929 manat 79 qəpik məbləğində pul vəsaiti Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. 100 manat ekspertiza xərci və 69 manat 30 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1019/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1019/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver