Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1022/2023 02.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4148 manat 14 qəpik əsas borc, 526 manat 80 qəpik cərimə, ödənilmiş 60 manat mediasiya xərci və 6,75 manat dövlət rüsumu olmaqla cəmi 4741 manat 69 qəpik pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT Bərdə” filialı və Cavabdeh arasında bağlanmış 22 271 032 saylı 2022-ci il mövsümü üzrə xam pambığın alqısatqı müqaviləsinə əsəsən cavabdeh 10 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə avans olaraq 15854,09 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 11705,95 manat dəyərində 14688,13 kq xam pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur. Bununla da iddiaçıdan təhvil götürdüyü avansın dəyəri tam ödənilməmiş, nəticədə cavabdehin iddiaçıya 4148,14 manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 05 iyul 2023-ci il tarixli e-2-2(115)-1022/2023 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2021-ci il tarixli 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 22271032 saylı müqavilədən görünür ki, alıcı İddiaçı MMC 2022-ci il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri satıcı Cavabdeh təqdim etməyi öhdəsinə götürmüş, satıcı tərəfindən istehsal olunmuş xam-pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin satıcıya ödənilməsi müəyyən olunmuşdur. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən satıcı 10 ha torpaq sahasində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrtüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Xam-pambığın yığılması və tədarükünə dair təlimat"ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya haqqında müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2022-ci il tarixindən gec olmayaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli 22271032 saylı “Qiymətlərin razılaşdırma protokolundan” görünür ki, satıcı və alıcı veriləcək malların və göstəriləcək iş və xidmətlərin qiymətini əvvəlcədən razılaşmışlar. İş materiallarında olan "xxxx" MMC-nin hesabdan çıxarışından görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh hesabına 50164,92 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 19 yanvar 2022-ci il tarixli 20003970, 20003971 nömrəli, 20 yanvar 2022-ci il tarixli 20003952 nömrəli, 26 yanvar 2022-ci il tarixli 20004261 və 20004262 nömrəli, 30 yanvar 2022-ci il tarixli 20004414 və 20005299 nömrəli, 06 fevral 2022-ci il tarixli 20004680 nömrəli, 12 fevral 2022-ci ll tarixli 20005373, ********. 20005375, 20005371 və 20005365 nömrəli, 25 fevral 2022-ci il tarixli 20005301 nömrəli, 27 fevral 2022-ci il tarixli ******* və 20005511 nömrəli, 31 mart 2022-ci il tarixli 20006262 nömrəli, 05 aprel 2022-ci il tarixli 2006638, 20006640, 20006720 nömrəli, 10 aprel 2022-ci il tarixli 20007302, 20007851 və ******* nömrəli, 11 aprel 2022-ci il tarixli 20007445, 20007443 və 20007465 nömrəli, 15 aprel 2022-ci il tarixli 20009147, ******* və ******* nömrəli, 17 aprel 2022-ci il tarixli 20008624, 20008625, 20009148 nömrəli, 05 may 2022-ci il tarixli 20010964 və 20010965 nömrəli, 11 may 2022-ci il tarixli 20011272 nömrəli, 14 may 2022-ci il tarixli 20012104, 20012105 və 20012102 və 20012103 nömrəli, 16 may 2022-ci il tarixli 20012106 nömrəli, 18 may 2022-ci il tarixli 20012773 nömrəli, 19 may 2022-ci il tarixli 20013060 nömrəli, 29 may 2022-ci il tarixli 20014517, 20014497, 20014498 və 20014496 nömrəli, 01 iyun 2022-ci il tarixli 20014964 və 20014963 nömrəli, 02 iyun 2022-ci il tarixli 20015243 nömrəli və 05 iyun 2022-ci il tarixli 20015756, 20015757 nömrəli, 07 iyun 2022-ci il tarixli 20015918 və 20015919 nömrəli, 17 iyun 2022-ci il tarixli 20018010, 20018042 və 20018017, 20018102 nömrəli, 18 iyun 2022-ci il tarixli 20017778 nömrəli, 26 iyun 2022-ci il tarixli 20019200 nömrəli, 30 iyun 2022-ci il tarixli 20020145 və 20020146 nömrəli, 06 iyul 2022-ci il tarixli 20021566, 20021567 və 20021568 nömrəli, 07 iyul 2022-ci il tarixli 20021687 nömrəli, 09 iyul 2022-ci il tarixli 20022186 və 20022185 nömrəli, 14 iyul 2022-ci il tarixli 20022543 və 20022544 nömrəli, 16 iyul 2022-ci il tarixli ******* nömrəli, 17 iyul 2022-ci il tarixli 20023341 nömrəli, 18 iyul 2022-ci il tarixli ********* nömrəli, 29 iyul 2022-ci il tarixli 20025368, 20025367 və 20025579 nömrəli, 04 avqust 2022-ci il tarixli 20026002, 20026001 və 20026003 nömrəli, 09 avqust 2022-ci il tarixli 20026594 nömrəli, 10 avqust 2022-ci il tarixli 20026525, 20026524, ********. 20026593, ********. 20026591, 20026526 nömrəli, 13 avqust 2022-ci il tarixli 20026812 nömrəli, 19 avqust 2022-ci il tarixli 20027094 və 20027093 nömrəli, 01 oktyabr 2022-ci il tarixli 20028080 nömrəli, 02 oktyabr 2022-ci il tarixli 20028030 nömrəli, 05 oktyabr 2022-ci il tarixli 20028280 və 20028281 nömrəli, 14 oktyabr 2022-ci il tarixli 630333 630344 nömrəli, 19 oktyabr 2022-ci il tarixli 630598 və 63600 nömrəli, 29 oktyabr 2022-ci il tarixli 20028536 nömrəli, 21 noyabr 2022-ci il tarixli 631976, 631977, 631978 və 631982 nömrəli iş aktlarından görünür ki, İddiaçı MMC tərəfindən 4309,83 manat məbləğində müxtəlif adda xidmət göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* və ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* və ******* nömrəli, xx.xx.2022-ci il tarixli 6139492, ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimələrdən görünür ki, İddiaçı MMC cəmi 3782,5 manat dəyərində material təhvil vermişdir. İş materiallarında olan 22 oktyabr 2022-ci il tarixli GJU seriyalı 290269, 290270, 290271 və 290272 nömrəli, 24 noyabr 2022-ci il tarixli GJU seriyalı 287664 və 287665 nömrəli pambıq qəbulu qəbzlərdən görünür ki, İddiaçı MMC-yə 11705 manat 95 qəpik dəyərində pambıq təhvil vermişdir. İş materiallarında olan 15 sentyabr 2021-ci il tarixli 22271032 saylı iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, iddiaçı tərəfindən 15854,09 manat avans verilməsi, 11705,949 manat məbləğində pambıq qəbul edilməsi və cavabdehin 4148,14 manat borcu qalması qeyd edilmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli REF/0586/23 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 4148,14 manat əsas, 526,8 manat cərimə borcu vardır. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli REF/0128/23 saylı pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 sentyabr 2021ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC 2022-ci il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitləri, malları və aqrotexniki xidmətləri Cavabdeh təqdim etməyi, Cavabdeh isə istehsal olunmuş xam pambığı bütünlüklə İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüş, ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin istehsalçıya ödənilməsi müəyyən olunmuşdur. İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 4148,14 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor avanslar verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 526 manat 80 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 4148,14 manat əsas borc, 50 manat cərimə olmaqla 4198,14 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 70 manat məbləğində mediasiya xərcinin ödənildiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 6,75 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci və 6,75 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 55 manat 23 qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bərdə filialı ilə Cavabdeh arasında 15 sentyabr 2021-ci il tarixdə bağlanılmış 2022-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 22271032 saylı müqavilə üzrə yaranmış 4148 manat 14 qəpik əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 4198 (dörd min yüz doxsan səkkiz) manat 14 (on dörd) qəpik məbləğində pul, ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 6 (altı) manat 75 (yetmiş beş) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 55 (əlli beş) manat 23 (iyirmi üç) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1022/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1022/2023
02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver