Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1043/2025 05.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı Məhdud Məsulyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Məhdud Məsulyyətli Cəmiyyəti Cavabdehnə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2022-ci il tarixli FB50/22 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən 14600 (on dörd min altı yüz) ABŞ dolları məbləğində xidmət haqqı, tələb edilən xidmət haqqına münasibətdə 840,21 (səkkiz yüz qırx dollar iyirmi bir sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda və hər ləngidilmiş günə görə ümumi hesablanmış 31375,25 (otuz bir min üç yüz yetmiş beş dollar iyirmi beş sent) ABŞ dolları məbləğində cərimə məbləği olmaqla, cəmi 46815,45 (qırx altı min səkkiz yüz on beş dollar qırx beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul vəsaiti, habelə ödənilmiş 2000 (iki min) manat məbləğində hüquqi yardım və 335 (üç yüz otuz beş) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsindən və “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatdan görünür ki, Cavabdeh hüquqi ünvanı ünvan 1uqi şəxsin ünvanının olduğu yer üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarının 24.4-cü bəndinə əsasən Göyçay rayonu Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh ünvanı ünvan 3 ərazi yurisdiksiyasına aid olmadığından hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 266-267, 284-3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Məhdud Məsulyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə ödənilmiş 335 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1043/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1043/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver