Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1054/2022 11.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pulun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsinə xitam verilməsi, lizinq predmetinin geri qaytarılması və pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyun 2019-cu ildə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (müqavilə üzrə “lizinq verən”) və cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (fərdi sahibkar) Cavabdeh (müqavilə üzrə “lizinq alan”) arasında MK 137 nömrəli lizinq müqaviləsinin ləğv edilməsini, lizinq predmetinin geri qaytarılmasını və 27777, 40 manat məbləğində borcun və 398 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, ərizənin “xahiş edirəm” hissəsində “20 iyun 2019-cu il” sözlərinin “19 avqust 2019cu il” kimi oxunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 avqust 2019-cu ildə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (müqavilə üzrə “lizinq verən”) və cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (fərdi sahibkar) Cavabdeh (müqavilə üzrə “lizinq alan”) arasında MK 137 nömrəli “Lizinq müqaviləsi” bağlanmışdır. Lizinq müqaviləsinə əsasən müqavilənin ümumi dəyəri 33.952,40 manat təşkil edir. Lizinq müqaviləsinə əsasən müqavilənin müddəti 60 ay müəyyən edilmişdir. Lizinq müqaviləsinə əsasən müqavilə üzrə aylıq ödəniş 565,87 manat təşkil edir. Lizinq müqaviləsinə və lizinq müqaviləsinin Əlavə 1 əsasən aşağıda göstərilmiş kənd təsərrüfatı təyinatlı texnika (müqavilə üzrə “Texnika”/”Lizinq obyekti”) cavabdehə lizinqə verilmişdir. Lakin iddia qaldırılan günə cavabdeh lizinq müqaviləsi üzrə 33.952,40 manatdan ibarət öhdəliklərinin yalnız 6.175 manat hissəsini aşağıda göstərilən tarixlərdə icra edib: 08 noyabr 2019-cu ildə - 580 manat; 04 dekabr 2019cu ildə - 580 manat; 13 yanvar 2020-cu ildə - 580 manat; 19 fevral 2020-ci ildə - 567 manat; 03 iyul 2020-ci ildə - 570 manat; 08 fevral 2021-ci ildə - 567 manat; 19 fevral 2021-ci ildə - 567 manat; 26 fevral 2021-ci ildə - 460 manat; 31 may 2021-ci ildə - 567 manat; 04 oktyabr 2021-ci ildə - 570 manat; 01 noyabr 2021-ci ildə - 567 manat; Cavabdehin mövcud ödənişləri nəzərə alındıqdan (çıxıldıqdan) sonra hazırda cavabdehin borcu 27.777,40 manat təşkil edir. 2019-cu ilin oktyabr ayı üçün lizinq ödənişi cavabdeh tərəfindən edilməyib. 2019-cu ilin dekabr ayından başlayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında ümumiyyətlə icra etmir. Ötən dövr ərzində lizinq müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi istiqamətindəki cavabdehlə danışıqlar səmərəsiz olub. Daha sonra cavabdehə yazılı xəbərdarlıq bildirişlər göndərilmişdir. 14 fevral 2022-ci ildə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xəbərnaməli məktubla Cavabdeh rəsmən pretenziya göndərmişdir. Pretenziya cavabdeh tərəfindən rəsmən alınmışdır. Lakin pretenziyaya cavabdeh münasibət bildirməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş; xx.xx.2019-cu il tarixli MK 137 nömrəli lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kənd təsərrüfatı təyinatlı texnikanı lizinq alanhüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs(fərdi sahibkar) Cavabdeh lizinqə verməyi, lizinq alan isə lizinq obyektindən istifadəyə görə muzdu lizinq verən İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli MK 137 nömrəli lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, dəyəri 88.276.34 manat olan yem xətti (yem avadanlığı) Cavabdeh lizinqə verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, lizinq obyekti müştəriyə təhvil verilmişdir və imzası ilə təsdiq olunmuşdur. 14 fevral 2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərə yaranmış borc öhdəliyi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur İş üzrə sənədlərdən göründüyü kimi Cavabdeh texnikanın təhvil almaq barədə akta imza etməklə onu saz vəziyyətdə qəbul etdiyini bildirmişdir. Bundan başqa imzalanmış müqaviləyə əsasən lizinq alan nəzərdə tutulan məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək ümumilikdə 6175 manat ödəniş etmiş 27777,40 manat borcu qalmışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK 137 nömrəli “Lizinq Müqaviləsi” ləğv edilməlidir. Lizinq predmeti geri qaytarılmalı və Cavabdeh 27777,40 (iyirmi yeddi min yeddi yüz yetmiş yeddi manat qırx qəpik) manat və 398 (üç yüz doxsan səkkiz) manat dövlət rüsumu tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK 137 nömrəli “Lizinq Müqaviləsi” ləğv edilsin. Lizinq predmeti geri qaytarılsın və Cavabdeh 27777,40 (iyirmi yeddi min yeddi yüz yetmiş yeddi manat qırx qəpik) manat və 398 (üç yüz doxsan səkkiz) manat dövlət rüsumu tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-1054/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1054/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver