Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1054/2024 23.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 36561 manat məbləğində əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 200 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 17621 nömrəli alğı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Tədim edilmiş elektron qaimə-faktura sənədlərindən və təhvil-qəbul aktlarından göründüyü kimi cavabdeh tərəfindən sifariş olunan mallar tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə cəmiyyətə 36561 manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2022-ci il tarixli 17621 nömrəli alğı-satqı müqaviləsinə əsasən 31 avqust 2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə olan qalıq borcu 36561 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı MMC ilə onun heç bir əlaqəsi yoxdur, onlarla heç bir münasibəti olmamışdır. Hər hansı sənədə imza çəkməmişdir. Elşad adlı şəxsi tanımır, Amin isə onlarda işçi olaraq işləmişdir. O, cəmi 5-6 a fəaliyyət göstərmişdir. 36000 manatıq mal onun obyektində ola bilməzdi. Malları təhvil alan şəxslərə o hər hansı etibarnamə verməmişdir və onlarla işçi kimi müqavilə bağlamamışdır. Maddi vəziyyətinin nəzərə alınmasını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, müqaviləni atası bağlamışdır. Ancaq işləri o aparmışdır. Uzun müddət qarşı tərəflə işləmişlər. Mağazaları ərzaq mağazası olmuşdur və o da alğı-satqı işlərini aparmışdır. Onun özünün ayrıca mağazası olmuşdur. Həmin mağaza sonradan bağlanmışdır. İddiaçı MMC onlara 5000 manatdan artıq mal vermirdi. 2022-ci ilin sonunda MMC-nin işçiləri onların mağazasına gələrək bildirmişlər ki, onların adına 120000 manat məbləğində mal vusunlar, sata bildiklərini satsınlar, sata bilmədiklərini isə sonradan özləri çıxarıb satacaqlar. İddiaçı MMC-dən uzun müddət mal aldıqlarına görə qeyd edilən təklifə razı olmuşdur. 30 dekabrda onların adına 30000 manatlıq mal vuracaqlarını bildirmişlər. Halbuki onun adına 5000 manatdan artıq mal heç vaxt verilməmişdir. Qaimələrdən məlumatı vardır. Elşad onun qohumudur. O, balaca uşaqdır, yəqin Elşad mağazada olanda Elşada deyiblər ki, imza lazımdır o da imzalayıb. Abbas adı ilə imzalananları özü təhvil götürmüşdür. Amin hazırda hərbi xidmətdədir. Amin imzalayıb malı onlara götürmüşdür. Malları onlara təhvil veriblər. Lakin malların bir qismini iddiaçının əməkdaşları geri qaytarmışdır. Ödənişlər nəğd qaydada MMCnin işçilərinə ödənilmişdir, onlara ödənişlərlə bağlı çek vermişlər, lakin hazırda həmin çeklər onda qalmamışdır. Borcu verəndə üzləşdirmə aktı tərtib olunur, lakin həmin sənəd onlarda yoxdur. İddiaçının nümayəndəsi hazırkı məhkəmə iclası ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 17621 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, alıcı Cavabdeh satıcı İddiaçı MMCnin təqdim etdiyi müxtəlif çeşiddə, adda, qida və qeyri-qida məhsullarını vaxtaşırı satıcıdan sifariş etməyi, malları təhvil almağı və dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada ödəməyi, satıcı isə sifarişi təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış malları alıcıya təhvil verməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** nömrəli təhvil qəbul aktına əsasən 132,36 manat məbləğində mal Amin, xx.xx.2022-ci il tarixli ********** nömrəli akta əsasən 31,44 manat məbləğində mal Amin, xx.xx.2022-ci il tarixli ********** nömrəli akta əsasən 2161,89 manat məbləğində mal Amin, xx.xx.2022-ci il tarixli ********** nömrəli malların təhvil qəbul aktına əsasən 43,14 manat məbləğində mal Amin, xx.xx.2022-ci il tarixli ********** nömrəli akta əsasən 85,48 manat məbləğində mal Amin, xx.xx.2022-ci il tarixli ********** nömrəli akta əsasən 93,66 manat məbləğində mal Amin, xx.xx.2022-ci il tarixli ********** nömrəli akta əsasən 117,50 manat məbləğində mal Amin, xx.xx.2022-ci il tarixli ********** nömrəli malların təhvil qəbul aktına əsasən 49,92 manat məbləğində mal Amin, xx.xx.2022-ci il tarixli ********** nömrəli akta əsasən 12,99 manat məbləğində mal Amin, xx.xx.2022-ci il tarixli akta əsasən 48,38 manat məbləğində mal Amin, xx.xx.2022-ci il tarixli akta əsasən 24,22 manat məbləğində mal Amin, xx.xx.2022-ci il tarixli ********** nömrəli akta əsasən 87,85 manat məbləğində mal Amin, xx.xx.2022-ci il tarixli ********** nömrəli malların təhvil qəbul aktına əsasən 16178,31 manat məbləğində mal Abbas, xx.xx.2022-ci il gtarixli ********** nömrəli akta əsasən 16178,31 manat məbləğində mal Abbas, xx.xx.2022-ci il tarixli ********** nömrəli akta əsasən 2,15 manat məbləğində mal Abbas, xx.xx.2022-ci il tarixli ********** nömrəli akta əsasən 171,41 manat məbləğində mal Abbas, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 667,03 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 667,03 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 119,82 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 46,63 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 587,51 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 585,67 manat məbləğində mal Amin, xx.xx.20230-cü il tarixli ********** nömrəli malların təhvil aktına əsasən 309,09 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 160,17 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli 82,17 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 450,30 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 230,48 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 325,57 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 325,57 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 488,89 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 458,54 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 399,18 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 399,18 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli malların təhvil qəbul aktına əsasən 100,29 manat məbləğində mal Abbas, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 152,05 manat məbləğində mal Abbas, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 2292 manat məbləğində mal Abbas, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 1259,41 manat məbləğində mal Abbas, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 79,23 manat məbləğində mal Abbas, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 60,77 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 819,63 manat məbləğində mal Abbas, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 120,77 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 112,60 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 66,11 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 1163,50 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 564,81 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 375,27 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 907,85 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 907,85 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 200,13 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 40,08 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 20,04 manat məbləğində mal Abbas,xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 76,20 manat məbləğində mal Abbas, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 5,82 manat məbləğində mal Amin, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 26,40 manat məbləğində mal Abbas, xx.xx.2023-cü il tarixli ********** nömrəli malların təhvil qəbul aktına əsasən 96,59 manat məbləğində mal Elşad, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 30,45 manat məbləğində mal Elşad, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 26,59 manat məbləğində mal Elşad, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 47,99 manat məbləğində mal Elşad, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 336,49 manat məbləğində mal Elşad, xx.xx.2023-cü il tarixli ********** nömrəli akta əsasən 121,69 manat məbləğində mal Elşad tərəfindən aklara imza edilməklə təhvil alınmışdır. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2023-cü il tarixlərdə 375,27 manat, 79,23 manat, 564,81 manat, 819,63 manat, 152,05 manat, 60,77 manat, 76,20 manat, 66,11 manat, 20,04 manat, 907,85 manat, 200,13 manat, 1163,50 manat, 40,08 manat, 803,09 manat, 230,48 manat, 450,30 manat, 458,54 manat, 309,09 manat, 160,17 manat, 2292 manat, 1259,41 manat, 100,29 manat, 587,51 manat, 46,63 manat, 119,82 manat, 667,03 manat, 82,17 manat, 488,89 manat, 325,57 manat, 325,57 manat, 24,22 manat, 48,38 manat, 87,85 manat, 171,41 manat, 2,15 manat, 16178,31 manat, 585,67 manat, 2161,89 manat, 43,14 manat, 93,66 manat, 85,48 manat, 117,50 manat, 49,92 manat, 12,99 manat, 33,42 manat, 165,91 manat, 79,17 manat, 52,82 manat, 31,29 manat, 31,44 manat, 132,36 manat, 18,60 manat, 63 manat, 205,66 manat, 116,15 manat, 49,91 manat, 37,75 manat, 24,01 manat, 82,94 manat, 26,56 manat, 217,39 manat, 75,19 manat, 210,95 manat, 311,04 manat, 100,77 manat, 188,23 manat, 116,58 manat dəyərində malların qaimələri İddiaçı MMC tərəfindən Cavabdeh ötürülmüşdür. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh İddiaçı MMC-yə olan qalıq borcu 36561 manat təşkil edir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə alğısatqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh mal satmışdır. Lakin alıcı müqavilə üzrə üzərinə düşən öhdəliyi, yəni ödənişi tam olaraq icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 36561 manat borcu yaranmışdır. Cavabdeh izahatında iddia tələbində qeyd edilən məbləğdə mal almadığını qeyd etsə də malın alıcıya verilməsi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlər, habelə cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunur. Bundan başqa məhkəmə cavabdehin nümayəndəsi mal təhvil verilsə də təhvil verilən malın müəyyən hissəsinin iddiaçı təşkilatın nümayəndələri tərəfindən geri qaytarılması ilə bağlı izahatına münasibət bildirərək qeyd edir ki, cavabdehin nümayəndəsi qeyd etdikləri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 36561 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 200 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 200 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə X3 arasında bağlanmış 05 yanvar 2022-ci il tarixli 17621 saylı alğı-satqı müqaviləsi üzrə 36561 (otuz altı min beş yüz altmış bir) manat borc və 200 (iki yüz) manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1054/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1054/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver