Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1056/2023 03.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək 11 aprel 2022-ci il tarixli 037-S saylı müqaviləyə əsasən, 21157,13 manat qalıq borc məbləğinin və 210 manat mediasiya xərcinin əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında soya paxlası istehsalı və alqı-satqısı barədə 037-S saylı 11 aprel 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh Tovuz rayonu, Hunanlar kəndində 48 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi, hər hektardan 3,0 ton olmaqla cəmi 144 ton məhsulun istehsal edilərək sifarişçi İddiaçı MMC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin 4.8-ci bəndinin şərtlərinə əsasən, sifarişçi tərəfindən Cavabdeh 26796,64 manat dəyərində toxum, gübrə, dərman və avans qismində 25650 manat nağd pul olmaqla, ümumilikdə 52446,64 manat məbləğində vəsait verilmişdir. Lakin Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və sifarişçiyə müqavilənin 1.1 və 1.2-ci bəndləri ilə nəzərdə tutulmuş miqdarda məhsul təhvil verməmişdir. Belə ki, avans qismində ilkin ödəniş daxil olmaqla ümumilikdə ödənilmiş 52446,64 manat məbləğində vəsaitin qarşılığında təhvil verilmiş məhsulun dəyəri 31290 manat təşkil etmişdir. Bununla da, müqavilə şərtlərinin pozulması nəticəsində Cavabdeh İddiaçı MMC-yə 21157,13 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı həm poçt təşkilatı vasitəsilə, həmçinin vergi ödəyicisinin elektron kabinetinə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin bu vaxtadək həmin vəsait İddiaçı MMC-yə ödənilməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirmişdir. Lakin, cavabdeh müqavilədə nəzərdə tutulmuş məhsulu təhvil verməmişdir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, müqavilə üzrə iddiaçı tərəfindən ona pul, toxum, gübrə və dərman verilmişdir. Lakin, verilən dərman keyfiyyətsiz olduğundan məhsuldarlıq az olmuşdur olmuşdur. Bununla bağlı iddiaçı təşkilata şifahi müraciətləri olub, lakin lazımı köməklik göstərilməyib. Odur ki, iddia tələbini qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli 037-S nömrəli müqaviləyə əsasən Cavabdeh Tovuz rayonu, Hunanlar kəndində 48 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi, hər hektardan 3,0 ton olmaqla cəmi 144 ton məhsulun istehsal edilərək sifarişçi İddiaçı MMCyə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən sifarişçi tərəfindən təqdim edilməyən, dəyəri ödənilməyən və icra edilməyən bütün istehsal vasitələri, aqrotexniki xidmətləri öz vəsaiti hesbına almaq və yerinə yetirmək, sahəyə gətirmək və tətbiq etmək icraçıya aiddir. İddiaçı MMC tərəfindən Cavabdeh hesabına xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 21600 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 4050 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 210 manat məbləğində pul köçülümüşdür. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli EBBV 853175 nömrəli elektron qaiməyə əsasən 8472,80 manat, xx.xx.2022-ci il tarixli EBBX 649775 nömrəli qaiməyə əsasən 8550 manat, xx.xx.2022-ci il tarixl EBBZ 786743 nömrəli qaiməyə əsasən 591,30 manat, xx.xx.2022-ci il tarixli EBCA 150950 nömrəli qaiməyə əsasən 252 manat, xx.xx.2022-ci il tarixli EBCA 15919 nömrəli qaiməyə əsasən 5813,07 manat, xx.xx.2022-ci il tarixli EBCC 215928 nömrəli qaiməyə əsasən 456,80 manat, xx.xx.2022-ci il tarixli EBCC 215776 nömrəli qaiməyə əsasən 456,12 manat, xx.xx.2022-ci il tarixli EBCC 488080 nömrəli qaiməyə əsasən 1526.60 manat, xx.xx.2022-ci il tarixli EBCC 216035 nömrəli qaiməyə əsasən 722,40 manat məbləğində mal İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli EBCM 615450 nömrəli qaiməyə əsasən 31289,51 manat məbləğində soya paxlasının Cavabdeh tərəfindən alıcı İddiaçı MMC-yə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli 34/2023 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli MŞG/1/MT007/2023-01760 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 210 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, iş üzrə sübutlara müəyyən olnur ki, xx.xx.2022-ci il tarixli 037-S nömrəli müqaviləyə əsasən Cavabdeh Tovuz rayonu, Hunanlar kəndində 48 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi və hər hektardan 3,0 ton olmaqla cəmi 144 ton məhsulun istehsal edilərək sifarişçi İddiaçı MMC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Müqaviləyə əsasən Cavabdeh 26796,64 manat dəyərində toxum, gübrə, dərman, avans qismində isə 25650 manat nəğd pul verilmişdir. Ümumilikdə 52446,64 manat məbləğində vəsait verilmişdir. Cavabdeh isə bunun müqabilində 31289,51 manat məbləğində mal təhvil verilmişdir. Nəticədə 21157,13 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh iddiaçının təqdim etdiyi hallara dair etirazını bildirsə də, etirazının əsasını təşkil edən hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 21157,13 (iyirmi bir min yüz əlli yeddi manat on üç qəpik) manat borc və 210 (iki yüz on) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 21157,13 (iyirmi bir min yüz əlli yeddi manat on üç qəpik) manat borc və 210 (iki yüz on) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 153,47 (bir yüz əlli üç manat qırx yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-1056/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1056/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver