Məhkəmə qərarları › İş №e-2-2(115)-106/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-106/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-106/2024 12.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı nümayəndəsi Ağa-zadə Aygün Aydın qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17340.94 əsas borc, 1734.09 manat dəbbə pulu və ödənilmiş 210 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə 09 fevral 2023-cü il tarixdə 275 saylı alqı-satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışlar. Əməkdaşlıq müddətində cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMC-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh təhvil aldığı məhsullara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMC-nə olan 17340.94 manat borcunu ödəməmiş və aralarında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. 09 fevral 2023-cü il tarixli 275 saylı alıqı-satqı müqaviləsinin şərtlərinə əsasən, alıcı təhvil aldığı məhsullara görə ən geci 30 (otuz) gün ərzində ödəniş etməli idi. Belə ki, cavabdeh tərəfindən ödənişi gecikdirilmiş məhsullara görə dəbbə pulunun məbləği 10%-dən çox olduğu üçün müqavilənin 5.5-ci bəndinə əsaslanaraq ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10%-ni təşkil edən 1734.09 manat məbləğində dəbbə pulu yaranmışdır. Nəticə etibarı ilə, hazırda cavabdehin İddiaçı MMC-nə 17340.94 manat əsas borcu və 1734.09 manat dəbbə pulu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ağa-zadə Aygün Aydın qızı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2023-cü il tarixli 275 saylı müqavilədən görünür ki, satıcı İddiaçı MMC alıcı Cavabdeh sifarişi əsasında malları alıcıya satır, alıcı isə məhsulların dəyərini nağd və ya hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymət razılaşma protokollarının şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. Tərəflər arasında öncədən razılaşdırıldığı hallarda satıcıya məxsus məhsulların alıcının ticarət öbyektlərində sərinləşdirilməsi, sərgilənməsi və satışını təmin etmək məqsədilə satıcıya məxsus adı, modeli, inventar nömrəsi və digər xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-qəbul aktlarında qeyd edilən soyuducular satıcı tərəfindən alıcıya əvəzsiz istifadəyə verilməsi nəzərdə tutulmuşdur. İş materillarında olan malların təhvil-qəbul aktlarından görünür ki, xx.xx.2023-cü il tarixli 617188 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 617187 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 617186 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 617185 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 617184 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 617183 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 617182 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 617181 nömrəli akta əsasən 3469,21 manat, xx.xx.2023-cü il tarixli 617180 nömrəli akta əsasən 1300,59 manat, xx.xx.2023-cü il tarixli 617179 nömrəli akta əsasən 1300,59 manat, xx.xx.2023-cü il tarixli 617178 nömrəli akta əsasən 328,31 manat, xx.xx.2023-cü il tarixli 617189 nömrəli akta əsasən 410,39 manat, xx.xx.2023-cü il tarixli 627697 nömrəli akta əsasən 579,67 manat, xx.xx.2023-cü il tarixli 627698 nömrəli akta əsasən 579,67 manat, xx.xx.2023-cü il tarixli 627699 nömrəli akta əsasən 579,67 manat, xx.xx.2023-cü il tarixli 627700 nömrəli akta əsasən 579,67 manat, xx.xx.2023-cü il tarixli 627701 nömrəli akta əsasən 579,67 manat, xx.xx.2023-cü il tarixli 627702 nömrəli akta əsasən 579,67 manat, xx.xx.2023-cü il tarixli 627703 nömrəli akta əsasən 3601,44 manat, xx.xx.2023-cü il tarixli 627696 nömrəli akta əsasən 579,67 manat dəyərində mallar satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli 563704 nömrəli elektron qaiməyə əsasən 579,70 manat, xx.xx.2023-cü il tarixli 563706 nömrəli elektron qaiməyə əsasən 579,70 manat, xx.xx.2023-cü il tarixli 563707 nömrəli elektron qaiməyə əsasən 579,70 manat, xx.xx.2023-cü il tarixli 563709 nömrəli elektron qaiməyə əsasən 579,70 manat, xx.xx.2023-cü il tarixli 563712 nömrəli elektron qaiməyə əsasən 579,70 manat, xx.xx.2023-cü il tarixli 563714 nömrəli elektron qaiməyə əsasən 579,65 manat, xx.xx.2023-cü il tarixli 563716 nömrəli elektron qaiməyə əsasən 579,68 manat, xx.xx.2023-cü il tarixli 563718 nömrəli elektron qaiməyə əsasən 3601,45 manat, xx.xx.2023-cü il tarixli 593473 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593474 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593475 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593476 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593477 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593478 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593479 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593480 nömrəli elektron qaiməyə əsasən 410,40 manat, xx.xx.2023-cü il tarixli 593481 nömrəli elektron qaiməyə əsasən 3469,15 manat, xx.xx.2023-cü il tarixli 593482 nömrəli elektron qaiməyə əsasən 1300,60 manat, xx.xx.2023-cü il tarixli 593483 nömrəli elektron qaiməyə əsasən 1300,60 manat, xx.xx.2023-cü il tarixli 593484 nömrəli elektron qaiməyə əsasən 328,32 manat dəyərində malların satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh təhvil verilməsi barədə elektron qaimələr ötürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 09 fevral 2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, məhsulları cavabdehə vermiş, cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş, aldığı məhsulun pulunu tam olaraq ödəməmiş və onun iddiaçıya 17340 manat 94 qəpik borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması satıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, satıcı malları verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1734,09 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 400 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 17340 manat 94 qəpik əsas borc, 400 manat cərimə borcu olmaqla, cəmi 17740 manat 94 qəpik məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 210 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 143 manat 22 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2023-cü il tarixli 275 saylı alğı-satqı müqaviləsi üzrə 17340 manat 94 qəpik əsas borc, 400 manat cərimə borcu olmaqla, cəmi 17740 (on yeddi min yeddi yüz qırx) manat 94 (doxsan dörd) qəpik məbləğində pul, 210 (iki yüz on) manat ödənilmiş mediasiya xərci Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 143 (bir yüz qırx üç) manat 22 (iyirmi iki) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar