Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-108/2022 25.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiaya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22.08.2021-ci il traixli öhdəlik müqaviləsinə və həmin notariat ofisində 05.11.2014-cü il tarixində 3M-1248 nömrəli reyestrlə qeydiyyata alınmış öhdəlik müqaviləsinə əlavə sazişə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Bakı-Şamaxı şossesi 106 ünvanda yerləşən 0,40 ha torpaq sahəsinin 22.08.2014-cü il tarixə olan real bazar qiymətinə uyğun 200 000 manat maliyyə vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş 22.08.2021-ci il traixli 3M/959 nömrəli reyestrlə qeydə alınmış öhdəlik müqaviləsinə və həmin notariat ofisində 05.11.2014-cü il tarixində 3M- 1248 nömrəli reyestrlə qeydiyyata alınmış öhdəlik müqaviləsinə əlavə sazişə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Bakı-Şamaxı şossesi 106 ünvanda yerləşən 0,40 ha torpaq sahəsi 22.08.2014-cü il tarixə olan real bazar qiymətinə uyğun olaraq dəyəri iddiaçıya ödənilməlidir. Lakin cavabdeh həmin öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil ərizə göndərək işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk öncə onu qeyd edir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə təqdim etdiyi rəsmi məlumatdan görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC vergi orqanında eyni nömrə ilə (VÖEN **********) qeydiyyata alınmışlar. "xxxx" MMC, "xxxx" MMC-nin adının dəyişdirilməsi ilə yaradılmışdır. Həmçinin İddiaçı fərdi sahibkardır (VÖEN **********). Mübahisə onların sahibkarlıq fəaliyyətindən irəli gəlir. İş materiallarına əlavə olunmuş; 22 avqust 2014-cü il tarixli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış öhdəlik müqaviləsindən görünür ki, müqavilə notarial qaydada təsdiq olunmuş, İddiaçı öhdəlik kimi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Bakı-Şamaxı şossesi 106 ünvanda yerləşən 0,21587 ha torpaq sahəsində olan qeyri-yaşayış binasını torpaq sahəsi ilə birlikdə "xxxx" MMC-yə verməyi, "xxxx" MMC isə qeyd edilən qeyriyaşayış binasını torpaq sahəsi ilə birlikdə qəbul edərək qeyri-yaşayış binasını söküb, 4 il müddətinə onun yerində müvafiq qaydada çoxmərtəbəli bina tikməyi, həmin binadan 1500 kv.m yaşayış sahəsini İddiaçı verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5-ci hissəsinin sonuncu abzasında göstərilir ki, qeyd olunan öhdəliklər nəzərdə tutulan müddət ərzində icra edilmədikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Bakı-Şamaxı şossesi 106 ünvanda yerləşən 0,21587 ha torpaq sahəsinin real bazar qiymətinə uyğun olaraq, yəni 22.08.2014-cü il tarixə "xxxx" MMC tərəfindən X1 ödəniləcəkdir. Həmin müqaviləyə 5 noyabr 2014-cü il tarixdə edilmiş əlavə sazişdə göstərilir ki, 22 avqust 2014-cü il tarixli öhdəlik müqaviləsinin 5-ci bəndinin sonuncu abzasında qeyd olunan öhdəliklər nəzərdə tutulan müddət ərzində icra edilmədikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Bakı-Şamaxı şossesi 106 ünvanda yerləşən 0,21587 ha torpaq sahəsini real bazar qiymətinə uyğun olaraq 22.08.2014-cü il tarixinə "xxxx" MMC tərəfindən İddiaçı ödənilməsi cümləsi “Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Bakı-Şamaxı şossesi 106 ünvanda yerləşən 0,40 ha torpaq sahəsini real bazar qiymətinə uyğun olaraq, yəni 22.08.2014-cü il tarixinə "xxxx" MMC tərəfindən X1 ödəniləcəkdir” kimi qeyd edilmişdir. Məhkəmə 22 avqust 2014-cü il tarixdə İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış öhdəlik müqaviləsinin "xxxx" MMC tərəfindən qeyd edilən qeyri-yaşayış binasını torpaq sahəsi ilə birlikdə qəbul edərək qeyri-yaşayış binasını söküb, 4 il müddətinə onun yerində müvafiq qaydada çoxmərtəbəli bina tikmək və həmin binadan 1500 kv.m yaşayış sahəsini İddiaçı mülkiyyətinə vermək barədə götürmüş öhdəliyə aid hissəsi üzrə onu qeyd edir ki, bu razılaşma gələcək əmlak barəsində bağlanılmış müqavilədir.Bu cür müqavilələrə müqavilələrin etibarsızlığı haqda qaydalar tətbiq olunur. Etibarsız əqd heç bir hüquqi nəticə yaratmır. Bu cür əqdlər bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391-ci maddəsinə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Yaşayış binasının 1500 kv.m hissəsi yaşayış binasının predmeti deyil, aşkar surətdə onun bir hissəsidir. Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə qeyd edir ki, arzu olunan hüquqi nəticəni əmələ gətirmək qabiliyyəti olmayan və ya belə bir hüquqi nəticəni əmələ gətirmək qabiliyyətindən məhrum edilə bilən əqdlər etibarsız əqdlər hesab olunur. İddiaçı ilə "xxxx" MMC arasında 22 avqust 2014-cü il tarixdə bağlanmış öhdəlik müqaviləsi zahirən mövcud əqd kimi görünsə də, hüquqi müstəvidə hüquqi nəticə əmələ gətirmək keyfiyyətinə və ya xüsusiyyətinə malik əqd deyildir. Məhkəmə 22 avqust 2014-cü il tarixli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış öhdəlik müqaviləsinə 5 noyabr 2014-cü il tarixdə edilmiş əlavə sazişlə bağlı onu qeyd edir ki, əsas müqavilə etibarsız olduğu halda, onun tərkib hissəsi sayılan və ona edilmiş əlavə saziş də etibarlı ola bilməz. Belə ki, 22 avqust 2014-cü il tarixli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış öhdəlik müqaviləsində və həmin müqaviləyə 5 noyabr 2014-cü il tarixdə edilmiş əlavə sazişdə tərəflər pul öhdəliyinin yaranma əsasını onunla şərtləndiriblər ki, "xxxx" MMC gələcəkdə inşa edəcəyi binadan 1500 kv.m yaşayış sahəsini İddiaçı mülkiyyətinə verməmiş olsun. Buradan aydın olur ki, müqavilənin yaşayış sahəsindən ibarət əmlakın mülkiyyətə verilməsi şərtinə əməl edilmədiyi halda, onun pul ilə əvəzini ödəmək öhdəliyi yaranmış olur. Yuxarıda qeyd edildiyi kimi gələcək əmlakın verilməsini şərtlərini özündə əks etdirən müqavilə qanunla etibarsız sayıldığından həmin müqavilənin şərtlərin pozulmasından yaranan sair öhdəlik də etibarlı olaraq hüquqi nəticə əmələ gətirə bilməzdi. Pul öhdəliyinin kökündə də, gələcək əmlakın bir hissəsinin digər tərəfə verilməsi ilə bağlı müqavilə dayanır. Bundan başqa, tərəflər arasında imzalanmış 22 avqust 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Bakı-Şamaxı şossesi 106 ünvanda yerləşən 0,21587 ha torpaq sahəsi və qeyri-yaşayış binasının hədiyyə verən İddiaçı tərəfindən hədiyyə alan "xxxx" MMC-nin mülkiyyətinə verilmişdir. Notarial qaydada təsdiq edilmiş həmin müqavilə üzrə əmlak "xxxx" MMC-nin mülkiyyətinə verilmiş, bununla da əmlak üzəruində hüquqlar hədiyyə alana keçmişdir. Bundan sonra İddiaçı həmin əmlakla bağlı hər hansı bir əqd bağlamaq səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Habelə, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi halı da mövcuddur. Belə ki, öhdəlik müqaviləsi 22 avqust 2014-cü il tarixdə, ona əlavə saziş isə 10 noyabr 2014-cü il tarixdə bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 4 il müəyyən edilmişdir. Qeyd edilən 4 illik müddət 2018-ci ilin müvafiq aylarında və günlərində bitmişdir. İddiaçı isə 3 ildən sonra, yəni 10 noyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş 22.08.2014-ci il tarixli, 3M/959 nömrəli reyestrlə qeydə alınmış öhdəlik müqaviləsinə ve həmin notariat ofisində 05.11.2014-cü il tarixində 3M-1248 nömrəli reyestrlə qeydiyyat alınmış həmin öhdəlik müqaviləsinə əlavə sazişə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, Bakı-Şamaxı şossesi 106 ünvanda yerləşən 0,40 ha torpaq sahəsinin 22.08.2014-cü il tarixinə real bazar qiymətinə uyğun dəyəri olan 208.000 manat maliyyə vəsaitinin tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-108/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-108/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver