Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1081/2025 10.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 8118,19 manat əsas borc, cərimə üzrə 2000 mnaat borc, dövlət rüsumunun əvəzi olaraq 121 manatın, ümumilikdə 10239,19 manat pulun tutulmasına dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə barışıq sazişini təqdim edərək, sazişin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək barışıq sazişini təsdiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 27 may 2025-ci il tarixli barışıq sazişindən görünür ki, bir tərəfdən İddiaçı nümayəndəsi (direktor) X1 şəxsində, digər tərəfdən Cavabdeh şəxsində Gəncə Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə e-2-2(115)-1081/2025 saylı kommersiya işi üzrə aşağıdakılar barədə razılığa gələrək barışıq sazişi bağlayırlar:
1. İddiaçı bəyan edir ki, cavabdeh məhkəmə icraatı zamanı 600 manat ödəniş etmişdir.
2. İddiaçı bəyan edir ki, cavabdehdən ancaq əsas borc üzrə 7297,93 manat və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi 121 manat tələb edir. İddiaçı 2000 manat cərimə məbləğini tələb etməkdən imtina edir.
3. Cavabdeh etiraf edir ki, iddiaçıya 7297,93 manat müqavilə üzrə borcu vardır. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən ödənilmiş 121 manat dövlət rüsumunun əvəzini ödəməyi öhdəlik götürür.
4. İddiaçı iddia ilə əlaqədar bütün tələb və iddialarından imtina edir və bununla bağlı cavabdeh iddiaçıya olan borcunu xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay 300 manat ödəməyi öz üzərinə öhdəlik götürür.
5. Tərəflər razılaşır ki, cavabdeh 121 manat dövlət rüsumunu əsas borc məbləğini tam ödəyib qurtardıqdan sonra bir dəfəyə ödəyəcəkdir.
6. Cavabdeh borcun tam məbləğinin, yaxud hər hansı hissəsinin bu Sazişin 4-cü bəndində müəyyən edilmiş qaydada ödənilməsi üzrə öhdəliklərini 15 iş günü və ondan artıq müddət ərzində icra etmədikdə iddiaçı borcun tam ödənilməsini tələb edə bilər, tələb yerinə yetirilmədikdə isə məhkəmə vasitəsilə məcburi icraya yönəldilə bilər.
7. Bu Saziş məhkəmə tərəfindən təsdiq ediləcəkdir və barışıq sazişinin məcburu icrası məhkəmə aktına əsasən verilmiş icra vərəqəsi əsasında həyata keçirilir.
8. Bu Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqdar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.
9. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Barşıq sazişinin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquq qüvvəsini saxlayacaqdır.
10. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Hazırkı saziş ilə iddia arasında hər hansı uyğunsuzluq və ya ziddiyyət olduqda, hazırkı Barışıq sazişinə üstünlük veriləcəkdir. Bu saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır.
11. Bu saziş məhkəmə qərarının qüvvəyə mindiyi gündən qüvvəyə minir və bu saziş əsasında cavabdeh tərəfindən borcun tam ödənildiyi tarixədək qüvvədədir.
12. Tərəflər qəbul edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 27 may 2025-ci il tarixli barışıq sazişi sazişdə qeyd edilən şərtlərlə təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı nümayəndəsi (direktor) X1 ilə Cavabdeh arasında 27 may 2025-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.
1. İddiaçı bəyan edir ki, cavabdeh məhkəmə icraatı zamanı 600 manat ödəniş etmişdir.
2. İddiaçı bəyan edir ki, cavabdehdən ancaq əsas borc üzrə 7297,93 manat və məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi 121 manat tələb edir. İddiaçı 2000 manat cərimə məbləğini tələb etməkdən imtina edir.
3. Cavabdeh etiraf edir ki, iddiaçıya 7297,93 manat müqavilə üzrə borcu vardır. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən ödənilmiş 121 manat dövlət rüsumunun əvəzini ödəməyi öhdəlik götürür.
4. İddiaçı iddia ilə əlaqədar bütün tələb və iddialarından imtina edir və bununla bağlı cavabdeh iddiaçıya olan borcunu xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay 300 manat ödəməyi öz üzərinə öhdəlik götürür.
5. Tərəflər razılaşır ki, cavabdeh 121 manat dövlət rüsumunu əsas borc məbləğini tam ödəyib qurtardıqdan sonra bir dəfəyə ödəyəcəkdir.
6. Cavabdeh borcun tam məbləğinin, yaxud hər hansı hissəsinin bu Sazişin 4-cü bəndində müəyyən edilmiş qaydada ödənilməsi üzrə öhdəliklərini 15 iş günü və ondan artıq müddət ərzində icra etmədikdə iddiaçı borcun tam ödənilməsini tələb edə bilər, tələb yerinə yetirilmədikdə isə məhkəmə vasitəsilə məcburi icraya yönəldilə bilər.
7. Bu Saziş məhkəmə tərəfindən təsdiq ediləcəkdir və barışıq sazişinin məcburu icrası məhkəmə aktına əsasən verilmiş icra vərəqəsi əsasında həyata keçirilir.
8. Bu Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqdar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.
9. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Barşıq sazişinin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquq qüvvəsini saxlayacaqdır.
10. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Hazırkı saziş ilə iddia arasında hər hansı uyğunsuzluq və ya ziddiyyət olduqda, hazırkı Barışıq sazişinə üstünlük veriləcəkdir. Bu saziş bütün tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır.
11. Bu saziş məhkəmə qərarının qüvvəyə mindiyi gündən qüvvəyə minir və bu saziş əsasında cavabdeh tərəfindən borcun tam ödənildiyi tarixədək qüvvədədir.
12. Tərəflər qəbul edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər.
Hakim Gülnaz Quliyeva