Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-111/2022 03.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əhməd Nicat Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 80376 manat alınaraq onun "xxxx" ASC-nin Səbail rayon filialında olan AZ63RBTA******************** №li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçməklə (VÖEN **********) kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə Bakı şəhəri, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində 8,00 ha torpaq sahəsini uzun müddətli icarəyə götürmüşdür. 2020-ci ildə Rabitəbank ASC-dən 200000 manat kredit alaraq həmin vəsait hesabına icarəyə götürdüyü torpaq sahəsində istehsal sahəsi 1,6 hektar olan yeni istixana inşa etdirmişdir və istixananı suvarma sistemi ilə təchiz etmək məqsədilə Şəmkir rayonunda fəaliyyət göstərən Cavabdeh ilə 02.12.2020-ci il tarixli 02 №li müqavilə bağlamışdır. Müqavilənin 1.1 maddəsinə görə "xxxx" MMC ona 1,6 hektar istixana üçün suvarma sistemi satmalı, o isə həmin malı qəbul edib dəyərini ödəməli idi. Müqavilənin 2.1 maddəsinə görə malın qiyməti, miqdarı və dəyəri elektron qaimə ilə müəyyənləşdirilməli, 5.1 maddəsinə görə isə sifariş təsdiq edildikdən sonra bir iş günü ərzində həmin malın dəyəri əvvəlcədən 100% ödənilməli idi. Müqavilə bağlandıqdan sonra "xxxx" MMC tərəfindən 03.12.2020-ci il tarixli EBAT 417033 №li elektron qaimə təqdim edilərək sifariş təsdiq edilmiş və onun tərəfindən müqavilə şərtlərinə uyğun olaraq bir iş günü ərzində 04.12.2020-ci il tarixli İB**********_404613_201204 №li ödəniş tapşırığı ilə alacağı mal üçün "xxxx" MMC-nin X2 rayon filialındakı hesabına 20000 manat pul köçürülmüşdür. Müqavilənin 4.1 maddəsinə əsasən satıcı, malın dəyəri ödənildikdən sonra üç gün ərzində malı ona təhvil verməli, malın verilməsini gecikdirdikdə isə gecikdirilən hər gün üçün malın dəyərinin 0,01%-i miqdarında ona cərimə ödəməli idi. "xxxx" MMC müqavilə öhdəliyini yerinə yetirməyərək malı təhvil vermədiyinə və həm də öhdəsinə düşən cəriməni ödəmədiyinə görə 22.04.2021- ci il tarixdə tərəfindən Watsapp vasitəsi ilə cəmiyyətin direktoru S.E.Nağızadəyə məktub göndərilərək müqavilənin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş və köçürülmüş 20000 manat pulun geri qaytarılması, əlavə gecikdirilmiş günlər üçün cərimənin ödənilməsi tələb edilmiş, lakin nə cərimə, nə də köçürülmüş pul bu günə kimi hesablarına ödənilməmişdir. Bundan əlavə müqavilədə göstərilən avadanlıq ona vaxtında təhvil verilsəydi o dekabr ayında 1,6 hektar istixanada pomidor şitili əkib becərərək 01 iyul 2021-ci il tarixə kimi minimum 80000 kq pomidor məhsulu istehsal edərək hər kiloqramını orta hesabla bir dollardan satıb 136000 manat pul qazanardı və bundan 76000 manatını istixananın xərclərinə çıxdıqdan sonra 60000 manat xalis gəlir əldə edərdi. Ona görə də Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə əsasən bu məbləğ də hüququm pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edəcəyim, lakin əldən çıxmış gəlir kimi ziyanın üzərinə hesablanmalıdır ki, bu halda ziyanın ümumi miqdarı 80000 manat təşkil edir. Bundan əlavə 10.06.2021-ci il tarixə kimi "xxxx" MMC-nin malın verilməsini gecikdirdiyi günlərin sayı 188 gün təşkil edir ki, hər günə malın dəyərinin 0,01%-i miqdarında cərimə ödənməli olduğunu nəzərə aldıqda "xxxx" MMC-i ona 20000:100x0,01x188 = 376 manat da cərimə ödəməlidir. Beləliklə "xxxx" MMC tərəfindən ödənilməli olan ziyan və cərimənin ümumi məbləği 80376 manat təşkil edir ki, bu məbləğ də "xxxx" MMC-dən alınaraq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. 12.01.2022-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən onların hesabına 20000 manat məbləğində pul ödənilmişdir. Amma ödəniş tam həyata keçirilmədiydən mal iddiaçıya verilməmişdir. Müqavilədə göstərilmişdir ki, ödənişi 100 faiz şəkildə ödədikdən sonra onlar malı verirlər. İddiaçı sonradan pulun qalanını ödəməmişdir. İddiaçı üçün mallar sifariş olunsa da, ödəniş tam şəkildə ödənilmədiyi üçün mallar onlarda qalmışdır. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış 02.12.2020-ci il tarixli, 02 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqavilə ilə Cavabdeh suvarma sistemlərini satmağı, İddiaçı isə malları qəbul etməyi və onun dəyərini müqavilə ilə razıllaşdırılmış qaydada Cavabdehnə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 4.3-cü bəndinə əsasən malın təhvil verilməsinin və alıcıya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.01 %-i miqdarında cərimə ödəməlidir. İş materiallarına əlavə edilmiş 04.12.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin X2 rayon filialındakı hesabına 20000 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında suvarma sistemlərinin alqısatqısına dair müqavilə bağlanmış, cavabdeh iddiaçı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürmüş, iddiaçı cavabdehin hesabına 20000 manat məbləğində ilkin ödəniş etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, malı iddiaçıya təhvil verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 20000 manat əsas borc, 376 manat cərimə borcu olmaqla, cəmi 20376 manat məbləğində borc Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçıya vurulmuş əldən çıxmış gəlir kimi 60000 manat həcmində maddi zərərin tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının yetişdirdiyi məhsulların xaricə ixrac edilməsi ona dəlalət etmir ki, iddiaçı 60000 manat məbləğində əldən çıxmış faydadan məhrum olmuşdur. Belə ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İddiaçı tərəf isə 60000 manat məbləğində gördüyü tədbirlər və apardığı hazırlıq işlərinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddianın 60000 manat məbləğində əldən çıxmış fayda qismində zərərin ödənilməsi hissəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20000 manat əsas borc, 376 manat cərimə borcu olmaqla, cəmi 20376 manat məbləğində borc Cavabdehndən İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-111/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-111/2022
03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver