Məhkəmə qərarları › İş №e-2-2(115)-1112/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1112/2024

02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1112/2024 02.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14301,26 manat dəyərində borcun, ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin və 2022-ci ilin borcu üçün ödənilmiş 49,21 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 28 saylı alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Əfətli kəndi ərazisində 7 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 9045 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 128 manat məbləğində çöp doğrama, 399 manat məbləğində 1-ci şum, 120 manat məbləğində tandem ağır diskli mala, 204 manat məbləğində mala çəkmə, 50 manat məbləğində sahə daxili kanal çəkilişi, 84 manat məbləğində çiyid səpini, 169 manat məbləğində dərman səpini, 3815 manat məbləğində pambığın becərilməsinə, suvarılmasına görə ödənilən avans vəsait, 2396 manat məbləğində gübrə-dərman, 512 manat məbləğində çiyid, 448 manat məbləğində kultivasiya, 720 manat məbləğində pambığın maşınla 1-ci üz yığımı, cəmi 9045 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Ötən ildən qalan 8379,93 manat borcu nəzərə almaqla (2022-ci ilin borcu 5921,33 manat təşkil edir) cavabdehin 17424,93 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 3123,67 manat məbləğində 4004,70 kq xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 14301,26 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin yerinə yetirilməsi barədə hər iki tərəfin imzası ilə təsdiq edilmiş akt (2021-ci il üzrə üzləşmə aktı), 2022-ci il üzrə maliyyə arayışı, qaimə və ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək göstərdi ki, ilk müqavilə 08 dekabr 2020-ci il tarixdə bağlanmışdır, həmin müqavilə üzrə cavabdehin 8379 manat borcu qalmışdır, növbəti müqavilə isə 30 avqust 2021-ci il tarixdə bağlanmışdır, cavabdehin 2020-ci ildən qalan borcu 2021-ci il tarixdə bağlanmış müqavilə üzrə borcunun üzərinə gəlinmişdir və yekunda cavabdehin ümumilikdə 14301.26 manat borcu qalmışdır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2020ci il tarixli 35 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC-nin Ağdam filialı tərəfindən Cavabdeh məxsus olan Ağdam rayonu Əfətli kəndində yerləşən 11 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli 28 nömrəli xam-pambığın alqısatqısına dair müqavilədən görünür ki, İddiaçı MMC-nin Ağdam filialı tərəfindən Cavabdeh məxsus olan Ağdam rayonu Əfətli kəndində yerləşən 7 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, satıcı tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində alıcıya təhvil verilməsi və alıcı tərəfindən satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. İş materiallarında olan malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərindən görünür ki, 07 avqust 2022-ci il tarixdə 5 kq, 20 iyun 2022-ci il tarixdə 250 kq, 28 may 2022-ci il tarixdə 31 kq, 28 sentyabr 2022-ci il tarixdə 7 kq, 20 iyun 2022-ci il tarixdə 600 kq, 19 iyun 2022-ci il tarixdə 1 litr, 09 iyun 2021-ci il tarixdə 100 kq, 14 aprel 2022-ci il tarixdə 450 kq, 22 aprel 2022-ci il tarixdə 200 kq, 19 may 2022-ci il tarixdə 2 litr həcmində müxtəlif adda mallar İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 350 manat, 08 iyun 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 490 manat, 20 may 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 700 manat, 24 fevral 2022-ci il tarixli ödəniş tapşırığına əsasən 175 manat, 07 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən 2100 manat məbləğində pul İddiaçı MMC tərəfindən Cavabdeh hesabına köçürülmüşdür.. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli , xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, İddiaçı MMC tərəfindən müxtəlif xidmətlər göstərilmişdir. İş materiallarında olan 02 fevral 2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, 35 nömrəli müqaviləyə əsasən alıcı Cavabdeh İddiaçı MMC-nə qalıq borcunun 8379,93 manat olması tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 28 saylı müqaviləyə əsasən İddiaçı MMC-yə qalıq borcu 5921,33 manat, əvvəlki ildən qalıq borcunun 8379,93 manat olması göstərilmişdir. İş materiallarında olan 15 may 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 08 dekabr 2020-ci il tarixdə 35 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə fermerə 17166,06 manat xərc çəkilmiş, fermer 8786,13 manat dəyərində pambıq təhvil vermiş, 8379,93 manat borcu qalmışdır. Tərəflər arasında 30 avqust 2021-ci il tarixdə 28 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə fermerə 9045 manat xərc çəkilmiş, fermer 3123,67 manat dəyərində pambıq təhvil vermiş, 5921,33 manat borcu qalmışdır. Hər iki müqavilə üzrə ümumi borc məbləği 14301,26 manat təşkil etmişdir. Göründüyü kimi hər iki müqavilə üzrə iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə öhdəliklərini tam yerinə yetirməmiş, onun iddiaçıya borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilələr üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli 35 nömrəli müqaviləyə əsasən 8379 manat 93 qəpik məbləğində borc, 30 avqust 2021-ci il tarixli 28 nömrəli müqaviləyə əsasən 5921 manat 33 qəpik məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərcinin ödənildiyi qeyd edilmişdir. ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəmə veriməsi üçün 49,21 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci və 49,21 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun bir hissəsini ödəməkdən azad edilmiş, ona görə də 83 manat 69 qəpik məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli 35 nömrəli müqaviləyə əsasən 8379 manat 93 qəpik və 30 avqust 2021-ci il tarixli 28 nömrəli müqaviləyə əsasən 5921 manat 33 qəpik borc, cəmi 14301 (on dörd min üç yüz bir) manat 26 (iyirmi altı) qəpik borc, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci, 49 (qırx doqquz) manat 21 (iyirmi bir) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 83 (səksən üç) manat 69 (altmış doqquz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bil Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar