Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1123/2022 17.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.645.359 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı vəkili X1 iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən ödənilmiş 2210 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 məhkəməyə barışıq sazişi təqdim edərək təsdiq edilməsini xahiş etdi. İddiaçı və onun nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək bildirmişlər ki, barışıq sazişinin şərtləri onlara aydındır. Odur ki, barışıq sazişinin şərtlərinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar.
1. İddiaçı Cavabdehnə qarşı ümumilikdə 2645359.00 manat pulun tutulması ilə bağlı hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)-1123/2022 saylı iş üzrə iddia məbləğinin ******* manat hissəsindən, bundan başqa Cavabdehnə qarşı 70.000 manat borcun silinməsi tələbinə dair hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(104)-l8/22 saylı iş üzrə iddia məbləğindən tam, bundan başqa Cavabdehnə qarşı ümumilikdə 994068.60 manat borcun silinməsi tələbinə dair hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)- 60/2022 saylı iş üzrə isə iddia məbləğindən tam imtina etməyi öz öhdəsinə götürür. Bundan başqa, İddiaçı istifadə edilmiş qaza görə yaranmış 394000 manat məbləğində borcu qəbul edir, özü də daxil olmaqla həmin borcun qazdan istifadə edən digər bütün şəxslər (aidiyyəti şəxslər) arasında bölünməsini, 394000.00 manat məbləğində borcun bölünəcək hissələrinin aidiyyəti şəxslər tərəfindən qəbul edilməsini və bu barışıq sazişinin predmeti daxilində borcun bölünməsi nəticəsində hər bir aidiyyəti şəxsin üzərinə düşəcək məbləğin yaramış borc kimi gələcəkdə istehlakçı qismində onların hər birinin abonent saldosuna daxil edilməsinə razılığı bildirən notarial qaydada təsdiq edilmiş müvafiq ərizələrin Cavabdehnə təqdim olunmasım öz öhdəsinə götürür və faktiki dəyəri 258825.00 manat təşkil edən istixananın qazlaşdırılması ilə əlaqədar öz vəsaiti hesabına çəkilmiş qaz xəttinin, əlaqədar qurğu və avadanlıqların, malmaterialların əvəzsiz olaraq Cavabdeh balansına keçirilməsinə razılıq verir.
2. Cavabdeh isə öz növbəsində İddiaçı Cavabdehnə qarşı ümumilikdə ******* manat pulun tutulması ilə bağlı hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(1 15)-1123/2022 saylı iş üzrə iddia məbləğinin 200.000 manat hissəsini qəbul etməyi, bundan başqa İddiaçı oğuna qarşı borcun tutulması tələbinə dair hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(104)-18/22 saylı iş üzrə akt əsasında yazılmış 70.000 manat borcun silinməsini, bundan başqa İddiaçı qarşı ümumilikdə 340586.10 manat borcun tutulması tələbinə dair hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)-60/2022 saylı iş üzrə İddiaçı məxsus istixanada quraşdırılmış ROK-107 tipli, SN21380301 nömrəli qaz sayğacının rəy əsasında artıq yazmış olduğu 333096 manat borcun silinməsini öz öhdəsinə götür.
3. Tərəflər barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq olunması və bununla da iş üzrə icraata xitam verilməsi ilə razıdırlar.
4. Bu sazişi imzalamaqla, tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər.
5. Bu barışıq sazişinin təsdiq edilməsi ilə tərəflərin hazırkı mülki məhkəmə mübahisələri üzrə gələcəkdə bir-birilərinə qarşı heç bir tələbi, iddiası və ya pretenziyası olmayacaqdır. Bu saziş həmçinin Cavabdeh İddiaçı qarşı ümumilikdə 528720.6 manat borcun tutulması tələbinə dair hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında dayandırılmış olan 2-2(115)~493/2022 saylı işə də şamil edilir.
6. Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər. Məzmunundan göründüyü kimi tərəflər bir neçə mübahisənin məhkəmədən kənar olaraq öz aralarında həll etmək barədə razılığa gəlmişlər. Barışıq sazişinin şərtlərinə əsasən digər öhdəliklərlə əlaqəli olaraq hazırkı mübahisə üzrə İddiaçı Cavabdehnə qarşı ümumilikdə 2.645.359 manat pulun tutulması ilə bağlı hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)-1123/2022 saylı iş üzrə iddia məbləğinin 2.445.359 manat hissəsindən imtina etməyi, Cavabdeh isə öz növbəsində iddia məbləğinin 200.000 manat hissəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Barışıq sazişinin müddəalarından göründüyü kimi tərəflər digər öhdəliklərlə bağlı şəkildə hazırkı mübahisə predmetinə aid öz mövqelərini bu qaydada müəyyən etmişlər. Məhkəmə tərəflər arasında bağlanmış barışıq sazişini müddəalarını nəzərdən keçirib hesab edir ki, bu razılaşma qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından saziş təsdiq olunmalı və bu əsasla işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 261-262-ci, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi İddiaçı Cavabdehnə qarşı 2.645.359 manat həcmində iddia məbləğinin 2.445.359 manat hissəsindən imtina etməsinin öhdəsinə götürməsi və Cavabdeh isə öz növbəsində iddia məbləğinin 200.000 manat hissəsini qəbul etməsinin öhdəsinə götürməsi hissəsində təsdiq edilsin. İş üzrə icraata xitam verilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Cavabdehndən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Kənan Vəliyev