Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1134/2025 04.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X2 qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2017-ci il tarixli 1418-GL/17 nömrəli müqavilənin ləğv edilməsi və Cavabdeh 31 iyul 2017-ci il tarixli 1418- GL/17 nömrəli müqavilə üzrə 63 707 manat qalıq borc, 14 844 manat 44 qəpik cərimə borcu olmaqla, cəmi 78 551 manat 44 qəpik, habelə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeharasında bağlanmış 4 iyun 2018-ci il tarixli 23-GL/18 nömrəli müqavilə üzrə 524 manat qalıq borc, 458 manat 50 qəpik cərimə borcu olmaqla, cəmi 982 manat 50 qəpik məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının (bundan sonra - texnika) lizinqə verilməsi barədə” "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 4 iyun 2018-ci il tarixli 23-GL/18 nömrəli və 31 iyul 2017-ci il tarixli 1418- GL/17 nömrəli müqavilələrə əsasən, borclu (lizinq alan) texnikanı ilkin ödəniş məbləği nəzərə alınmaqla qalıq məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2025-ci il tarixə 4 iyun 2018-ci il tarixli 23-GL/18 nömrəli müqavilə üzrə 524 manat qalıq borc, o cümlədən 524 manat gecikdirilmiş borc, 458 manat 50 qəpik cərimə borcu olmaqla, cəmi 982 manat 50 qəpik və 31 iyul 2017-ci il tarixli 1418-GL/17 nömrəli müqavilə üzrə 63 707 manat qalıq borc, o cümlədən 32 828 manat gecikdirilmiş borc, 14 844 manat 44 qəpik cərimə borcu olmaqla,cəmi 78 551 manat 44 qəpik maliyyə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını və iddianı müdafiə etdiklərini bildirmişlər. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 1418-GL/17 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 134318 manat olan və Əlavə № 1-də göstərilən (təkərli traktor-Claas Arion 630 C-1 ədəd, traktor təkərli Claas Axion 820-1 ədəd, universal yemdoğrayan və yemqarışdıran Charger V8-1 ədəd, kultivator 6 cərgəli(gübrəsəpənlə)- AKB-4.2-1 ədəd)) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli aktlardan görünür ki, texnikalar(təkərli traktor-Claas Arion 630 C-1 ədəd, traktor təkərli Claas Axion 820-1 ədəd, universal yemdoğrayan və yemqarışdıran Charger V8-1 ədəd, kultivator 6 cərgəli(gübrəsəpənlə)- AKB-4.2-1 ədəd)) Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 23-GL/18 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 10028 manat olan və Əlavə № 1-də göstərilən (mala ağır 48 diskli hidravlik(tandem)-CAN- D.H.G-48 K-1 ədəd) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli akta əsasən texnika (mala ağır 48 diskli hidravlik(tandem)-CAN-D.H.G-48 K-1 ədəd) Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, xx.xx.2017-ci il tarixli 1418- GL/17 nömrəli lizinq müqaviləsi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-129/2023 nömrəli qətnaməsi ilə əsas borc üzrə təmin edilmiş 39647 manat və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)- 624/2019 nömrəli qətnaməsi ilə əsas borc üzrə təmin edilmiş 18184 manat ümumi borc məbləği olan 134318 manatdan çıxıldıqdan sonra qalıq borc 76487 manat təşkil edir. Həmin borcdan da maliyyə arayışında qeyd edilmişdir ki, 12780 manat ödəniş edilmişdir. Odur ki, xx.xx.2017-ci il tarixli 1418-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 63707 manat ödənilməmiş əsas borc qalmışdır. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, xx.xx.2018-ci il tarixli 23- GL/18 nömrəli lizinq müqaviləsi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-129/2023 saylı qətnaməsi ilə əsas borc üzrə təmin edilmiş 5808 manat və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-624/2019 nömrəli qətnaməsi ilə əsas borc üzrə təmin edilmiş 3168 manat ümumi borc məbləği olan 10028 manatdan çıxıldıqdan sonra qalıq borc 1052 manat təşkil edir. Həmin borcdan da maliyyə arayışında qeyd edilmişdir ki, 528 manat ödəniş edirlmişdir. Odur ki, xx.xx.2018-ci il tarixli 23-GL/18 nömrəli lizinq müqaviləsi üzrə üzrə 524 manat ödənilməmiş əsas borc qalmışdır. İş materiallarına əlavə edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-624/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh 28002 manat əsas borc, 5500 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 33532 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-129/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1767-GL/15 saylı lizinq müqaviləsi üzrə 4661 manat əsas borc, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4761 manat, xx.xx.2017-ci il tarixli 1418-GL/17 saylı lizinq müqaviləsi üzrə 39647 manat əsas borc, 200 manat məbləğində cərimə borcu olmaqla, cəmi 39847 manat, xx.xx.2018-ci il tarixli 23-GL/18 saylı lizinq müqaviləsi üzrə 5808 manat əsas borc, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5908 manat, ümumilikdə 50516 manat pul, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və ödənilmiş 400 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Cavabdeh 241 manat 55 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarından olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 1418-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 63707 manat əsas borc, 14844 manat 44 qəpik cərimə borcu olmaqla, cəmi 78551 manat 44 qəpik məbləğində borcunun olduğu göstərilmişdir. Arayışda qeyd olunmuşdur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-129/2023 nömrəli qətnaməsi ilə əsas borc üzrə təmin edilmiş 39647 manat və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-624/2019 nömrəli qətnaməsi ilə əsas borc üzrə təmin edilmiş 18184 manat qalıq bordan çıxılaraq nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 23-GL/18 nömrəli lizinq müqaviləsi üzrə 524 manat əsas borc, 458 manat 50 qəpik cərimə olmaqla, cəmi 982 manat 50 qəpik məbləğində borcunun olduğu göstərilmişdir. Arayışda qeyd olunmuşdur ki, həmin borca Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-129/2023 saylı qətnaməsi ilə əsas borc üzrə təmin edilmiş 5808 manat və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-624/2019 nömrəli qətnaməsi ilə əsas borc üzrə təmin edilmiş 3168 manat qalıq bordan çıxılaraq nəzərə alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektlərini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam həcmdə ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini tam icra etməmişdir. Həmçinin, hazırkı iddia tələbi üzrə olan borc Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-624/2019 saylı və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-129/2023 saylı qətnamələri ilə təmin edilmiş sonrakı dövr üçün mövcud olan borcdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1418-GL/17 nömrəli lizinq müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə yaranmış 63707 manat əsas borc, 1000 manat cərimə borcu və xx.xx.2018-ci il tarixli 23-GL/18 nömrəli lizinq müqaviləsi üzrə 524 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 65251 manat məbləğində borc Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli 1418-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 1000 manat, xx.xx.2018-ci il tarixli 23-GL/18 nömrəli lizinq müqaviləsi üzrə isə 20 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. İddiaçı dövlət orqanı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyinə görə ödənilməli olan 285 manat 75 qəpik məbləğində dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1418-GL/17 nömrəli lizinq müqaviləsi ləğv edilsin. Həmin müqavilə üzrə yaranmış 63707 manat əsas borc, 1000 manat cərimə borcu və xx.xx.2018-ci il tarixli 23-GL/18 nömrəli lizinq müqaviləsi üzrə 524 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 65251 manat məbləğində borc Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilməli olan 285 manat 75 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1134/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1134/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver