Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1148/2023 03.10.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 13 yanvar 2017ci il tarixli AAC-150-2017 saylı müqavilə üzrə 81096,43 manat əsas borc, 8109 manat cərimə məbləği, 77,65 manat dövlət rüsumu, 400 manat mediasiya xərcinin, cəmi 89683,08 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə barışıq sazişini göndərərək, sazişin təsdiq olunmasının doğuracağı hüquqi nəticələrin onlara aydın olduğunu bildirmiş, işə onların iştirakı olmadan baxılmasını və sazişin təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə barışıq sazişini göndərərək, barışıq sazişinin məhkəmə tərəfindən təsdiq ediləcəyi halda, bundan irəli gələn hüquqi nəticələrin onlara məlum olduğunu bildirmiş, məhkəmə baxışını onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı direktoru X2 ilə Cavabdeh nümayəndəsi X1 arasında bağlanmış 21 sentyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, 2.1. Tərəflər razılaşır və təsdiq edir ki, Cavabdehin bu saziş imzalandığı tarixə AAC- 150-2017 saylı, 13 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçıya olan qalıq borcu ümumilikdə 69296,43 (altmış doqquz min iki yüz doxsan altı manat, qırx üç qəpik) manat (ƏDV daxil) təşkil edir. 2.2. Həmçinin tərəflər belə razılığa gəlir ki, Cavabdeh bu sazişin 2.1-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir. - 30 sentyabr 2023-cü il tarixədək -17324 (on yeddi min üç yüz iyirmi dörd) manat (ƏDV daxil); - 31 oktyabr 2023-cü il tarixədək -17324 (on yeddi min üç yüz iyirmi dörd) manat (ƏDV daxil); - 30 noyabr 2023-cü il tarixədək -17324 (on yeddi min üç yüz iyirmi dörd) manat (ƏDV daxil); - 31 dekabr 2023-cü il tarixədək -17324,43 (on yeddi min üç yüz iyirmi dörd manat qırx üç qəpik) manat (ƏDV daxil); 2.3. Bu sazişin imzalanması/təsdiq olunması ilə İddiaçı Cavabdehə qarşı iddia tələbinin digər hissələrindən imtina edir. 3.1. Bu sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respubliaksı Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 396-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3.Cavabdeh tərəfindən ödənişin bu Sazişin 2.2-ci bəndində göstərilən ən son ödəmə tarixindən sonra 10 (on) iş günü ərzində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 21 sentyabr 2023-cü il tarixli barışıq sazişi sazişdə qeyd edilən şərtlərlə təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı direktoru X2 ilə Cavabdeh nümayəndəsi X1 arasında bağlanmış 21 sentyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh bu saziş imzalandığı tarixə AAC-150-2017 saylı, 13 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçınə olan qalıq borcu ümumilikdə 69296,43 (altmış doqquz min iki yüz doxsan altı manat, qırx üç qəpik) manat (ƏDV daxil) təşkil edir.
2. Cavabdeh bu sazişin 2.1-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçınə ödəyəcəkdir. - 30 sentyabr 2023-cü il tarixədək -17324 (on yeddi min üç yüz iyirmi dörd) manat (ƏDV daxil); - 31 oktyabr 2023-cü il tarixədək -17324 (on yeddi min üç yüz iyirmi dörd) manat (ƏDV daxil); - 30 noyabr 2023-cü il tarixədək -17324 (on yeddi min üç yüz iyirmi dörd) manat (ƏDV daxil); - 31 dekabr 2023-cü il tarixədək -17324,43 (on yeddi min üç yüz iyirmi dörd manat qırx üç qəpik) manat (ƏDV daxil);
3. Bu sazişin imzalanması/təsdiq olunması ilə İddiaçı Cavabdehnə qarşı iddia tələbinin digər hissələrindən imtina edir.
4. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir.
5. Cavabdeh tərəfindən ödənişin bu Sazişin 2.2-ci bəndində göstərilən ən son ödəmə tarixindən sonra 10 (on) iş günü ərzində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçı AAC” Məhdud Məsuliyyətli Cəmiyyətinin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər.
Hakim Gülnaz Quliyeva