Məhkəmə qərarları › İş №e-2-2(115)-1167/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1167/2024

25.06.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1167/2024 25.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qаrşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi üzrə kommersiya işinə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: Vergi ödəyiciləri olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1399,02 manat, dövlət büdcəsinə 480,44 manat məbləğində (o cümlədən, vergilər üzrə 467,49 manat, faizlər üzrə 12,95 manat), İcbari Tibbi Sığorta Fonduna 162,92 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 14,69 manat, dövlət büdcəsinə 2,34 manat məbləğində (o cümlədən, faizlər üzrə 2,34 manat) olmaqla, ümumilikdə 2059,41 manat məbləğində borcu yaranmışdır. Hüquqi şəxs haqqında məlumata əsasən Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1399,02 manat, dövlət büdcəsinə 480,44 manat məbləğində (o cümlədən, vergilər üzrə 467,49 manat, faizlər üzrə 12,95 manat), İcbari Tibbi Sığorta Fonduna 162,92 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 14,69 manat, dövlət büdcəsinə 2,34 manat məbləğində (o cümlədən, faizlər üzrə 2,34 manat) olmaqla, ümumilikdə 2059,41 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, maraqlı şəxs məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs izahatında bildirmişdir ki, iki-üç gün əvvəl bütün borclarını ödəmişdir və qəbzləri təqdim edə bilər, ona görədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Ərizəçi 14 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə 25 iyun 2024-cü il tarixli ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən borc məbləği tam ödənildiyindən ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, vergi ödəyicisi tərəfindən vergi borcu tam ödənildiyindən və ərizəçinin nümayəndəsi ərizənin geri qaytarılmasını xahiş etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qanunvericilikdə qeyd edilən halla bağlı hər hansı bir norma nəzərdə tutulmadığından məhkəmə qanunun analogiyasını tətbiq etməklə analoji münasibətləri tənzimləyən prosessual normaların tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda məhkəmə maraqlı şəxsin məhkəmə iclasında iştirak etməməsini hazırkı işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin nümayəndəsi tərəfindən ərizənin geri qaytarılması barədə ərizə verildiyindən və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qаrşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar