Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1188/2022 01.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı X1 Respublikasındakı Nümayəndəliyinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı X1 Respublikasındakı Nümayəndəliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən iddia qiymətini təşkil edən 240,719.84 (iki yüz qırx min yeddi yüz on doqquz ABŞ dolları 84 sent) ABŞ dolları əsas borc 43,329.57 (qırx üç min üç yüz iyirmi doqquz ABŞ dolları 57 sent) ABŞ dolları ədv borcu, 66708 (altmış altı min yeddi yüz səkkiz) ABŞ dolları cərimə, ümumilikdə ədv daxil 350,747 (üç yüz əlli yeddi min yeddi yüz qırx yeddi) ABŞ dolları borcun, iddiaçı tərəfindən iddia qiymətinə uyğun olaraq ödənilmiş 487 (dörd yüz səksən yeddi) manat məbləğində dövlət rüsumunun, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 48,70 (qırx səkkiz manat 70 qəpik) manat, 400 (dörd yüz) manat mediasiya xərclərinin İddiaçı Anonim Şirketinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin surətinin Cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Eyni zamanda cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması ilə bağlı cavabdehə müraciət olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 150.0.4-cü maddəsinin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, iddia ərizəsinə əlavə edilməlidir. 152.1.4-ci maddəsinin tələblərinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.1.6, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 Respublikasındakı Nümayəndəliyinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-1188/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1188/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver