Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1197/2024 10.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3846,80 manat (ƏDV daxil) qalıq borcu, müqavilə üzrə hesablanmış 192,34 manat cərimə borcu və ödənilmiş 60,40 manat dövlət rüsumu olmaqla, cəmi 4099,54 manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı: “X1” MMC) ilə Cavabdeh MMC (əvvəlki adı: Aşa-Beton” MMC) arasında 02 sentyabr 2022-ci il tarixli QSZ S 035/0922 saylı sement alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan müxtəlif növdə sement məhsullarını cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, iddiaçıya 3846,80 manat (ƏDV daxil) qalıq borcu qalmışdır. İddiaçı cavabdehə pretenziya göndərərək, verilmiş mallara görə qalıq borcun 2 iş günü ərzində ödənilməsini xahiş etsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdehnə 12 iyun 2024-cü il tarixli e-2-2(115)-1197/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 02 sentyabr 2022-ci il tarixli QSZ S 035/0922 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilənin 2-ci bəndində göstərilən və bundan sonra mal adlandırılacaq müvafiq sement növlərini alıcıya satmağı, alıcı isə malları alıb və dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən malın növü və qiyməti satıcı ilə alıcı arasında razılaşdırılmış formada bu müqaviləyə edilən əlavə ilə müyyən edilir. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı tərəfindən alınacaq hər malın dəyəri vergilər daxil olmaqla satıcının bank hesabına 30 təqvim günündən gec olmayaraq köçürmə yolu ilə həyata keçirilir. Həmiçinin müqavilənin 7.6-cı bəndinə əsasən ödəniş bu müqavilə ilə nəzərdə tutulmuş müddətdən artıq gecikdirildiyi hər gün üçün ödənilməyən borcun 0.1% həcmində cərimə və cərimənin məbləği müqavilənin ümumi dəyərindən 5% artıq olmamaq şərti ilə yaranan müvafiq xərclərin tələb edilməsi alıcının öhdəliyi olaraq müəyyən edilmişdir. İş materiallarında olan 02 sentyabr 2022-ci il tarixli 01 saylı əlavədən görünür ki, malın növü və qiyməti satıcı ilə alıcı arasında razılaşdırılmışdır. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2022-ci il tarixdə 3060,33 manat, 3045,46 manat, xx.xx.2022-ci il tarixdə 2978,56 manat, 3035,55 manat, 3018,20 manat, 3075,20 manat, 2988,47 manat, 3028,12 manat, 3070,24 manat, 2990,95 manat, xx.xx.2022-ci il tarixdə 3398,40 manat, 3398,40 manat, 3398,40 manat, 3398,40 manat, xx.xx.2022-ci il tarixdə 3398,40 manat, xx.xx.2022-ci il tarixdə 3398,40 manat, xx.xx.2022-ci il tarixdə 3398,40 manat, 3398,40 manat, 3398,40 manat, xx.xx.2022-ci il tarixdə 3398,40 manat, 3398,40 manat, 3398,40 manat, xx.xx.2023-cü il tarixdə 1132,80 manat, 1132,80 manat, xx.xx.2023-cü il tarixdə 1132,80 manat, 1132,80 manat, xx.xx.2023-cü il tarixdə 1132,80 manat, xx.xx.2023-cü il tarixdə 1132,80 manat dəyərində mallara dair qaimələr İddiaçı MMC tərəfindən Cavabdeh MMC-ə göndərilmişdir. İş materiallarında olan 14 may 2024-cü il tarixli 03 nömrəli arayışdan görünür ki, alıcı satıcıdan müqavilə üzrə ümumi dəyəri (ƏDV daxil olmaqla) 74470,28 manat təşkil edən sement materialı almışdır. Alıcı tərəfindən müqavilə üzrə alınmış mala münasibətdə, bu arayışın imzalandığı tarixədək ƏDV daxil olmaqla 70623,48 manat məbləğində ödəniş həyata keçirilmişdir. Alınmış mala dair son ödəmə tarixi xx.xx.2024-cü il tarixində olmuşdur. Nəticədə alıcının satıcıya qalıq borcu (ƏDV daxil olmaqla) 3846,80 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə malları alıb və dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək malları cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 3846,80 manat əsas borc, 192,34 manat cərimə borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 3846 manat 80 qəpik əsas borc, 192 manat 34 qəpik cərimə borcu olmaqla 4039 manat 14 qəpik pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 60,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 60 manat 40 qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 02 sentyabr 2022ci il tarixli QSZ S 035/0922 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 3846 manat 80 qəpik əsas borc, 192 manat 34 qəpik cərimə borcu olmaqla, cəmi 4039 (dörd min otuz doqquz) manat 14 (on dörd) qəpik məbləğində borc və 60 (altmış) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1197/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1197/2024
10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver