Məhkəmə qərarları › İş №e-2-2(115)-1200/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1200/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1200/2022 28.06.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 1927 manat 95 qəpik məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 192 manat 79 qəpik məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı X1 xeyrinə ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh iləAlqı-Satqı müqaviləsi bağlayaraq 2020-ci ilin yanvar ayından etibarən əməkdaşlıq etməyə başlamışıq. Əməkdaşlığımız müddətində cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMM -nə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbulaktlarında qeyd olunan tarixlərdə təhvilaldıqları mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMM-nə olan 1927.95 AZN (min doqquz yüz iyirmi yeddi manat, doxsan beş qəpik) borcunu ödəməmiş və aramızda bağlanmış Alqı-Satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, aramızda bağlanmış müqavilə şərtlərinə əməletməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Alqı-Satqı Müqaviləsinin 5.1-ci bəndinə əsasən, Alıcı kreditlə aldığı malın dəyərini razılaşdırılmış müddət ərzində, yəni 30 (otuz) gün ərzində ödəmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş 192.79 AZN (yüz doxsan iki manat, yetmiş doqquz qəpik) məbləğində dəbbə pulu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Nəticə etibarı ilə, hazırda cavabdehin İddiaçı MMM -nə 1927.95 AZN (min doqquz yüz iyirmi yeddi manat, doxsan beş qəpik)məbləğində əsas borcu və 192.79 AZN (yüz doxsan iki manat, yetmiş doqquz qəpik) məbləğində dəbbə pulu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 20 aprel 2022-ci il tarixli, e-2-2(115)-1200/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İş materillarını nəzərdən keçirdib hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş satıcı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 002874 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya malları satmağı, alıcı isə həmin malı qəbul edib, müqaviləyə uyğun şərtlərlə və məbləğdə pul vəsaitini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci bəndindən görünür ki, alıcı kreditlə aldığı malın dəyərini razılaşdırılmış müddət ərzində, yəni 30 (otuz) gün ərzində ödəmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr əsasında 1927 manat 95 qəpikdən artıq məbləğdə mal satılmışdır. İş materiallarına əlavə edilmiş malların təhvil-qəbul aktlarından görünür ki, cavabdeh tərəfindən aktlar 1927 manat 95 qəpikdən artıq məbləğdə mal qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. İş materillarına əlavə olunmuş 04 may 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Ağa-zadə Aygün Aydın qızı ilkin mediasiya sessiyasında iştirak edərək 60 manat mediasiya xərcini ödəmişdir. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdehnin iddiaçı qarşısında 1927 manat 95 qəpik məbləğində öydəliyi yaranmış, lakin öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Şərh olunanlara əsasən hesab edirəm ki, iddia təmin edilməli, Cavabdehndən 1927 manat 95 qəpik əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 192 manat 79 qəpik məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 41 manat 21 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 1927 manat 95 qəpik əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 192 manat 79 qəpik məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. 41 manat 21 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar