Məhkəmə qərarları › İş №e-2-2(115)-1214/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1214/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1214/2023 16.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 15306,81 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 05/22-387 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Nazırlı kəndi ərazisində 10,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 28659,90 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Cavabdehin sifarişi əsasında 320,00 manat məbləğində çöp doğrama,731,50 manat məbləğində şum, 162,00 manat məbləğində 2-ci şum, 759,00 manat məbləğində rotor mala, 357,00 manat məbləğində mala çəkmə, 310,00 manat məbləğində kanal çəkmə, 280,00 manat məbləğində çiyid səpmə, 1384,00 manat məbləğində kultivasiya, 527,00 manat məbləğində gübrə kultivasiya, 1196,00 manat məbləğində dərman səpini, 2040,00 manat məbləğində pambığın maşınla yığımı, 230,00 manat məbləğində tirə vurma, 3300,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 4980,08,00 manat məbləğində gübrə və dərman, 2048,00 manat məbləğində lifsiz çiyid, 2021-ci il təsərrüfat mövsümündən ödənilməmiş 8984,32 manat məbləğində borc nəzərə alınmaqla, ümumilikdə, 28659,90 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 16793,15 kq 13353,09 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 15306,81 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdehə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 05/22-387 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Nazırlı kəndi ərazisində 10,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu iş materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli akta əsasən 5 ha sahədə çöp doğrama, xx.xx.2022-ci il tarixli akta əsasən 5 ha sahədə çöp doğrama, xx.xx.2022-ci il tarixli akta əsasən 3.33 ha sahədə əkin, xx.xx.2022-ci il tarixli akta əsasən 3.33 ha sahədə əkin, xx.xx.2022-ci il tarixli akta əsasən 3.33 ha sahədə əkin, xx.xx.2022-ci il tarixli akta əsasən 10 ha sahədə çöp doğrama, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha sahədə 1-ci şum, 1.50 ha sahədə 2-ci şum, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha sahədə pambıq şumu, 1.5 ha sahədə birinci şumlama, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha sahədə 1-ci şum, 1.50 ha sahədə 2-ci şum, xx.xx.2022-ci il tarixli akta əsasən 4 ha sahədə mala, xx.xx.2022-ci il tarixli akta əsasən 9 ha sahədə mala, xx.xx.2022-ci il tarixli akta əsasən 1 ha sahədə tirə, xx.xx.2022ci il tarixli akta əsasən 12 ha sahədə rotor, xx.xx.2022-ci il tarixli akta əsasən 8 ha sahədə rotor, xx.xx.2022-ci il tarixli akta əsasən 7 ha sahədə tirə vurma, xx.xx.2022-ci il tarixli akta əsasən 8 ha sahədə mala, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha sahədə rotor, xx.xx.2022-ci il tarixli akta əsasən 10 ha sahədə rotor, xx.xx.2022-ci il tarixli akta əsasən 11 ha sahədə səpin, xx.xx.2022-ci il tarixli akta əsasən 9 ha sahədə səpin, xx.xx.2022-ci il tarixli akta əsasən 10 sahədə mala, xx.xx.2022-ci il tarixli akta əsasən 1 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən kanal doldurma, xx.xx.2022-ci il tarixli akta əsasən 22 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 13 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha 50 sot sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha 50 sot sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 6 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 6 sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 5 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 7 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 10 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha sahədə kultivasiya, xx.xx.2022ci il tarixli akta əsasən 3 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 4 ha sahədə gübrə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 5 ha sahədə dərman səpini, xx.xx.2022-ci il tarixli akta əsasən 10 ha sahədə kultivasiya gübrə, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha sahədə gübrə kultivasiya, xx.xx.2022-ci il tarixli akat əsasən 3 ha sahəsə gübrə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 4 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 7 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 10 ha sahədə dərman səpini, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 1 ha 5 sot sahədə şumlama, xx.xx.2022-ci il tarixli akta əsasən 11 ha sahədə gübrə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 11 ha sahədə dərman səpini, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha 30 sot sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli 3 ha 40 sot sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 3.30 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 4 ha sahədə kanal çəkmə, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha sahədə pambıq yığımı, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha sahədə pambıq yığımı, xx.xx.2022-ci il tarixli akta əsasən 1 ha 50 sot sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 1 ha sahədə şumlama, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 6 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 4 ha sahədə kanal çəkmə, xx.xx.2022-ci il tarixli akta əsasən 7 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 5 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 3 ha sahədə kanal çəkmə, xx.xx.2022-ci il tarixli akta əsasən 5 ha sahədə dərmanlama, xx.xx.2022-ci il tarixli akta əsasən 0.75 ha sahədə şum, xx.xx.2022ci il tarixli akta əsasən 1 ha sahədə maşınla pambıq yığımı, xx.xx.2022-ci il tarixli akta əsasən 2 ha pambıq yığımı, xx.xx.2022-ci il tarixli akta əsasən 5 ha sahədə pambıq yığımı, xx.xx.2022-ci il tarixli akta əsasən 6 ha sahədə kultivasiya, xx.xx.2022-ci il tarixli akta əsasən 5 ha sahədə pambıq yığımı işləri görülmüşdür. xx.xx.2022-ci il tarixli qəbzə əsasən 2048 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 180 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 332 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 210 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 100 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 91,63 manat, xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul qəbzinə əsasən 100 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 100 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 100 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1000 manat, xx.xx.2022-ci ill tarixli qəbzə əsasən 312 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 468 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 760 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 273 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 390 manat məbləğində məhsul cavabdehə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, PAM00012669 nömrəli ödəniş tapşırığına əsasən 1200 manat, xx.xx.2022-ci il tarixli PAM 00012317 nömrəli ödəniş tapşırığına əsasən 1500 manat, xx.xx.2022-ci il tarixli, PAM00017091 nömrəli ödəniş tapşırığına əsasən 600 manat, xx.xx.2022-ci il tarixli PAM00026312 nömrəli ödəniş tapşiriğina əsasən 278 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 301 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 172 manat məbləğində avans ödənilmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixlui MŞG/MT007/2023-02205 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 200 manat mediasiya xərci ödənilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 05/22-387 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Nazırlı kəndi ərazisində 10,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 15306,81(on beş min üç yüz altı manat səksən bir qəpik) manat məbləğində borc və 200(iki yüz) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217.1-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 15306,81(on beş min üç yüz altı manat səksən bir qəpik) manat məbləğində borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 135,92 (bir yüz otuz beş manat doxsan iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar