Məhkəmə qərarları › İş №e-2-2(115)-1226/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1226/2025

24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1226/2025 24.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, əmlakın geri qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 2024/00583-01 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan **-YX-*** dövlət qeydiyyat nişanlı, KİA SORENTO minik markalı, tip: Universal, buraxılış ili: 2015, ban nömrəsi: 5XYPH4A13GG123110, rəngi: ağ mirvari, mühərrik həcmi: 1999 sm3 nəqliyyat vasitəsinin Cavabdeh alınaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh əsas borca görə gecikmə 2115,27 manat, faiz borca görə gecikmə 3318,86 manat, dəbbə pulu 300 manat, ümumilikdə 5734,13 manat borcun, hüquqi yardıma görə ödənilmiş 350 manatın və məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 77,35 manat dövlət rüsumunun tutularaq iddaiçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC, satıcı X1 və Cavabdeh arasında xx.xx.2024-cü il tarixində 2024/00583-01 saylı lizinq obyektinin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı əmlakı müqavilədə nəzərdə tutulmuş şərtlərlə alıcıya satmağı, alıcı isə satıcıdan həmin əmlakı lizinq obyekti olaraq lizinqə vermək məqsədilə 25200 manat ödəməklə mükiyyət hüququ ilə əldə etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, alıcı əmlakı Cavabdeh lizinqə verilməsi məqsədilə əldə etmişdir. Bundan sonra İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində 2024/00583-01 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin predmeti lizinq verən tərəfindən təsvir edilmiş lizinq obyektinin satıcıdan əldə edilməsi və lizinq alanın istifadəsinə verilməsi, lizinq alan tərəfindən isə bu müqavilədə müəyyənləşdirilmiş ödəmə planı üzrə pul məbləğlərinin ödənilməsidir. Lizinq obyekti minik avtomobili – KİA SORENTO minik, tip: Universal, buraxılış ili: 2015, ban nömrəsi: 5XYPH4A13GG123110, rəngi: ağ mirvari, mühərrik həcmi: 1999 sm3 nəqliyyat vasitəsidir. Müqavilənin 1.2-ci bəndinə əsasən, bu lizinq müqaviləsinin ümumi məbləği 25200 manat təşkil edir. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin müddəti 36 ay müəyyən edilmişdir. Müqavilənin 4.2.5-ci bəndinə əsasən, lizinq alanın vəzifəsi lizinq ödənişlərini gecikdirməməkdir. Belə ki, lizinq alan bu Müqavilənin 1 saylı əlavəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilmiş tarixlərdən gec olmayaraq ödənişləri yerinə yetirməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən, lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən, lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş ümumi məbləğin 0.1% məbləğində cərimə ödəməlidir. Cavabdeh tərəfindən müqavilənin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Belə ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, müqavilə üzrə cavabdehin iddiaçıya əsas borca görə gecikmə 2115,27 manat, faiz borca görə gecikmə 3318,86 manat, dəbbə pulu 300 manat, ümumilikdə borcu 5734,13 manat təşkil edir. Qeyd olunan problemin həlli üçün xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunda yaranmış mübahisənin həlli üçün müvafiq addımların atılması xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən heç bir addım atılmamış və iddiaçıya dəymiş ziyan ödənilməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X1 arasında bağlanmış 29 noyabr 2024-cü il tarixli 2024/00583-01 saylı lizinq obyektinin alqı-satqısı müqaviləsindən görünür ki, satıcı KİA SORENTO minik markalı, tip: Universal, buraxılış ili: 2015, ban nömrəsi: 5XYPH4A13GG123110, rəngi: ağ mirvari, mühərrik həcmi: 1999 sm3 nəqliyyat vasitəsini müqavilədə nəzərdə tutulmuş şərtlərlə alıcıya satmağı, alıcı isə satıcıdan həmin əmlakı lizinq obyekti olaraq lizinqə vermək məqsədilə 25200 manatı ödəməklə mülkiyyət hüququ əldə etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2024cü il tarixli 2024/00583-01 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən KİA SORENTO minik markalı, tip: Universal, buraxılış ili: 2015, ban nömrəsi: 5XYPH4A13GG123110, rəngi: ağ mirvari, mühərrik həcmi: 1999 sm3 nəqliyyat vasitəsini satıcıdan əldə edərək lizinq alanın istifadəsinə verməyi, lizinq alan tərəfindən isə müqavilədə müəyyənləşdirilmiş ödəmə planı üzrə 25200 manat pul məbləğini ödəməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən lizinq ödənişi vaxtıda edilməzsə lizinq alan hər gecikdirilən gün üçün bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş ümumi məbləğin 0,1 faizi məbləğində cərimə ödəməlidir. İş materiallarında olan müqaviləyə 1 saylı əlavə ödəniş qrafikindən görünür ki, liiznq alan 36 ay müddətinə hissə-hissə olmaqla 25200 manat əsas, 12816,94 manat faiz ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29 noyabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, KİA SORENTO minik markalı, tip: Universal, buraxılış ili: 2015, ban nömrəsi: 5XYPH4A13GG123110, rəngi: ağ mirvari, mühərrik həcmi: 1999 sm3 nəqliyyat vasitəsi lizinq verən tərəfindən lizinq alana təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, lizinq alanın xx.xx.2025-ci il atrixinə 2115,27 manat əsas, 3318,86 manat faiz, 300 manat cərimə borcu olmaqla 5734,16 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.2-ci maddəsinə əsasən lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 29 noyabr 2024-cü il tarixdə lizinq müqaviləsi bağlanmış, müaviləyə əsasən KİA SORENTO minik markalı, tip: Universal, buraxılış ili: 2015, ban nömrəsi: 5XYPH4A13GG123110, rəngi: ağ mirvari, mühərrik həcmi: 1999 sm3 nəqliyyat vasitəsi lizinq alanın həmin tarixdə sahiblik və istifadəsinə verilmişdir. Lizinq alan Cavabdeh 36 ay müddətinə hissə-hissə olmaqla 25200 manat əsas, 12816,94 manat faiz ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, lizinq ödənişlərini ödəməmişdir. Məhkəmə qeyd edir ki, lizinq verənin mülkiyyətində olan nəqliyyat vasitəsi cavabdehdən alınaraq mülkiyyətçi lizinq verənə qaytarılmalı, daxili lizinq müqaviləsi üzrə yaranmış 2115 manat 27 qəpik əsas borc, 3318,86 manat faiz borcu, 300 manat cərimə olamqla cəmi 5734,13 manat 13 qəpik borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidr. Bundan başqa iddiaçı iddia tələbində müqavilənin ləğvi ilə bağlı tələb irəli sürmüşdür. Bununla bağlı məhkəmə bildirir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, müqavilənin ləğv edilməsi, əmlakın qaytarılması və borcun ödənilməsi ilə bağlı iradə ifadəsini iddiaçı pretenziya məktubunda ifadə etmiş, həmin iradə ifadəsini özündə əks etdirən məktub xx.xx.2025-ci il tarixdə cavabdehə elektron qaydada göndərilmişdir. Ona görə də müqavilənin ləğvi ilə bağlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 77,35 manat dövlət rüsumu və hüquqlarının müdafiəsi üçün 350 manat vəkil haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 77,35 manat dövlət rüsumu və 350 manat vəkil haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan **-YX-*** dövlət qeydiyyat nişanlı, KİA SORENTO minik markalı, tip: Universal, buraxılış ili: 2015, ban nömrəsi: 5XYPH4A13GG123110, rəngi: ağ mirvari, mühərrik həcmi: 1999 sm3 nəqliyyat vasitəsi Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 2024/00583-01 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 2115 manat 27 qəpik əsas borc, 3318,86 manat faiz borcu, 300 manat cərimə olmaqla cəmi 5734 (beş min yeddi yüz otuz dörd) manat 13 (on üç) qəpik borc, 77 (yetmiş yeddi) manat 35 (otuz beş) qəpik dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar