Məhkəmə qərarları › İş №e-2-2(115)-1228/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1228/2023

07.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1228/2023 07.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsinin nümayəndələri X6, Nümayəndə, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsinin Cavabdeh1nə qarşı su nasosunun ərazidən çıxarılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsi Cavabdeh1nə və Azərbaycan Respublikası Meliorasiya və X12 Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Bağçakürd Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yerləşən Cavabdeh1 balansında olan Alpout stansiyası-su nasosunun ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayədəsi və vəkili Nümayəndə məhkəməyə vəsatət verərək, Meliorasiya və X12 Səhmdar Cəmiyyətinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonu Bağçakürd Bələdiyyəsinin mülkiyyətinə daxil olan torpaq sahəsində cavabdeh Goranboy rayon Suvarma Sistemləri İdarəsi qanunsuz və əsassız olaraq su nasosu yerləşdirmişdir. İddia tələbimin predmetini təşkil edən su nasososunun Goranboy rayonu Bağçakürd Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşdirilməsi mənafelərinə toxunur və mühüm ziyan vurur. Belə ki, Cavabdeh1 balansında olan Alpout stansiyası - elektrik su nasosu qurğusundan qanunsuz və əsassız istifadə nəticəsində Goranboy rayonu Bağçakürd Bələdiyyəsinin mülkiyyətində olan su fondu torpaqlarında, eyni zamanda kənd sakinlərinin əsaslı narazılığına səbəb olan işlər görülür. Sözügedən Alpout stasiyası- Elektrik su nasosu qurğusu Goranboy rayonu Bağçakürd Bələdiyyəsinin mülkiyyətində quraşdırılmışdır, lakin bununla bağlı Baxçakürd Bələdiyyəsinin razılığı olmamışdır. Alpout stasiyası-su nasosunun hansı əsaslarla quraşdırılmasının səbəbləri məlum deyildir. Sözügedən elektrik su nasosu qurğusu Azərbaycan Respublikası Meliorasiya və X12 Səhmdar Cəmiyyəti Cavabdeh1 balansında olsa da, eyni zamanda elektrik energisi əvəzsiz olaraq dövlətdən verilməsinə baxmayaraq sırf şəxsi maraqları və mənafeləri üçün qazanc əldə edirlər. Gecə-gündüz, fasiləsiz olaraq elektrik energisindən istifadə edilir. Sırf şəxsi maraqlar güdüldüyündən artıq su fondu torpaqlarında (balıqçılıq məqsədilə olan) tamamilə su qurumuşdur, eyni zamanda yaratdıqları su qıtlığından kənd sakinləri öz əkinlərini suvara bilmədiklərindən əsaslı və ciddi narazılıq(kənd sakinləri tərəfindən) yaranmışdır. İddiaçı Goranboy rayon Baxçakürd Bələdiyyəsinin nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiət etdiyini bildirdi və təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, nasosun fəaliyyəti ekoloji tarazılığın pozulmasına gətirib çıxarır. Həmin göl 2004-cü ildə icarəyə verilib və həmin vaxt nasos orada olmamışdır. Suvarılan torpaqlar ayrı-ayrı şəxslərin adına olsa da, həmin torpaqlardan yalnız Vəliyev Xankişi adlı şəxs istifadə edir. İddiaçı Azərbaycan Respublikası Goranboy rayon Baxçakürd Bələdiyyəsinin vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Belə ki, nasosun quraşdırılması ilə bağlı heç bir müqavilə və razılaşma olmamışdır. Ona görə də nasosun orada yerləşdirilməsi qanunsuzdur. Nasos vasitəsilə axıdılan su kənd əhalisinin deyil, Vəliyev Xankişi adlı bir nəfərin torpaqlarını suvarır. Su mənbəyi olan gölün ərazisi Goranboy rayonu Bağçakürd Bələdiyyəsinin başqa bir sahibkara icarəyə verilmişdir. Həmin sahibkar göldən balıqçılıq məqsədləri üçün istifadə edir və bələdiyyəyə icarə haqqı ödəyir. Bu məsələ də bələdiyyənin maraqlarından irəli gəlir. Odur ki, tələb əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh1 nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli nasos 2011-ci ildə olduğu vəziyyətdə idarənin balansına götürülmüşdür. həmin nasos hazırda 150 nəfər xidmət edir və götürüləyi halda alternativ su mənbəyi yoxdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Goranboy rayon Baxçakürd Bələdiyyəsi hazırkı mübahisə predmeti olan su nasosunun fəaliyyətinin dayandırılması və həmin nasosun işlədilməsinə Meliorasiya və X12 Səhmdar Cəmiyyəti Cavabdeh1nə qadağan qoymaqla həmin nasosun elektrik enerjisindən ayrılmasına dair qərardad qəbul edilməsi barədə Goranboy Rayon Məhkəməsinə müraciət etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(045)-05/2022 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli MTT(104)-18/2022 saylı qərardadı ilə Goranboy Rayon Məhkəməsinin MTT(045)-05/2022 saylı xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərardadları ləğv edilmiş və müvəqqəti təminat tədbirinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin MTT(115)-18/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan verilən şikayət əsasında Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı Gəncə Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə ləğv edilmiş, ərizə təmin edilməmişdir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli 10/7036 nömrəli ekspert rəyində “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Cavabdeh1 balansında olan Alpout stansiyası(su nasosu) koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazası ilə müqayisələndirildi məlum oldu ki, həmin su nasosunun yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Cavabdeh1 balansında olan Alpout stansiyasının yerləşdiyi ərazi Baxçakürd Bələdiyyəsinə məxsus torpaq sahəsinin hüdudları daxilindədir. xx.xx.2023-cü il tarixli MŞG/MT/032/2023-00215 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Cavabdeh1 xx.xx.2011-ci il tarixli 57 №-li əmrindən çıxarışdan göstərilir ki, Goranboy rayon Alpout kənd sakini X3 öhdəsində olan nasos stansiyası idarənin balansına götürülmüşdür. İş materiallarında olan Goranboy rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Alpout kəndinə məxsus Tolalı adlanan ərazidə Cavabdeh1 balansında olan su nasosundan əkin sahələrinin suvarılmasında 108 nəfər torpaq mülkiyyətçisi istifadə edir. İşin hallarıdan göründüyü kimi, hər iki tərəf hüquqi şəxsdir. Mübahisə predmetinə aid su nasosu və su mənbəyi Goranboy rayon Baxçakürd Bələdiyyəsinin ərazisində yerləşir, mənbədən götürülən su isə boru vasitəsilə Goranboy rayon Alpout kəndinin ərazisindəki torpaqlara nəql olunur. Həmin nasos stansiyası xx.xx.2011-ci il tarixə qədər Goranboy rayon Alpout kənd sakini X4 məxsus olmuş, həmin tarixdən Cavabdeh1 balansına götürülmüşdür. Hazırda su nasosu cavabdeh təşkilata məxsusdur. “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanının 1-ci hissəsində göstərilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X1 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılsın. Fərmanın 2-ci hissəsində göstərilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və X12 Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilsin. Həmin Fərmanın 5-ci hissəsində qeyd olunur ki, Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan qurumlar öz fəaliyyətlərini davam etdirsinlər. Azərbaycan Respublikasının Su Məcəlləsinin: 10-cu maddəsinə əsasən su fondu torpaqlarına aşağıdakı torpaq sahələri daxildir: Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin (su obyektlərinin) altında olan torpaqlar; su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar; hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətində olan su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. 31-ci maddəsinə əsasən su obyektlərinin mülkiyyətçisi olmayan hüquqi və fiziki şəxslər su obyektləri üzərində uzunmüddətli, qısamüddətli və məhdud istifadə (su servitutları) hüquqlara malik ola bilərlər: 42-ci maddəsinə əsasən su obyektlərindən və ya onların bir hissəsindən istifadə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ölkənin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığının, ətraf mühitin və tarixi-mədəni irsin, habelə başqa şəxslərin qanuni hüquqlarının və maraqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla, dayandırıla və qadağan edilə bilər. Su obyektlərinin istifadəsinin məhdudlaşdırılması, dayandırılması və ya qadağan edilməsi müvafiq icra hakimiyyəti orqanlarının təqdimatına əsasən bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən meliorasiyanın və irriqasiyanın məqsədi torpaqda əkinçilik üçün əlverişli şərait yaradılması, torpağın münbitliyinin saxlanılması və yüksəldilməsi əsasında kənd təsərrüfatı məhsulları istehsalının sabitliyini və artırılmasını təmin etmək, az məhsuldar və istifadəsiz torpaqları yaxşılaşdırmaqla kənd təsərrüfatı dövriyyəsinə cəlb etməkdən ibarətdir. 11-ci maddəsinə əsasən meliorasiya və irriqasiya sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır: bələdiyyə mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; Birliklərin fəaliyyətini dəstəkləmək; meliorasiya və irriqasiya tədbirləri həyata keçirilərkən müvafiq ərazilərdə ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmasına nəzarət etmək; meliorasiya və irriqasiya sistemləri layihələrinin ekspertizasında iştirak etmək; öz səlahiyyətləri daxilində meliorasiya və irriqasiya sahəsində fiziki və hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 36.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, bələdiyyələr hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyəti üçün məhdudiyyətlər müəyyənləşdirə bilməzlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır: 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Yuxarıda edilən normalar mübahisə predmetinə aid hidrotexniki qurğunun Baxçakürd Bələdiyyəsinə məxsus torpaq sahəsində mövcud istismarı üçün qanuni əsasların olmasını və eyni zamanda həmin qurğunun ərazidən çıxarılmasının qanunla yolverilməzliyini müəyyən edir. Məhkəmə qeyd edir ki, gölün yerləşdiyi və hidrotexniki qurğunun quraşdırıldığı torpaq sahəsinin Baxçakürd Bələdiyyəsinin ərazisinə aid olması, bələdiyyə orqanını həmin su mənbəyindən digər torpaq sahəsi mülkiyyətçilərinin istifadə etməsinə imkan yaratmaq və istifadəyə icazə vermək öhdəliyindən azad etmir. Həmçinin, həmin hidrotexniki qurğu ümumi maraqlar və ictimai ehtiyaclar üçün, yəni qonşu kəndin əkin sahələrinin bir hissənin suvarılmasını təmin etmək məqsədilə istismar edilir, yəni, hidrotexniki qurğunun istismarı ictimai yararlılıq, ərazidə kənd təsərrüfatı məhsulları istehsal edilən əkin sahələrinin suvarılmasının mümkün qədər səmərəli həyata keçirilməsi məqsədini güdür. Onun istismarının bələdiyyə orqannın mülkiyyətdən maneəsiz istifadə hüququna ciddi müdaxilə yaratması, bələdiyyənin qanundan irəli gələn mənafe və maraqlarına mənfi təsir etməsi halları aşkar olunmur. Lakin, qurğunun ərazidən çıxarılması su mənbəyindən uzun müddət ərzində istifadə edənlərin vəziyyətini əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. X11 Avropa Məhkəməsi “Herrman Almaniyaya qarşı” iş üzrə xx.xx.2011-ci il tarixli Qərarında, mülkiyyət hüququnun müdafiəsi və ümumi maraqlarla bağlı tələb arasında olan ədalətli tarazılığın saxlanılmış olmasını Konvensiyanın müddəalarının pozulmaması hesab etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar