Məhkəmə qərarları › İş №e-2-2(115)-1238/2023

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1238/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1238/2023 14.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndələri Nümayəndə və Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 144799 manat, əlavə olaraq sement satışı üzrə yaranmış 13027 manat borcun, həmin borclar üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 7891 manat 03 qəpik məbləğində əldən çıxmış faydanın, ümumilikdə cəmi 165717 manat 03 qəpik borcun və ödənilmiş 502 manat dövlət rüsumunun alınaraq iddiaçı “Qafqazsement " MMC-nin xeyrinə ödənilməsi, həmçinin dövlət büdcəsinə artıq ödənilmiş 400 manat dövlət rüsumunun iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndələri Nümayəndə və Vəkil2 məhkəmə iclasında tərəflər arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli barışıq sazişini təqdim edərək, barışıq sazişinin qeyd olunan şərtlər daxilində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi Vəkil3 məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndələri Nümayəndə, Vəkil2 və cavabdehin nümayəndələri Vəkil3, X1 arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:

1. Cavabdeh MMC İddiaçı MMC-yə 157826 (bir yüz əlli yeddi min səkkiz yüz iyirmi altı) manat borcunun olmasını etiraf edir;

2. İddiaçı MMC əsas borc tələbindən əlavə digər tələblərdən imtina edir;

3. Cavabdeh MMC–yə məxsus bank hesablarının üzərindən həbs götürülməsi anından Cavabdeh MMC İddiaçı MMC-yə bank vasitəsilə 50000 (əlli min) manat vəsaitin köçürülməsini təmin edir;

4. Ümumi borc 157826 (bir yüz əlli yeddi min səkkiz yüz iyirmi altı) manat vəsaitdən 50000 (əlli min) manat ilkin ödənişdən sonra Cavabdeh MMC bank hesabalarına daxil olan vəsaitin 30 faiz hissəsini İddiaçı MMC-nin bank hesabına köçürür, qalan 70 faiz hissəsini özü sərbəst formada istifadə edir. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, tərəflərin nümayəndələrinə barışıq sazişinin və icraata xitam verilməsinin nəticələrini izah edib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfisndən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı nümayəndələri Nümayəndə, Vəkil2 və Cavabdeh nümayəndələri Vəkil3, X1 arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Cavabdeh MMC İddiaçı MMC-yə 157826 (bir yüz əlli yeddi min səkkiz yüz iyirmi altı) manat borcunun olmasını etiraf edir;

2. İddiaçı MMC əsas borc tələbindən əlavə digər tələblərdən imtina edir;

3. Cavabdeh MMC–yə məxsus bank hesablarının üzərindən həbs götürülməsi anından Cavabdeh MMC İddiaçı MMC-yə bank vasitəsilə 50000 (əlli min) manat vəsaitin köçürülməsini təmin edir;

4. Ümumi borc 157826 (bir yüz əlli yeddi min səkkiz yüz iyirmi altı) manat vəsaitdən 50000 (əlli min) manat ilkin ödənişdən sonra Cavabdeh MMC bank hesabalarına daxil olan vəsaitin 30 faiz hissəsini İddiaçı MMC-nin bank hesabına köçürür, qalan 70 faiz hissəsini özü sərbəst formada istifadə edir. İş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar