Məhkəmə qərarları › İş №e-2-2(115)-1240/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1240/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1240/2022 04.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 16391 manat borc və 200 manat mediasiya rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa Cavabdeh 11 avqust 2022-ci il tarixdə İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçındən dəymiş zərərin əvəzi olaraq 15000 manat məbləğində pulun və 135 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1240/2022 saylı qərardadı ilə qarşılıqlı iddia qanunla nəzərdə tutulmuş müddət keçməsindən sonra verildiyindən Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalinin stimullaşdirilması üzrə Xidmət və Satınalma müqaviləsi”-nə əsasən cavabdeh 15 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 525 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 11 178.50 manat məbləğində mal və xidmət satılmaqla və 5212.50 manat pul vəsaiti avans olaraq kart hesabına köçürtməklə toplam 16391 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya həmin məbləğin qarşılığında şəkər çuğunduru təhvil verilməmiş və ya həmin məbləğ geri ödənilməmişdir. Nəticədə cavabdehin cəmiyyətə 16391 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı tərəfindən müqavilə şərtlərinə tam əməl edilmiş cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 11 178.50 manat məbləğində mal və xidmət satılmaqla və 5212.50 manat pul vəsaiti avans olaraq kart hesabına köçürtməklə toplam 16391 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə İddiaçınə ümumiyyətlə məhsul təhvil verilməmişdir. Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia əsassızdır. İddiaçının verdiyi toxum keyfiyyətsiz olmuş, aqronom tərəfindən sahəyə qulluq edilməsinə nəzarət edilməmişdir. Dəfələrlə İddiaçınə müraciət edilməsinə baxmayaraq məhsul torpaqdan vaxtında çıxarılmamışdır. Həmçinin iddiaçı tərəfindən gübrə və dərman vasitələri verilməmiş və müqavilə üzrə digər xidmətlər göstərilməmişdir. Əgər edilmişdirsə onda bu barədə sübutu təqdim etsin. Həmçinin iddia müddətinin ötürülməsi barədə ərizənin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında “şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi”-nə əsasən cavabdeh 15 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 525 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləsinin 2.1-ci bəndinə əsasən istehsalçı/əkinçi öz qanuni istifadəsində olan torpaq sahəsində “AŞİB”in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməli və əldə edilmiş məhsulun hamsını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada “AŞİB”-ə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə əsasən hər bir çuğundurun çəkisi 250 qramdan az olmamalıdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən “AŞİB”-in nümayəndəsi “İstehsalçı/Əkinçi”nin torpaq sahəsinə baxış keçirərək şəkər çuğundurunun səmərəli əkini üçün yararlığı, suvarma suyu ilə tam təmin olunması və s. məsələləri əsas götürərək uyğunluq barədə öz rəyini bildirir. İşin hallarından və tərəflər arasında olan xidmət və satınalma müqaviləsinin məzmunundan da göründüyü kimi tərəflərin qarşılıqlı şəkildə üzərinə götürdüyü öhdəliklərin məqsədi müəyyən edilmiş normadan az olmayan keyfiyyətli məhsulun əldə edilməsinə yönəlmişdir. Yəni, müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. İşin hallarından göründüyü kimi İddiaçı MMC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Belə ki, “AŞİB” öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq məhsulun torpaqdan çıxarılmasını təmin etməmişdir. Əgər əkilən sahədə məhsul bütünlüklə yetişməmişdirsə və buna görə də həmin əraziyə texnikanın göndərilməsinə lüzum qalmamışdırsa, bu məsələ yerində müvafiq qaydada istehsalçının iştirakı ilə sənədləşdirilməli idi. Lakin, bu barədə hər hansı sənəd tərtib edilməmişdir. Bundan əlavə müqavilənin 3.5-ci bəndinə əsasən “AŞİB” əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir xidmətin borcalma sənədinin “İstehsalçı/Əkinçi” tərəfindən təsdiqlənməsi üçün onun imzasına təqdim edir. “İstehsalçı/Əkinçi” ilə görüşmək mümkün olmadıqda, onun yerinə müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş sənəd və ya etibarnamə əsasında başqa şəxslərə də imzalatdıra bilər. Müqavilənin şərtindən göründüyü kimi “AŞİB” əlavə 2-də göstərilən aqrotexniki tədbirlərə aid hər bir borclanmanı müvafiq sənəddə göstərilməli və tərəfin imzasına təqdim etməlidir. Belə bir yazılı sənəd mövcud deyildir. İddiaçı tərəfin nümayəndəsi borclanma sənədinin imzaya təqdim edilməməsini onunla izah etmişdir ki, müqavilənin 3.5-ci bəndi sahibkar olan şəxslərə aid deyildir. Belə ki, onlar vergi ödəyicisi olduqlarından elektron qaimələrin olması kifayətdir. Məhkəmə qeyd edir ki, müqavilənin bu bəndində göstərilənlər “AŞİB” öz üzərinə götürdüyü öhdəliyidir. Bir halda ki, bu öhdəliyin icrası müqavilədə nəzərdə tutulmuşdur, qarşı tərəfin sahibkar statusunun olub-olmamasından asılı olmayaraq yerinə yetirilməlidir. Göründüyü kimi, Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC müqavilə üzrə öz öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin məqsədinə çatmamağa şərait yaratmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi halı mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsi əvəzli müqavilədir. Müqavilənin müddəaları hüquqi mahiyyətinə görə və məzmun baxımından podrat müqviləsinə uyğundur. Çünki, podrat müqaviləsinə görə öhdəlik borclunun kreditor qarşısında iş görməsindən və görülmüş işin nəticəsinin təhvil verilməsindən irəli gəlir. Müqavilənin alqısatqı müqaviləsindən fərqi ondan ibarətdir ki, alqı-satqı zamanı müqavilənin predmeti bir qayda olaraq müqaviə bağlanan anda mövcud olur və həmin predmeti satıcı tərəf yaratmaya da bilər. Hazır şəkildə əldə etdiyi məhsulu istənilən şəxsə sata bilər. Bundan fərqli olaraq podrat müqaviləsində müqavilənin predmeti müqavilə bağlanan anda mövcud olmur. Onu podratçı öz əməyi və fəaliyyəti ilə sonrakı mərhələdə yaradır. Podratçı sifarişçinin tapşırığı ilə müəyyən olunmuş müddət ərzində işlər görür və görülmüş işlərin maddi vəziyyətə gətirilimiş nəticəsini başqa şəxsə deyil, yalnız sifarişçiyə təhvil verir. Göründüyü kimi podrat müqaviləsindən irəli gələn öhdəlik həm əmlak mübadiləsini, həm də əmlakın yaradılması üçün podratçının iş fəaliyyətini ehtiva etmişdir. Müqavilə şərtlərinə görə hazırkı iş üzrə istehsalçı-əkinçi “AŞİB” tərəfindən ona verilmiş olan pulun və göstərmiş maddi texniki xidmətlərin müqabilində müqavilədə nəzərdə tutulmuş miqdarda və ölçülərdə şəkər çuğunduru istehsa edib “AŞİB”-nə təhvil verməli idi. Məhkəmə qeyd edir ki, əgər, podratçı öz üzərinə düşən öhdəliyi istər keyfiyyət, istərsə də kəmiyyət baxımından lazımi qaydada icra etməmişdirsə, bu hal, qüsurlu icra sayılır. Bununla bağlı tələb isə bir il ərzində irəli sürülə bilər. Belə ki, Azrbaycan Respublikası Mülki Məcəlləsinin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-cı maddsəinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış və müqavilədə öhdəliyin icrası müddəti 1 il müəyyən edilmişdir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir minir və 12 (on iki) ay müddətinə qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Nəzərə alaraq ki, şəkər çuğunduru müqavilə müddəti ərzində yalnız bir dəfə istehsal oluna bilərdi, qeyd edilən 1 illik müddət 20 noyabr 2019-cu il tarixdə bitmişdir. İddiaçı isə ilkin olaraq xx.xx.2021-ci ildə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə (e-2-2(115)- 1113/2022)xx.xx.2022-ci il tarixdə baxılmamış saxlama barədə qərardad qəbul edilmişdir. Hazırkı tələb üzrə yenidən 06.06. 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər iki halda qanunla müəyyən edilmiş bir illik iddia müddəti ötürülmüşdür. Müddətin ötməsini istisna edən hallar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar