Məhkəmə qərarları › İş №e-2-2(115)-1241/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1241/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1241/2024 17.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçınin nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçınin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 86500 ABŞ dolları məbləğində pulun və ödənilmiş 437 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 15 fevral 2023-cü il tarixində 300000 ədəd “X5” və 200000 ədəd “Harmony Rose” şampanların alğısatqısına dair müqavilə bağlanmışdır. Müqavilənin ümumi dəyəri ******* ABŞ dolları təşkil edir. Müqavilənin 1-ci maddəsinə əsasən satıcı qiymət razılaşdırma protokolunda qeyd olunan malları alıcıya satışa təqdim edir, alıcı isə malları alır. Müqavilənin 3-cü maddəsinə əsasən alıcı hesab-fakturanın dəyərini 100 % əvvəlcədən ödəyir. Alıcı tərəfindən xx.xx.2023-cü il tarixində 80000 dollar, xx.xx.2023-cü il tarixində 40000 dollar, xx.xx.2023-cü il tarixində 40000 dollar, xx.xx.2023-cü il tarixində isə 75000 dollar məbləğində, ümumilikdə 235000 dollar məbləğində pul vəsaiti öncədən satıcıya ödənilmişdir. Lakin satıcı ona ödənilən pul məbləğinin qarşılığında alıcıya yalnız 148500 dollar dəyərində mal göndərmişdir. Alıcı dəfələrlə ödənilən pulun dəyərinə uyğun malları tələb etmiş və ya artıq ödənilən məbləği geri istəmişdir. Buna baxmayaraq satıcı aldığı pulun qarşılığında alıcıya malları göndərməmiş, eləcə də, artıq ödənilmiş məbləği geri qaytarmamışdır. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə məhkəmə elektron kabineti vasitəsi ilə, eləcə də, xx.xx.2024-cü il tarixində poçt vasitəsi ilə pulun qaytarılmasına dair pretenziya məktubu ünvanlanmışdır. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq cavabdeh tərəfindən cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 15 fevral 2023-cü tarixdə tərəflər arasında ******* manat dəyərində içkinin alqı-satqısı ilə bağlı müqavilə imzalanmışdır. 27 fevral 2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya 235536 ABŞ dolları dəyərində invoys təqdim edilmişdir. Müqaviləyə əsasən əvvəlcə invoys təqdim olunur, daha sonra isə onu dəyəri ödənilir. Birinci invoysun ödənişi 14 mart 2023-cü il tarixdə başlamışdır. 14 mart 2023-cü il tarixdə 80000 ABŞ dolları, 14 aprel 2024-cü il tarixdə 40000 ABŞ dolları, 28 aprel 2023-cü il tarxidə 40000 ABŞ dolları, 24 may 2023-cü il tarixdə 75000 ABŞ dolları pul ödənilmişdir. Ümumilikdə 235000 ABŞ dolları pul ödənilmişdir. 536 ABŞ dolları isə ödənilməmişdir. 148500 ABŞ dolları dəyərində mal iddiaçı tərəfindən qəbul edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək bildirdi ki, İddiaçı ilə müqavilə bağlanmış və iddiaçı onlardan mal almışdır. Həmin şirkət tərəfindən təxminən 200000 ABŞ dolları köçürülmüş və həmin pula uyğun olaraq mallar göndərilmiş, əlavə olaraq 80000 ABŞ dolları pul qalmışdır. İddiaçınin razılığı əsasında həmin mallar Gürcüstan Respublikasına göndərilmişdir. Belə ki, razılaşmaya əsasən malın bir hissəsi buradan, qalan hissəsi isə Gürcüstan Respublikasından getməli idi. Həmçinin əlavə olaraq 44000 manatlıq etiket alınmışdır. Malların hazırlanması üçün əlavə xərclər çəkilmişdir, ona görə də iddiaçı onlara əlavə pul köçürməli idi ki, onlar da iddiaçıya müqavilə üzrə malları göndərsin. İddiaçı onlara 300000 ABŞ dolları əlavə pul köçürməli idi. Aralarında olan şifahi razılaşmaya əsasən 80000 ABŞ dolları depozit olaraq köçürülmüşdür. İddiaçı tərəf də müqavilə öhdəliyini tam yerinə yerirməmişdir. Belə ki, onlar müqaviləni ******* ABŞ dolları dəyərində bağlamışlar, buna görə də onlar malların hazırlanması üçün xərclər çəkmişlər, iddiaçı isə pul vəsaitini az köçürmüşdür, ona görə də onların şirkətinə 200000 ABŞ dolları ziyan dəymişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı qiymətlərin razılaşdırma protokolunda adı və qiyməti qeyd olunan malları alıcıya satmağı, alıcı isə malları alıb qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən alıcı hesab-fakturanın dəyərini 100 % əvvəlcədən ödəyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, satıcı ******* ABŞ dolları dəyərində məhsulları (300000 ədəd “X5” və 200000 ədəd “Harmony Rose” şampanları) alıcıya təhvil verməyi, alıcı isə məhsulları qəbul edərək özünün müəyyən etdiyi qiymətlərə uyğun olaraq satış nöqtələrində satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3/23 nömrəli invoysa əsasən 27893,52 ABŞ dolları, xx.xx.2023-cü il tarixli 6/23 nömrəli invoysa əsasən 36090,30 ABŞ dolları, xx.xx.2023cü il tarixli 5/23 nömrəli invoysa əsasən 27717,50 ABŞ dolları, xx.xx.2023-cü il tarixli 10/23 nömrəli invoysa əsasən 27893,52 ABŞ dolları, xx.xx.2023-cü il tarixli 11/23 nömrəli invoysa əsasən 27893,52 ABŞ dolları məbləğində malların invoysu Cavabdeh MMC tərəfindən İddiaçınə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1 nömrəli invoysa əsasən 235536 ABŞ dolları məbləğində malların invoysu Cavabdeh MMC tərəfindən İddiaçınə göndərilmişdir. İş materiallarında olan bank qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə 80000 ABŞ dolları, xx.xx.2023-cü il tarixində 40000 ABŞ dolları, xx.xx.2023-cü il tarixində 40000 ABŞ dolları, xx.xx.2023-cü il tarixində isə 75000 ABŞ dolları məbləğində, ümumilikdə 235000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan 24 iyul 2023-cü il tarixli aktlara əsasən Cavabdeh MMC tərəfindən İddiaçınə 59022 ədəd məhsul təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı qiymətlərin razılaşdırma protokolunda adları və qiyməti qeyd olunan malları alıcıya satmağı, alıcı isə malları alıb qəbul etməyi öhdəsinə götürmüşdür. Satıcı tərəfindən alıcıya invoyslar təqdim olunmuş, alıcı satıcının hesabına əvvəlcədən 235000 ABŞ dolları məbləğində vəsait köçürmüşdür. Köçürülən məbləğ əsasında satıcı alıcıya 148500 ABŞ dolları dəyərində mal təhvil vermiş, köçürülən vəsaitin qalan 86500 ABŞ dolları məbləği üzrə mal göndərməmiş, nə də ki, həmin məbləği geri qaytarmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə malın alınması ilə bağlı köçürdüyü və mal göndərilmədiyi vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 86500 ABŞ dolları Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, 86500 ABŞ dolları məbləğində malın Gürcüstan Respublikasına göndərilməsi və ya həmin məbləğin depozit hesabda saxlanılması ilə bağlı, habelə əlavə vəsait köçürüldükdən sonra 86500 ABŞ dolları məbləğində malın təhvil veriləcəyi ilə bağlı tərəflərin razılaşmalarına dair işdə hər hansı sübut yoxdur və belə bir sübut da cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi” haqqında Plenumun Qərarında qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan **********35 nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 437 manat dövlət rüsumu ödənmişdir. Ona görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 86500 (səksən altı min beş yüz) ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə pul, 437 (dörd yüz otuz yeddi) manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar