Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-125/2024 22.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 2019-cu ilin yanvar, fevral, mart və aprel aylarında əsassız hesablanmış cəmi 16407 manat 60 qəpik borcun silinməsi, hazırkı iddia tələbinə görə çəkilmiş xərclər üzrə mediasiya üçün ödənilmiş 205 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan torpaq sahəsində yerləşən istixanada kənd təsərrüfatı məhsullarının yetişdirilməsi fəaliyyəti ilə məşğuldur, müqavilə əsasında Cavabdehndən qaz yanacağı alır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Gəncə İnzibati İqtisadi məhkəməsində ona qarşı iddia qaldıraraq 32739 manat qaz satışından yaranmış borcun alınaraq birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (hakim Kamil Rzayevin sədrliyi) xx.xx.2019-cu il tarixli, e-2-2(83)-355/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya məhkəməsinin Kommersiya Kollegiyasında baxılaraq xx.xx.2020-ci il tarixli 2- 2(104)-16/2020 qətnamə ilə apellyasiya şikayəti qismən təmin edilmiş, tələb edilən borcun 24577 manat 88 qəpik hissədə alınaraq Azəriqaz İB-nə ödənilməsi qət edilmişdir. Qətnamədən verdiyi kassasiya şikayətinə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(102)-158/2021 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 aprel 2022-ci il tarixli, 2-2(104)-11/2022 saylı qətnaməsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilmiş, 32739 manat iddia tələbi 16331 manat 40 qəpik hissədə təmin edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini almışdır. Hazırda o, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 16331 manat 40 qəpik borcu tam şəkildə ödəmişdir. Ancaq Cavabdeh iddia etdiyi 32739 manat borcun 16407 manat 60 qəpik hissəsini onun adında borc kimi saxlayır. Bu isə onun Cavabdehnə “borclu” olmağı kimi elektron sistemdə qalmaqla ona sahibkarlıq fəaliyyətini həyata keçirməyə maneə yaradır. Belə ki, qazın alqı-satqısına dair müqavilənin yenilənməsi və s. kimi fəaliyyətlərin həyata keçirilməsi mümkün olmur. Cavabdehnə məhkəmə qətnaməsi ilə təmin edilməmiş, əsassız hesablanmış 16407 manat 60 qəpik borcun silinməsi barədə müraciət etsə də, müraciəti müsbət həll edilməmişdir. Odur ki, 2019-cu ilin yanvar, fevral, mart və aprel aylarında əsassız hesablanmış cəmi 16407 manat 60 qəpik borcun silinməsini iddia edir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, o, dəfələrlə X10 İstismarı İdarəsinə müraciət edərək 16407 manat 60 qəpik borcun silinməsini tələb etmiş, lakin ona bildirilmişdir ki, hazırki borcun silinməsi ilə bağlı icra vərəqəsi olmadığı təqdirdə borcun silinməsi mümkün deyil. Məhkəmədən 16407 manat 60 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının hazırki iş üzrə tələbinə əsasən 16407 manat 60 qəpik borcun silinməsi ilə bağlı Cavabdehnə icra vərəqəsi daxil olmadığı üçün həmin borcun silinməsini həyata keçirmək mümkün deyil. Hazırki borcun silinməsi məhkəmə qərarında öz əksini tapacağı təqdirdə, həmin borc iddiaçının hesabından icra vərəqəsi əsasında silinəcəkdir. İddiaçının müraciətinə əsasən həmin borcun tərəflərindən könüllü surətdə silinməsi mümkün deyil. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarında əsasən qaz sərfiyyatında görə yaranmış 32739 manat borcun hazırki iş üzrə iddiaçı olan İddiaçı tutularaq X1 ödənilməsi qət edilmişdir. Daha sonra həmin qərardan hazırki iş üzrə iddiaçı olan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsi şikayətə baxaraq, X1 ödənilməli olan 32739 manat puldan 8000 manat pulun silinməsi barədə qərar qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin həmin qərarından tərəflərindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi şikayətə baxaraq həmin işin baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsi işə yenidən baxaraq 32739 manat borcdan bir hissəsinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Qalan məbləğin bir qismi hazırki iş üzrə iddiaçı tərəfindən könüllü olaraq ödənilmişdir. 16408 manat borcun silinməsi ilə bağlı icra vərəqəsi onlara göndərilmədiyi üçün həmin borcun silinməsi mümkün olmamışdır. Hazırki iddia tələbi barədə əlavə olaraq qeyd edir ki, iddiaçı təbii qazdan istifadə etdiyi üçün borc yaranmışdır. Ona görə də, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İddiaçı nominal qaz təzyiqi ilə təmin olunmuşdur, sadəcə olaraq iddiaçı tərəfindən ümumi xətdən istixanaya çəkilmiş qaz xəttində sızma olduğu üçün nominal qaz təzyiqi aşağı olmuşdur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli abonent saldosundan görünür ki, İddiaçı 2019-cu il yanvar, fevral, mart, aprel ayına hesablanmış qalıq və aktlar üzrə borcu 16408 manatdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-11/2022 nömrəli 05 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı qazdan istifadə haqqına görə 32739 manat borcun və 30 manat 40 qəpik dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh İB-nə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-11/2022 nömrəli 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməklə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, cavabdeh İddiaçı qazdan istifadə haqqına görə 16331 manat 40 qəpik borcun və 30 manat 40 qəpik dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh İB-nə ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. Apellyasiya məhkəməsi təbii qazdan istifadəyə görə Lətəfət Əsgərovaya hesablanmış 16331 manat 40 qəpik məbləğində borcu əsaslı hesab etsə də, xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə, yəni sayğac olmadığı dövr üzrə qaz sərfiyyatı üzrə hesablanmış 16408 manat pulun İddiaçı tələb edilməsini əsassız hesab etmişdir. Apellyasiya məhkəməsinin sözügedən qətnaməsini dəyişdirmədən qüvvədə saxlayaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası özünün 2-2(102)-559/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında müəyyən etmişdir ki, sözügedən dövrdə cavabdehə yəni, İddiaçı məxsus istixanaya verilmiş qazın təzyiqi normadan aşağı olmuş, nəticədə İddiaçı ziyan vurulmuşdur. Buna görə də 2019-cu ilin ilk 4 ayı üçün qaz təzyiqi normadan aşağı olduğundan, İddiaçı ziyan vurulduğundan, Cavabdeh tərəflərin arasında bağlanılmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan “istehlakçını nominal təzyiqdən aşağı olmamaqla qazla təmin etmək” vəzifəsini icra etmədiyindən, həmin dövr üzrə sərfiyyata uyğun hesablanmış məbləğin tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən istehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İşin faktiki hallarından görünür ki, fiziki şəxs olan istehlakçı İddiaçı qaz sayğacının olmadığı dövrə, yəni 2019-cu ilin yanvar, fevral, mart və aprel aylarına hesablanmış qazdan istifadəyə görə 16407 manat 60 qəpik məbləğində borc qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə əsassız sayılmasına baxmayaq cavabdeh tərəfindən silinməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmiş və onun iddiası əsaslı olduğundan təmin edilməlidir. 02 noyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sesissiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 139 manat 22 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00067) hesablamış 16407 manat 60 qəpik məbləğində borc Cavabdeh tərəfindən silinməli, ödənilmiş 205 manat mediasiya xərci Cavabdehndən tutularaq İddiaçı verilməli, ödənilməli olan 139 manat 22 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00067) hesablamış 16407 manat 60 qəpik məbləğində borc Cavabdeh tərəfindən silinsin. Ödənilmiş 205 manat mediasiya xərci Cavabdehndən tutularaq İddiaçı verilsin. Ödənilməli olan 139 manat 22 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-125/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-125/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver