Məhkəmə qərarları › İş №e-2-2(115)-128/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-128/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-128/2022 03.02.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsinin X3, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 13 191 manat borcun, 129,30 manat dövlət rüsumunun, 200 manat mediasiya rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 20.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma alğı-satqısı müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən İddiaçı MMC fermerin 13 ha torpaq sahələrində şəkər çuğundurunu stimullaşdırmaq məqsədi ilə aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etməyi, istehsalçı isə qeyd olunan sahədən hər bir hektar üzrə orta hesabla 25 tondan az olmayaraq şəkər çuğunduru məhsulu istehsal edib və məhsulu iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də cavabdeh öhdəliklərini yerinə yetirməmiş və 13 191 manat isə borcu yaranmışdır. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək təmsil etdiyi şirkət tərəfindən cavabdehə yararlı toxum və kübrələr verilmişdir. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş məhsulu təhvil verməmişdir. Odur ki, iddia əsaslıdır. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə işlər görülmüşdür. Lakin kifayət qədər məhsul əldə edilə bilməməyin səbəbi İddiaçı tərəfindən verilən toxumun köhnə və yararsız olması olmuşdur. Həmçinin kombayın əraziyə 14 və 28 sentyabrda gəlmişdir. Şirkət anbarlarında olan köhnə toxumları və gübrələri əkinçilərə verməklə məhsul əldə olub-olmamasından asılı olmayaraq müqavilə bağlamışdır, odur ki iddia əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 20.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma alğı-satqısı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC fermerin icarəyə götürdüyü 13 ha torpaq sahələrində şəkər çuğundurunu stimullaşdırmaq məqsədi ilə aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etməyi, istehsalçı isə qeyd olunan sahədən hər bir hektar üzrə orta hesabla 25 tondan az olmayaraq şəkər çuğunduru məhsulu istehsal edib və məhsulu iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. 20.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma alğı-satqısı müqaviləsinin 4.3-cü bəndinə əsasən istehsalçı/əkinçi şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını, hər bir hektardan orta hesabla 25 tondan az olmayaraq məhsul əldə etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq əldə etdiyi məhsulu “AŞİB” ə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 saylı əlavənin 14-cü bəndinə əsasən istehsalçı/əkinçi vegetasiya müddətində qarşıya çıxan xəstəlik, ziyanvericilər və ya hər hansı bir problemin olduğu anda, təcili olaraq “AŞİB”-ə yazılı məlumat verməli ”AŞİB” isə öz növbəsində bu problemin vaxtında aradan qaldırılması üçün istehsalçı/əkinçiyə mümkün qədər kömək etməlidir. Eyni zamanda həmin əlavənin 17-ci bəndinin istehsalçı/əkinçi “AŞİB” dən aldığı hesab qalığında qeyd olunan aqrotexniki tədbirlərə etirazı olduqda şikayətini 120 nömrəsi ilə müştəri xidmətlərinə bildirilə bilər. Şikayətlər “AŞİB”-in səlahiyyətli nümayəndəsi tərəfindən 7 (yeddi) iş günü ərzində araşdırılıb cavablandırılmalıdır. 05.10.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 05.10.2021-ci il tarixə 13 190,94 manat borcu yaranmışdır. 17 sentyabr 2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 20.11.2018ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən İddiaçı MMC fermerin icarəyə götürdüyü 15 ha torpaq sahələrində şəkər çuğundurunu stimullaşdırmaq məqsədi ilə aqroservis xidmətləri, aqrotexniki məsləhətlər, toxum, gübrə, pestisidlər və digər maddi-texniki vasitələrlə təchiz etməyi, istehsalçı isə qeyd olunan sahədən hər bir hektar üzrə orta hesabla 25 tondan az olmayaraq şəkər çuğunduru məhsulu istehsal edib və məhsulu iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür, əkinci tərəf müqavilədə göstərilən miqdarda məhsulu təhvil verməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf öz etirazında toxumların yararsız olmasını bildirsə də bu, barədə sübutlar təqdim edə bilməmişdir. Həmçinin çuğunduru yerdən çıxaran texnikanın əraziyə 2019-cu ilin sentyabr ayının 14 və 28 tarixlərində gəlməsi və bunun müqavilədə nəzərdə tutulmuş məhsulun əldə edilməsinə mənfi təsiri barədə də sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.1.1-ci maddəsinə əsasən mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat mediasiya prosesinə dair xərclərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehlərdən müştərək qaydada 6064 (altı min altmış dörd manat) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 6094 (altı min doxsan dörd manat) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 400, 241-400, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 13 191 (on üç min yüz doxsan bir) manat borc, 129 (yüz iyirmi doqquz) manat ödənilmiş dövlət rüsumu, 200 (iki yüz) manat mediasiya xərci, cəmi 13 520 (on üç min beş yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar