Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1296/2025 20.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 11504,37 manat borc və 125 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış bağlanılmış xx.xx.2024-ci tarixli 211.24.51.001 saylı şəkər çuğunduru üzrə qarışıq müqaviləyə əsasən cavabdeh 104,39 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkibbecərməyi və istehsal etdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə 33600 manat dəyərində şəkər çuğunduru toxumu, 14302,16 manat dəyərində dərman, 20420 manat dəyərində gübrə, 3670,37 manat dəyərində daşıma xidməti göstərilmiş və 31776,84 manat dəyərində aqrotexniki xidmət satılmışdır. Nəticədə cavabdehin cəmiyyətə 103769,37 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən isə cəmiyyətə 92265 manat dəyərində məhsul təhvil verilmişdir. Təhvil verilmiş məhsulun dəyəri hissəsində cavabdehin borcu azaldılmışdır. Son olaraq cavabdehin cəmiyyətə 11504,37 manat borcu qalmışdır. Cavabdehin borclu olması təhvil-təslim aktlarında və ödəniş tapşırıqlarında öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək göstərdi ki, müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə müvafiq mallar verilmiş, xidmət göstərilmişdir. Müqavilə üzrə iddiaçı öhdəliklərini yerinə yetirmişdir. Kombayn isə məhsulu məhv etməmişdir, kombayn çuğundurun baş hissəsini qırıb onu qəbul edir. Şəkər çuğunduru yığımı avqust-sentyabr ayından yığılmağa başlayır. Azərbaycanda 9- 10 rayonda şəkər çuğunduru əkilir, iddiaçının isə 6 ədəd çuğunduryığan avadanlığı vardır. Avqust-sentyabr aylarında cavabdehin olduğu rayondakı əkinçilər məhsulu yığmağa imkan verməmişlər ki, məhsul bir az da böyüsün. Ona görə iddiaçı ona uyğun proqram tənzimləyir. Məhsulun gec yığılmağı əksinə ona müsbət təsdir edir, belə olanda məhsulun kütləsi daha da böyük olur. Dərmanların sertifikatı vardır, onlar ölkəyə gətiriləndə sınaqdan keçirilib sertifikat verilir. Daşıma zamanı iddiaçı köməklik göstərir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçı ilə müqavilə bağlamış, 100 hektara yaxın əkin əkmişdir. Lakin iddiaçı nə ona vaxtında dərman vermiş, nə gübrə vermişdir. Onlar verdikləri vədləri vaxtında yerinə yetirməmişlər. Rayonda ən gec onun sahəsində çuğunduru qazmışlar. Göndərdiyi məhsulun da 200 tonunu zibilə çıxmışlar. Mağazada 5 manat olan gübrəni iddiaçı 7-10 manata ona satmışdır. İş materillarında olan miqdarda dərman və gübrə məhsullarını o təhvil almışdır. Problem onların dərmanlarının keyfiyyəsiz olması olmuşdur. Dərmanı sahəyə vurmuşlar, ancaq hər hansı faydası olmamışdır. Qeyd edilən avadanlıqlar ilə də ona xidmət göstərilmişdir. Gətirdikləri kombaynlar da 30-40 hektar məhsulu korlamışdır. Daşıma pulunu o ödəmiş, iddiaçının maşınları da onun sahəsindən çuğundur daşımışdır. Onun iddiaçıya borcu vardır, lakin iddiaçı da onu ziyana salmışdır. Rəsmi qaydada hər hansı bir addım atmamış, ancaq iddiaçı ilə danışıqlar zamanı narazılığını bildirmişdir. Qanunamüvafiq qərar qəbul etməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 211.24.51.001 saylı 2023-2024 təsərrüfat ili üçün şəkər çuğunduru məhsulu üzrə qarışıq müqavilədən görünür ki, fermer tərəfindən ona təhvil veriləcək şəkər çuğundurunun dəyərini fermer üçün aqrotexniki xidmətlər göstərməklə və toxum, pestisidlər, gübrə təhvil verilməklə həyata keçirməyi, fermer isə ona görülmüş işləri və malları qəbul edib bu müqavilə əsasında razılaşdırılmış miqdarda şəkər çuğunduğunu istehsal edərək mülkiyyət hüququ əsasında alıcıya təhvil verməyi öhdəsinə götürür. Bu müqavilə üzrə şəkər çuğunduru fermerin mülkiyyətində olan və ya qanuni istifadəsində olan Samux rayonu Ceyrançöl kəndi ərazisində yerləşən 100 ha torpaq sahəsində əkiləcək, suvarılacaq, yetişdiriləcək, istehsal olunacaq və şəkərlilik dərəcəsinə görə uyğun olaraq hesablanmış qiymət əsasında alıcıya təhvil veriləcəkdir. İş materiallarında olan malların fiziki şəxslərə təhvili-qəbulu qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə 220 manat məbləğində gübrə, xx.xx.2024-cü il tarixdə 46800 manat məbləğində toxum və gübrə, xx.xx.2024-cü il tarixdə 19316,86 manat məbləğində gübrə və dərman, xx.xx.2024-cü il tarixdə 1985,30 manat dərman İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan görülmüş işlərin, xidmətlərin təhvil-təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixdə 626,34 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2025-ci il tarixdə 30550,50 manat məbləğində İddiaçı MMC tərəfindən Cavabdeh xidmət göstərilmişdir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə şəkər çuğundurunun təhvili ilə bağlı xx.xx.2024-cü il tarixdə 17191.9656 manat, xx.xx.2025-ci il tarixdə 75073,04 manat məbləğində məhsula dair elektron qaimə ötürülmüşdür. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmış, fermer tərəfindən ona təhvil veriləcək şəkər çuğundurunun dəyərini fermer üçün aqrotexniki xidmətlər göstərməklə və toxum, pestisidlər, gübrə təhvil verilməklə həyata keçirməyi, fermer isə ona görülmüş işləri və malları qəbul edib bu müqavilə əsasında razılaşdırılmış miqdarda şəkər çuğunduğunu istehsal edərək mülkiyyət hüququ əsasında alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, məhsul vermiş, xidmət göstərmiş, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş. onun iddiaçıya 11504,37 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 125 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 125 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 211.24.51.001 saylı 2023-2024 təsərrüfat ili üçün şəkər çuğunduğu məhsulu üzrə qarışıq müqaviləyə əsasən 11504 on bir min beş yüz dörd) manat 37 (otuz yeddi) qəpik pul və ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1296/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1296/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver