Məhkəmə qərarları › İş №e-2-2(115)-1306/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1306/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1306/2025 04.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1143.22 (bir min bir yüz qırx üç manat iyirmi iki qəpik) manat borc və 32 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci tarixli, 211.20.22.006 saylı “Şəkər çuğunduru üzrə Qarışıq Müqavilə”sinə əsasən Cavabdeh 10.11 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdü. Müqavilənin icrası ilə əlaqədar Cəmiyyət tərəfindən Cavabdehə 2800(iki min səkkiz yüz) manat dəyərində şəkər çuğunduru toxumu, 1342(bir min üç yüz qırx iki) manat dəyərində dərman, 2080(iki min səksən) manat dəyərində gübrə, 3222 (üç min iki yüz iyirmi iki) manat dəyərində aqrotexniki xidmət satılmış, 2547.80 (iki min beş yüz qırx yeddi manat səksən qəpik) manat dəyərində daşıma xidməti göstərilmiş və 1014.42 (bir min on dörd manat qırx iki qəpik) manat avans pul ödənilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 13006.22 (on üç min altı manat iyirmi iki qəpik) manat borcu yaranmışdır.Cavabdeh tərəfindən isə cəmiyyətə zavoda 11863 (on bir min səkkiz yüz altımış üç) manat dəyərində məhsul təhvil verilmişdir.Təhvil verilmiş məhsulun dəyəri hissəsində cavabdehin borcu azaldılmışdır. Son olaraq cavabdehin cəmiyyətə 1143.22 (bir min bir yüz qırx üç manat iyirmi iki qəpik) manat borcu qalmışdır. Cavabdehin borclu olması təhvil-təslim aktlarında və ödəniş tapşırıqlarında öz əksini tapmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında bildirdi ki, müqavilənin şərtlərinə görə 70 ha ərazidən az olduqda yığım işləri fermerin öz hesabına aparılır. Cavabdehə məxsus torpaq sahəsinə kombayn yığım üçün girmiş, lakin torpaq sahəsinə su düşdüyündən məhsulu yığmaq mümkün olmamışdır. İddia tələbini müdafiə edir və məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, şirkət tərəfindən aqrotexniki işləri vaxtında görülməyib. Müqavilədə 13 ha qeyd olunsa da, əslində 8 ha sahədə şəkər çuğunduru əkilmişdir. Əgər 13 ha əksəydi su pulu və digər xərcləri ödəyə bilməyəcəkdi. O, həmin sahədən məhsulu olmasaydı belə, 8000-9000 manat qazanc götürəcəkdi. Sentyabr ayında məhsul yığımı başlamış və şəkər çuğunduru əkilmiş 1 ha 80 sot əraziyə su düşdüyündən həmin hissəni yığmaq mümkün olmamışdır. Aqronom demişdir ki, Samuxda yığım bitdikdən sonra geri qayıdanda onun məhsulunu yığacaqlar. Lakin nə qədər müraciət etsə də gəlib yığmadılar. Həmin yer yığılmadığından məhsul yerdə qaldıb çürüdü. Əgər həmin ərazi yığılsa idi, onun şirkətə heç bir borcu qalmayacaqdı. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: şəkər çuğunduru məhsulu üzrə qarışıq müqavilə, maliyyə arayışı, malların fiziki şəxslərə təhvil-qəbulu qəbzi, görülmüş işlərin, xidmətlərin təhviltəslimi barədə akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər.Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci tarixli, 211.20.22.006 saylı şəkər çuğunduru üzrə Qarışıq Müqaviləyə dair müqavilənin məzmunundan göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alğı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci tarixli, 211.20.22.006 saylı “şəkər çuğunduru məhsulu üzrə qarışıq müqavilə”yə əsasən cavabdeh 13 ha torpaq sahəsində şəkər çuğunduru bitkisini əkib-becərməyi və istehsal etdiyi məhsulu "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cəmiyyət tərəfindən cavabdehə 2800 manat dəyərində şəkər çuğunduru toxumu, 1342 manat dəyərində dərman, 2080 manat dəyərində gübrə, 3222 manat dəyərində aqrotexniki xidmət satılmış, 2547.80 manat dəyərində daşıma xidməti göstərilmiş və 1014.42 manat avans pul ödənilmişdir. Nəticədə cavabdehin cəmiyyətə 13006,22 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən isə iddiaçıya 11863 manat dəyərində şəkər çuğunduru məhsulu təhvil verilmişdir. Belə olan halda isə cavabdehin iddiaçıya 1143,22 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi, ona yuxarıda qeyd olunan adlarda və məbləğdə işlər görülməsi, xidmətlər göstərilməsi, eyni zamanda 1143,22 manat borcunun olması tərəflər arasında bağlanmış müqavilə, malların fiziki şəxslərə təhvilqəbulu qəbzi və görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktı ilə öz təsdiqini tapır. Cavabdeh izahatında bildirmişdir ki, şəkər çuğunduru əkilmiş 1.80 ha torpaq sahəsinə su düşdüyündən kombayn yığa bilməmiş və nə qədər müraciət etsə də, şirkət tərəfindən həmin yer gəlib yığılmamışdır. Əgər həmin yer yığılsa idi, onun şirkətə heç bir borcu qalmayacaqdı. Göründüyü kimi şirkətə məxsus kombayn tərəfindən məhsulun yığıla bilməməsi cavabdehin yerinə su düşməsi ilə əlaqədar olmuşdur. Hətta iddiaçının nümayəndəsi də izahatında bildirmişdir ki, cavabdehə məxsus sahəyə kombayn girsə də, sahə su olduğundan məhsulu yığmaq mümkün olmamışdır. Buradan da belə nəticəyə gəlmək olur ki, məhsulun yığıla bilməməsində iddiaçının hər hansı təqsiri olmamış və cavabdeh məhsul əkilmiş sahəni yığıma tam hazır vəziyyətdə saxlamalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 32 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1143,22 manat məbləğində pul və 32 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar