Məhkəmə qərarları › İş №e-2-2(115)-1322/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1322/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1322/2025 09.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “MKT İstehsalat Kommersiya» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 18655 manat 78 qəpik, hesablanmış cəriməyə görə 3520 manat 47 qəpik və ödənilmiş dövlət rüsumuna görə 156 manat 55 qəpik olmaqla, cəmi 22332 manat 77 qəpik məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Bərdə” filialı və cavabdeh arasında bağlanmış 24 271 278 saylı 2024-cü il mövsümü üzrə xam pambığın alğı-satqı müqaviləsinə əsəsən, cavabdeh pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 26023 manat 92 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq, son nəticədə cavabdehin təhvil götürdüyü avansın dəyərinə görə iddiaçıya 18655 manat 78 qəpik əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 %-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 3520 manat 47 qəpik təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəməyə müraciət olunandan sonra cavabdeh tərəfindən hər hansı bir ödəniş olunmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24 271 278 saylı 2024-cü il mövsümü üzrə xam pambığın alğı-satqı müqaviləsindən görünür ki, müqavilə ilə Cavabdeh 19,50 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçınə satmağı, iddiaçı isə cavabdehə avans olaraq zəruri vəsaitlər verməyi, müxtəlif xidmətlər göstərməyi, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmasını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndindən görünür ki, alıcı bu müqavilədə qeyd olunmuş son hesablaşma tarixinə əməl etmədiyi hallarda gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,01 % miqdarında, lakin ödənilməyən məbləğin 0,5 %-dən artıq olmamaq şərtilə satıcıya cərimə ödənməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24 271 278 saylı 16 fevral 2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən xam pambığın satınalma qiyməti, alıcı tərəfindən satıcıya göstərilən aqrotexniki xidmətlərin qiyməti, alıcı tərəfindən xam pambığın qurudulması xidmətinin qiyməti, alıcı tərəfindən satıcıya verilən bardan və fakturaların satış qiyməti tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 3068 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 576 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 180 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 297 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 250 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 138 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 2400 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 1000 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 1000 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 144 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 250 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 138 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 360 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 195 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 560 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 880 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 280 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 500 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 50 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 600 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 660 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 100 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 440 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 36 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 180 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 54 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaiməyə əsasən 560 manat olmaqla, cəmi 14896 manat məbləğində mal verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 60006200 nömrəli xidmət aktına əsasən 802 manat 50 qəpik, xx.xx.2024-cü il tarixli 60006489 nömrəli xidmət aktına əsasən 418 manat 60 qəpik, xx.xx.2024-cü il tarixli 60006542 nömrəli xidmət aktına əsasən 215 manat, xx.xx.2024-cü il tarixli 60006778 nömrəli xidmət aktına əsasən 1621 manat 79 qəpik, xx.xx.2024-cü il 60007398 nömrəli xidmət aktına əsasən 169 manat 60 qəpik, xx.xx.2024-cü il tarixli ******* nömrəli xidmət aktına əsasən 428 manat 27 qəpik, xx.xx.2024-cü il tarixli ******* nömrəli xidmət aktına əsasən 1190 manat 22 qəpik, xx.xx.2024-cü il tarixli 60008149 nömrəli xidmət aktına əsasən 414 manat 19 qəpik, xx.xx.2024-cü il tarixli 60008742 nömrəli akta əsasən 791 manat 41 qəpik, xx.xx.2024-cü il tarixli 60008826 nömrəli xidmət aktına əsasən 332 manat 46 qəpik, xx.xx.2024-cü il tarixli 60009444 nömrəli xidmət aktına əsasən 84 manat 80 qəpik, xx.xx.2024-cü il tarixli 60009201 nömrəli xidmət akta əsasən 617 manat 60 qəpik, xx.xx.2024-cü il tarixli 60009548 nömrəli xidmət aktına əsasən 342 manat 40 qəpik, xx.xx.2024-cü il tarixli 60009670 nömrəli xidmət aktına əsasən 172 manat 80 qəpik, xx.xx.2024-cü il tarixli 60009759 nömrəli akta əsasən 84 manat 80 qəpik, xx.xx.2024-cü il tarixli 60010261 nömrəli xidmət aktına əsasən 326 manat 72 qəpik olmaqla, cəmi 8013 manat 16 qəpik məbləğində xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 635799 nömrəli akta əsasən 337 manat 50 qəpik, xx.xx.2024-cü il tarixli 635800 nömrəli akta əsasən 337 manat 50 qəpik, xx.xx.2024-cü il tarixli 635810 nömrəli akta əsasən 795 manat, xx.xx.2025-ci il tarixli 636449 nömrəli akta əsasən 795 manat, xx.xx.2025-ci il tarixli 636449 nömrəli akta əsasən 1620 manat olmaqla cəmi 3090 manat məbləğində əlavə xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 489824 nömrəli pambıq qəbulu qəbzinə əsasən 1766 manat 07 qəpik, xx.xx.2024-cü il tarixli 489833 nömrəli qəbzə əsasən 1447 manat 10 qəpik, xx.xx.2024-cü il tarixli 489835 nömrəli pambıq qəbulu qəbzinə əsasən 1286 manat 02 qəpik, xx.xx.2025-ci il tarixli 488721 nömrəli qəbzə əsasən 919 manat 21 qəpik,xx.xx.2025-ci il tarixli 488722 nömrəli qəbzə əsasən 1021 manat 85 qəpik, xx.xx.2025-ci il tarixli 488723 nömrəli qəbzə əsasən 927 manat 89 qəpik olmaqla, cəmi 7368 manat 14 qəpik məbləğində pambıq Cavabdeh tərəfindən İddiaçınə təhvil verilmişdir. Həmin pambıq qəbulu qəbzlərindən görünür ki, qurutma təmizləmə üçün tutulma 24 manat 76 qəpik təşkil etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2025-ci il tarixinə 18655 manat 78 qəpik əsas, 3520 manat 47 qəpik cərimə borcunun olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli REK/1323/25 nömrəli məktubdan görünür ki, İddiaçı adını dəyişərək "xxxx" MMC adı ilə fəaliyyətini davam etdirməsi barədə qərar qəbul edilmişdir və yeni ad 09 iyul 2025-ci il tarixdə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Qəbul olunan qərarlarda İddiaçı adının "xxxx" MMC kimi nəzərə alınması xahiş edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı adı dəyişərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans almış, lakin öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş sənədindən göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 156 manat 55 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia qismən təmin edilməli, 18655 manat 78 qəpik əsas borc, 300 manat cərimə borcu, cəmi 18955 manat 78 qəpik məbləğində borc və ödənilmiş 156 manat 55 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı (hazırki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının bütün əsaslı mənafeləri qorunmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18655 manat 78 qəpik əsas borc, 300 manat cərimə borcu, cəmi 18955 manat 78 qəpik məbləğində borc və ödənilmiş 156 manat 55 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı (hazırki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar